Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə35/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   31   32   33   34   35   36   37   38   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Üst 
Tabaşir
çöküntül
əri Böyük Qafqazın cənub-şərq 
batımında və Kiçik Qafqazın şimal-şərq dağətəyi zonasında 
geniş yayılıb. Onların Cənubi Qobustan, Abşeron, Aşağı 
Kür v
ə Bakı arxipelaqında iştirakı palçıq vulkanı 
brekçiyalarının tədqiqi nəticəsində təsdiqlənib[10, 30]. 
Üst 
Tabaşir çöküntüləri regional neft-qaz təzahürlərilə 
xarakteriz
ə olunur. Bu çöküntülərdən qazıma zamanı Qusar-
D
əvəçi neftli-qazlı rayonunda Yalama sahəsində, Siyəzən 
monoklinalında (Zağlı-Zeyvə, Əmirxanlı, Çandahar-Zarat), 
Şamaxı-Qobustan rayonunda Tuva, Qarayaz, Əngəxaran, 
Çuxuryurd v
ə Qızmeydanı sahələrində, Muradxanlı neftli-
qazlı rayonunda Muradxanlı sahəsində, Gəncə neftli-qazlı 
rayonunda Qazanbulaq, Güllüc
ə və Beyləqan sahələrində 
neft-qaz t
əzahürləri müşahidə olunmuşdur. Sənaye 
əhəmiyyətli neft axınları Siyəzən monoklinalının Saadan 
sah
əsində və Gəncə neftli-qazlı rayonunun Sovetlər 
sah
əsində Üst Tabaşirin karbonatlı-terrigen kollektorların-
dan, Muradxanlı neftli-qazlı rayonunun Muradxanlı sahəsin-
d
ə isə effuziv süxurlarından alınmışdır.
Üst 
Tabaşir çöküntülərində neft-qaz yataqlarının axta-
rışı üçün perspektivli sahələr əsasən Yevlax-Ağcabədi 
çök
əkliyi (Gəncə və Muradxanlı NQR-ləri), Kür və Qabırrı 
çaylararası sahə, Şamaxı-Qobustan rayonu, Qusar-Dəvəçi 
rayonunda Siy
əzən monoklinalının şimal-qərb hissəsi və 
Kürd
əmir qalxımının qanad hissələri ilə əlaqədardır.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
145 
Senoman m
ərtəbəsi
çöküntül
əri Böyük Qafqazın şi-
mal-
şərq batımında və Qusar-Dəvəçi neftli-qazlı rayonunda 
m
əhdud ərazidə yayılıb. Rayonunun qərb hissəsində çökün-
tül
ər yaşılımtıl-boz, tünd-yaşıl, mergelli gil, boz qumlu 
əhəngdaşı, xırda və orta dənəli qumdaşı, mergel və 
mikrokonqlo
meratların fliş növbələşməsi ilə təmsil olunub-
lar. Buduq muldasında kəsilişin qalınlığı 46 m-dir.
X
ızı rayonu ilə Şamaxı-Qobustan rayonu arasında 
keçid zonasında Senoman mərtəbəsinin qalınlığı qumdaşı 
laylarının artması və kəsilişdə əhəngdaşı laylarının iştirakı 
hesabına artır. Qusar-Dəvəçi rayonunun cənub-şərq hissə-
sind
ə qalınlıqlar 250-300 m arasında dəyişir. Siyəzən mo-
no
klinalında qazılan quyularda açılan qalınlıq 150-200 m 
t
əşkil edir. Bu sahədə kəsiliş boz, açıq-boz əhəngli gillər, 
boz mergell
ər və mergelli qumdaşılarından ibarətdir. 
Şamaxı-Qobustan rayonunun şimal hissəsində Seno-
man m
ərtəbəsi çöküntüləri Qızmeydanı, Gədisu və b. sahə-
l
ərdə qazılan quyularla açılıb. Burada çöküntülər tünd-boz, 
qonuru, b
əzən yaşılımtıl-boz karbonatlı gillər, boz, çəp-
laylı, əhəngli qumdaşı və az qalınlıqlı, zəif qumlu əhəng-
daşıları ilə təmsil olunurlar. 
Böyük Qafqazın cənub yamacında Senoman çöküntü-
l
əri fasiya tərkibilə fərqlənir və iki yarımmərtəbəyə ayrılır. 
Çöküntül
ər Vəndam antiklinoriumu, Qax sinklinoriumu və 
Böyük Qafqazın başqa sahələrində yer səthinə çıxırlar. 
V
əndam antiklinoriumunda Senoman mərtəbəsinin aşa-
ğı horizontuna aid olan tuflu qumdaşı və konqlomerat 
qaymaları massiv şəklində yer səthinə çıxırlar.


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
146
Şərq istiqamətində kəsilişdə mergel, gil və qumdaşıları 
da iştirak edirlər. Çöküntülərin qalınlıqları 50-350 m 
arasında dəyişir. 
Qax sinklinoriumunda çöküntül
ər tuffit, tuflu brekçi-
ya, argillit, tuflu qumdaşı və konqlomerat, açıq-boz, sarım-
tıl pelitamorf əhəngdaşı və sarımtıl-qonuru gilli şistlərdən 
ibar
ətdir. Tufogen çöküntülər 300-320 m və daha artıq 
qalınlığa malikdir.
Böyük Qafqazın cənub yamacı boyunca Senoman 
m
ərtəbəsinin üst horizontu (Qızılqazma lay dəstəsi) fliş 
çöküntül
ərilə təmsil olunurlar. Bəzən kəsilişdə sarımtıl-boz 
qumlu 
gil, boz, açıq-boz mergel laycıqları, boz qumdaşı, 
yaşımtıl-boz gil, nadir hallarda isə az qalınlıqlı tuf-
qumdaşılı, boz mergellər iştirak edirlər. Bu sahədə şərqdən-
q
ərbə doğru qumlu-gilli və karbonatlı çöküntülərin miqdarı 
azalır, tufogen çöküntülərin miqdarı isə artır. 
Senoman m
ərtəbəsi çöküntüləri Kiçik Qafqazın şimal-
şərq zonası və Ordubad sinklinoriumunda da mövcuddur. 
Kiçik Qafqazın şimal-şərq dağönü zonasında tufogen-
qumdaşılı, qumlu-mergelli əhəngdaşı, mergelli qumdaşı və 
əhəngli gillərdən təşkil olunub. Çöküntülərin qalınlığı 150-
200 m-
ə çatır. Senoman çöküntülərinin ən böyük qalınlığı 
Qarabağ antiklinoriumu və Murovdağ yaylasında qeydə 
alınıb. Burada çöküntülərin qalınlığı 400-630 m-ə çatır. 
Murovdağ yaylasında karbonatlı fasiya ilə təmsil olunurlar. 
K
əsiliş əsasən qalınlaylı, qumlu üzvi əhəngdaşı və əhəngli 
qumdaşılardan ibarətdir. Ordubad sinklinoriumunda az 
sah
ədə intişar tapan Senoman çöküntüləri qumdaşı və qravelit 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
147 
aralaylarına malik qırmızımtıl konqlomeratlarla təmsil 
olunurlar. Çöküntül
ərin qalınlığı 100-600 m arasında dəyişir.
Senoman m
ərtəbəsinin kəsilişində qeyd olunan qum-
daşıları neft-qazlılıq cəhətcə perspektivli sayılırlar. Onlar 
Sitalçay, Şurabad, Yaşma, Qabandağ və başqa sahələrdə 
daha geniş intişar tapıblar. 
Şurabad sahəsində 2 saylı quyuda 774 m dərinlikdə 
Senoman çöküntül
ərindən qaz təzahürü baş vermişdir.
B
əyimdağ-Təkçay sahəsində qazılmış 7 saylı axtarış 
quyusunda qaz t
əzahürü, Gədisu sahəsində 3, 4 və 5 saylı 
struktur-
axtarış quyularında qaz təzahürü müşahidə edil-
mişdir. Gədisu 2 saylı quyuda isə qazla (1000 m
3
/gün) 
birlikd
ə su (12000 m
3
/gün)
axını baş vermişdir.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə