Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə38/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   34   35   36   37   38   39   40   41   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Santon m
ərtəbəsi
çöküntül
əri Azərbaycanın ərazisin-
d
ə nisbətən geniş sahədə məlumdur. Santon çöküntüləri 
Böyük Qafqazın cənub-şərq batımında Alt Kampan çökün-
tül
ərindən demək olar ki, fərqlənmirlər. Ona görə də bu 
intervalı Yunusdağ lay dəstəsi adlandırırlar. Böyük 
Qafqazın baş silsiləsində və Şahdağ zonasında Santon 
çöküntül
əri iştirak etmir, Qusar-Dəvəçi törəmə çökəkli-
yind
ə isə böyük ərazidə yayılıb.
Xudat v
ə Yalama sahələrində Santon çöküntüləri 
axtarış-kəşfiyyat quyuları ilə açılıb. Qalınlığı 200-220 m 
olan k
əsiliş əsasən əhəngdaşı, qumdaşı və az qalınlıqlı gil 
laycıqlarına malik mergellərin növbələşməsindən ibarətdir.
\C
ənub istiqamətində çöküntülərin tərkibi dəyişir. 
K
əsiliş əsasən qırmızımtıl-boz və qırmızı gil laycıqları olan 
möhk
əm əhəngdaşı, müxtəlif dənəli, çəplaylı qumdaşı və 
q
əhvəyi-boz, qırmızı-qonuru gillərlə əvəz olunur.
Qusar-D
əvəçi rayonunun cənub-şərq hissəsində isə 
Santon çöküntül
əri az qalınlıqlı boz, tünd-boz, mergel ara 
laylarına malik qırmızımtıl-boz, qırmızı, bəzən də yaşılım-
tıl və qonuru-boz gil, çatlı, qumlu əhəngdaşı və əhəngli 
qumdaşılarının növbələşməsindən ibarətdir. Kəsilişdə bə-
z
ən qravelitlərə də təsadüf edilir. Dübrar çökəkliyində kə-
si
liş əhəngli gil, mergel, əhəngdaşı, əhəngli qumdaşı və 
alevrolitl
ərin ritmik növbələşməsilə xarakterizə olunur. 
Burada çöküntül
ərin qalınlığı 350-400 m-ə çatır. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
152
Şamaxı-Qobustan ərazisində Santon çöküntüləri yaşı-
lımtıl-boz, qırmızımtıl karbonatlı gil, əhəngdaşı, mergel, 
qum
daşı, alevrolit, bəzi hallarda qravelit və konqlomerat-
larla t
əmsil olunmuşlar. Bütün ərazi üzrə gilli süxurlar qum-
daşılı və karbonatlı süxurlara nisbətən üstünlük təşkil edir. 
C
ənub-Şərqi Qafqazda Santon mərtəbəsi çöküntülərinin 
qalınlıqları 200-250 m-dən 400-450 m-ə qədər dəyişir. 
Böyük Qafqazın cənub yamacında, Vəndam zonasında 
Santon çöküntül
əri əsasən qonuru-qırmızı və yaşılımtıl-boz 
əhəngli bərk gil və ağımtıl-boz əhəngdaşılardan ibarətdir. 
Q
ərb istiqamətində çöküntülərin karbonatlığı nəzərə 
çarpacaq d
ərəcədə artır. 
Kiçik Qafqazın Azərbaycan ərazisində Santon mərtə-
b
əsi çöküntüləri fərqli fasiyada yayılmışlar. Qərbdən şərqə 
doğru, Ağstafa və Gəncə çayları arasındakı sahədə Santon 
çöküntül
əri əsasən tərkibi porfirit, tuf-konqlomerat və 
başqa tufogen məhsullardan təşkil olunan vulkanik çökmə 
süxurlardan ibar
ətdir. Şərq istiqamətində kəsilişdə karbo-
natlı-terrigen süxurların (əhəngdaşı, qumdaşıları və gil) 
miq
darı artır, vulkanik süxurlar isə azalır [12].
Daha şərqə Kiçik Qafqazın mərkəzi hissəsində Santon 
çöküntül
əri əsasən vulkanik süxurlardan ibarətdir. Yalnız 
alt hiss
ədə az qalınlıqlı əhəngdaşı və mergel laylarına 
t
əsadüf edilir. Burada qalınlıq 275 m-ə çatır.
Şərqə getdikcə vulkanik çöküntülər boz, yaşılımtıl-boz, 
yağlı bentonit gil, orta və iri dənəli zəif sementlənmiş qumdaşı 
layları olan pelitamorf, çatlı, qalınlaylı əhəngdaşı ara laylarına 
malikdirl
ər. Kiçik Qafqazın regional batımı istiqamətində 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
153 
çöküntül
ərin kəsilişində vulkanik çöküntülər çatlı əhəngdaşı, 
nazik laylı gil və qumdaşıları ilə əvəz olunurlar. 
Naxçıvan MR ərazisində Santon mərtəbəsi gil, əhəng-
daşılı mergel və qumdaşılarının növbələşməsindən təşkil 
olunmuş çöküntülərlə təmsil olunurlar. 
Santon m
ərtəbəsinin neft-qazlılığı onun alt hissəsinə 
aid olan karbonatlı qumdaşı və çatlı əhəngdaşıları ilə əlaqə-
dardır. Belə süxurlar Yunusdağ, Gədisu, Ağburun və 
Gör
ədil qalxımlarında daha çox intişar tapıb.
Şurabad sahəsində 17 və 24 saylı quyularda Santon 
m
ərtəbəsi çöküntülərindən qaz təzahürləri baş vermişdir. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə