Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə39/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   35   36   37   38   39   40   41   42   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Kampan m
ərtəbəsi
çöküntül
əri Cənub-Şərqi Qafqazda 
geniş ərazidə yayılıb. Burada Kampan çöküntüləri iki ya-
rımmərtəbəyə ayrılır. Alt yarımmərtəbənin litoloji tərkibi 
Santon çöküntül
ərindən çox az fərqlənir və Yunusdağ lay 
d
əstəsinin üst hissəsini təşkil edir. Üst yarımmərtəbə isə 
litoloji c
əhətdən Maastrixt mərtəbəsinə uyğun gəlir.
Şahdağ-Sudur zonasında Kampan mərtəbəsi çöküntü-
l
əri transqressiv şəkildə Alt Tabaşirin yuyulmuş səthi üzə-
rind
ə yatır. Çöküntülərin tərkibi çəhrayıya çalan laylı mer-
gel v
ə az qalınlıqlı əhəngli gil və boz çəplaylı qumdaşı lay-
ları ilə növbələşən əhəngdaşılarından təşkil olunub. 
Kampan çöküntül
ərinin tam kəsilişi Qızılqaya dağında 
qeyd
ə alınıb. Çöküntülərin ümumi qalınlığı 125 m təşkil 
edir [12,30]. 
Qusar-D
əvəçi törəmə çökəkliyində Kampan çöküntü-
l
əri Xudat və Yalama sahələrində qazılan quyularla açılıb. 
Çöküntül
ərin tərkibi əsasən karbonatlı fasiyadan ibarət 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
154
olub, nadir hallarda tünd-boz gilli, qumlu mergel v
ə boz 
inc
ə, xırdadənəli qumdaşı laycıqlarına malik boz, açıq-boz, 
çatlı, xırda qırıntılı əhəngdaşılardan ibarətdir. 
Qusar-D
əvəçi rayonunun mərkəzi və cənub hissələri-
nin b
əzi zonalarında Kampan mərtəbəsi çöküntüləri yuyul-
maya m
əruz qalıb. Bu sahələrdə Kampan mərtəbəsinin 
maksimal qalınlığı 370-375 m-ə çatır.
Rayonun c
ənub-şərq hissəsində Kampan çöküntüləri 
boz, yaşımtıl-boz qumlu əhəngdaşı aralaycıqlı yaşılımtıl-
boz, b
əzən açıq-boz gillərin və boz çəplaylı əhəngli 
qumdaşılarının fliş növbələşməsindən ibarətdir. Kəsilişin 
alt hiss
əsində karbonatlı gil laylarına təsadüf edilir. Cənub 
v
ə cənub-qərb istiqamətində, Şahdağ və Qızılqaya yük-
s
əkliklərində çöküntülərin qalınlığı 90-125 m, şimal və 
c
ənub-şərq istiqamətində isə 250-300 m arasında dəyişir. 
Kampan m
ərtəbəsi çöküntüləri Şamaxı-Qobustan ra-
yonu
nda da geniş yayılıblar. Burada çöküntülər demək olar 
ki, fliş fasiyadadır. Alt Kampan çöküntüləri Santon 
çöküntül
ərindən qırmızı və qonuru gillərin olması ilə fərq-
l
ənirlər. Kampan mərtəbəsi çöküntüləri Şamaxı-Qobustan 
ərazisində iki fasiyada özünü büruzə verir. 
Şamaxı-Qobustan rayonunun şimal-şimal-şərq hissədə 
nadir 
əhəngdaşı aralaycıqlarına malik gilli-qumlu, cənub-
c
ənub-şərq hissədə isə karbonatlı-qumlu-gilli fasiya ilə 
s
əciyyələnir. Burada əhəngdaşıları üstünlük təşkil edir. 
Şamaxı-Qobustan rayonunda Kampan çöküntülərinin qa-
lınlıqları çox geniş intervalda (150-350 m) dəyişir.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
155 
Böyük Qafqazın cənub yamacının şərq hissəsində 
Kampan çöküntül
əri içərisində az qalınlıqlı qumdaşı 
laycıqları olan boz, tünd-boz əhəngli gil, boz çatlı əhəng-
daşı və mergellərin növbələşməsindən ibarətdir. Ərazidə 
Kampan m
ərtəbəsi çöküntülərinin qalınlığı 315 m-ə çatır. 
C
ənub yamacının qərb hissəsində isə karbonatlı çöküntü-
l
ərin qalınlıqları xeyli dərəcədə artır. Kampan çöküntüləri 
boz, sarımtıl-boz, zəif qumlu və zəif çatlı əhəngdaşı, mergel 
v
ə gillərin fliş növbələşməsindən ibarətdir.
Kampan m
ərtəbəsi çöküntüləri Kiçik Qafqazda və 
Naxçıvan MR-də geniş yayılıb. Kiçik Qafqazın şimal-qərb 
hiss
əsində, Daşsalahlı kəndi ətrafında Kampan mərtəbəsi 
çöküntül
əri əsasən əhəngli və qumlu gillərdən ibarətdir. 
Şərq istiqamətə getdikcə əhəngli qumdaşı və əhəngdaşı-
larının qalınlıqları artır. Daha şərqdə Şəmkir rayonu ərazi-
sind
ə əsasən karbonatlı çöküntülərdən ibarətdir. 
K.
Qafqazın mərkəzi hissəsinin şimal-şərq yamacında 
Kampan çöküntül
əri yaşımtıl-boz gil ara laylı pelitamorf 
əhəngdaşı, bentonit gil, iri dənəli əhəngli qumdaşı, qumlu 
əhəngdaşılardan ibarətdir. Şərq istiqamətində gil laylarının 
sayı və qalınlıqları artır. Daha şərqə getdikcə isə yenidən gil 
laylarının sayı və qalınlıqları azalır. Ağdərə rayonu ətrafında 
Kampan m
ərtəbəsinin qalınlığı 280-300 m-ə çatır. 
Naxçıvan ərazisində Kampan çöküntüləri məhdud 
ərazidə məlumdur. Kəsiliş əsasən əhəngdaşı, qumlu gil, 
argillit v
ə qumdaşılardan ibarətdir. Çöküntülərin qalınlıq-
ları Naxçıvan muldasının yamaclarında 80-265 m, mərkə-
zind
ə isə 300-400 m arasında dəyişir. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
156
Kampan m
ərtəbəsi çöküntülərinin (Yunusdağ dəstəsi-
nin üst hiss
əsi) neft-qazlılığı onun kəsilişində iştirak edən 
karbonatlı qumdaşıları ilə əlaqədardır. Belə kollektorlar 
Yunusd
ağ, Gədisu, Görədil və s. sahələrdə intişar tapıblar. 
Şurabad sahəsində 17 saylı quyuda sınaq zamanı 
Kampan çöküntül
ərindən qaz təzahürləri qeyd olunmuş, 2 
saylı quyuda isə qaz fontanı alınmışdır.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə