Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə47/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   43   44   45   46   47   48   49   50   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
173 
Şəkil 76. Maykop çöküntülərinin yayılma sahələri 
(B.İ.Məhərrəmov). 
Kiçik Qafqazqarşısı zonada Maykop əsrində çökmə 
tempinin sür
ətlənməsi nəticəsində hövzədə körfəz, çıxıntı 
v
ə adaların artması çöküntü toplanmada litofasiya və 
qalınlıqların müxtəlifliyinə səbəb olmuşdur [10].
Eosen çöküntül
ərindən fərqli olaraq, Maykop çöküntü-
l
əri hər yerdə terrigen əsaslı gilli fasiyada yayılıblar. Yalnız 
Böyük v
ə Kiçik Qafqazın ətəklərində, eləcə də daxili 
qalxımlara yaxın sahələrdə kəsilişdə kobuddənəli süxurlar - 
qumdaşı, qravelit və konqlomerat laycıqları iştirak edir. 
Kiçik Qafqazq
arşısı çökəklikdə şimala doğru çöküntülərin 
qalınlığı 2000 m-ə yaxın, şərqdə isə 1500 m-dir. (şəkil 76).


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
174
Göründüyü kimi, Maykop çöküntül
ərinin maksimal 
qalınlığı Kür çökəkliyinin cənubunda - Kiçik Qafqazqarşısı 
çök
əkliyinin yamacı boyu müşahidə olunur.
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq yamacında 
Maykop çöküntül
əri tünd-boz gil, az qalınlıqlı qumdaşı, 
alevrit, mergel, dolomit v
ə siderit laylarından ibarətdir. 
Z
ərdab sahəsində qalınlıqları 720 m-ə çatır (şəkil 76).
Aşağı Kür çökəkliyində Maykop çöküntüləri palçıq 
vul
kanlarının püskürmə materiallarında öyrənilib. Burada 
çöküntül
ərin tərkibi gil, qumdaşı, alevrolit, mergel və nadir 
hallarda dolomitl
əşmiş əhəngdaşılardan ibarətdir. Çöküntü-
l
ərin qalınlıqları 2000-2300 m intervalında dəyişir. 
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı ra-
yonunda Maykop çöküntül
əri Talışqarşısı zonanın şimal-
şərqində (Tumarxanlı-Gərməli zonası) geniş yayılıblar. Kə-
si
liş karbonatlı gil, qumdaşı, tuflu qumdaşı, mergel və 
qumlu layların növbələşməsindən ibarətdir. Zonanın şimal-
q
ərbində kəsilişin alt hissəsində qalınlığı 28 m olan gilli və 
karbonatlı qumdaşı layı qazıma ilə açılıb. Çöküntülərin 
ümumi qalınlığı 3000 m-ə çatır. 
Naxçıvan MR ərazisində Maykop seriyası çöküntüləri 
tuflu v
ə çökmə litofasiyada yayılıb. Tuflu brekçiya, konqlo-
merat v
ə qumdaşılardan ibarət olan kəsiliş ərazinin bir sıra 
sah
ələrində (Böyükdüz və Şəhriyarabad) çoxsaylı struktur 
quyularla da öyr
ənilib. Qalınlıq 1400 m-ə çatır. 
Maykop çöküntül
əri Azərbaycanda Məhsuldar Qatdan 
sonra neft-
qazlılıq cəhətdən ən önəmlisi sayılır. Çöküntü-
l
ərin neft-qazlılığı onun alt (Qusar-Dəvəçi və Yevlax-


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
175 
Ağcabədi rayonlarında) və üst şöbələrilə (Cənubi-Qobustan 
v
ə Yevlax-Ağcabədi rayonlarında) əlaqədardır. Üst 
Maykop çöküntül
ərinin qumlu-gilli litofasiyada yayıldığı 
C
ənub-Qərbi Qobustanda kəsilişdə qum və qumdaşı 
laylarından ibarət altı neftli-qazlı horizont ayrılır. 
Qusar-D
əvəçi neftli-qazlı rayonunda Maykop çökün-
tül
ərinin neft-qazlılığı əsasən alt şöbəyə aid edilən qum, 
qumdaşı, alevrit və alevrolit təbəqələrilə əlaqədardır. Bəzən 
Üst Maykopun alt hiss
əsində də neftli qumdaşı təbəqə-
cikl
ərinə təsadüf edilir.
Maykop d
əstəsi çöküntüləri ilə əlaqədar olan neft-qaz 
t
əzahürlərinə Yalama sahəsində yerləşən bir sıra quyularda 
rast g
əlinmişdir. Belə ki, 1 saylı dayaq quyusunun 2087-
2209 m d
ərinlik intervalından götürülmüş, Maykop 
m
ərtəbəsinə aid olan, süxur nümunələrində qaz və yüngül 
neft iyi müşahidə olunmuşdur. 14 saylı quyuda, 2076 m 
d
ərinliyində, Maykop çöküntülərini keçərkən məhlulda 
qabarcıqlar formasında qaz təzahürləri olmuşdur.
Maykop lay d
əstəsi çöküntülərinin sənaye əhəmiyyətli 
neft-
qazlılığı 1938-1039-cu illərdə Candahar-Zarat sahəsində 
debiti 20 t/gün olan 1 saylı quyuda Alt Maykop çöküntülərinin 
sınağı zamanı aşkar olunmuşdur. Maykop lay dəstəsi 
çöküntül
ərinə aid olunan təbii neft-qaz axını Üçüncü dövr 
monoklinalının ayrı-ayrı sahələrində cəmləşirlər, amma bu 
neft-qaz t
əzahürlərinin əksəriyyəti genetik olaraq Maykop lay 
d
əstəsi ilə bağlı olan Tabaşir-Üçüncü dövr çöküntüləri 
t
əmasına aid edilir. Monoklinalın cənub-şərq hissəsinin 
Candahar-Zarat sah
əsində neftin təbii çıxışları dənizin 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
176
sahilind
ə müşayiət olunur. Maykop lay dəstəsi çöküntüləri ilə 
əlaqədar olan təbii neft-qaz çıxışları Şabrançayın 
başlanğıcında da müşahidə olunur. Beləliklə, Maykop lay 
d
əstəsi çöküntüləri ilə əlaqədar olan təbii neft-qaz çıxışları 
bütün Üçüncü Dövr monoklinalı ərazisində müşahidə olunur 
v
ə ən yüksək neft-qazlılıq Alt Maykop çöküntülərinə aid 
edil
ərək, linzaya bənzər yatımla xarakterizə olunan, qumdaşılı 
t
ərkibli və şərti sənaye əhəmiyyətli beş laycığa ayrılırlar. Eyni 
sah
ədə qazılmış quyularda bu çöküntülərin ilkin debitinin 
müxt
əlif olması xarakterikdir. Məsələn, Siyəzən-Nardaran və 
Candahar-Zarat sah
ələrində qazılmış 32, 80, 82, 456 və s. 
saylı quyularda ilkin debit 30-120 t/gün olduğu halda, eyni 
bir yerd
ə qazılan 453, 454, 738, 784 və s. saylı quyularda ilkin 
debit 3,5-
15 t/gün olmuşdur. Eləcə də, Əmirxanlı və Saadan 
sah
ələrində 536, 652, 320, 246, 385 və s. saylı quyularda ilkin 
debit 50-90 t/gün, 510, 658, 576, 341 v
ə s. saylı quyularda 
ilkin debit 0,5-
1,5 t/gün olmuşdur. 
Oliqosen-Miosen çöküntül
əri qazıma ilə Zağlı-Zeyvə 
sah
əsində şimal hissədə açılmışdır. 827 saylı quyuda Alt 
Maykop v
ə Qovundağ çöküntülərinin birgə sınağı zamanı 
ilkin debiti 48 t/gün 
olan neft fontan vurmuşdur. 
Üst Maykop, Alt Maykop-
Çokrak horizontlarının çö-
küntül
əri ilə müqayisədə aşağı neft-qazlılıqla xarakterizə 
olunurlar. Candahar-Zarat sah
əsində 39 saylı quyu Üst 
Maykop çöküntül
ərinin (Çokrak horizontunun müəyyən 
hiss
əsi daxil olmaqla) sınağı zamanı debiti 1,5 t/gün olmaqla 
istismara verilmişdir. Siyəzən-Nardaran sahəsində 67 saylı 
quyu (Üst Maykop-
Çokrak) sınaq zamanı 2,0 t/gün debitlə 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
177 
istismara verilmişdir. Üçüncü dövr monoklinalının Alt 
Maykop 
nefti yüngüldür, sıxlığı 868 kq/m
3
, t
ərkibi 18% 
qatran, 10% silikatlı helium, 12% parafin, 0,28% naften 
turşusu, 0,22% asfaltendən ibarətdir. 
T
əngialtı 1959 saylı quyu Miosen, Paleogen və Üst 
Tabaşir çöküntülərini açmışdır. Paleogen-Miosen kom-
plek
sinin ümumi qalınlığı burada 2600 m-ə çatır. Sınaq 
zamanı Paleosenin 2680-2045 m intervalında su üzərində 
neft p
ərdəsi, Eosenin 1990-1835 m, 1758-1710 m, 1638-
1603 m intervallarında su ilə qaz ayrılmaları müşahidə 
olun
muşdur. Üst Maykop və Çokrakın birlikdə sınağı za-
ma
nı (1099-1440 m intervalı) 3000 m
3
/gün qaz alınmışdır. 
Yevlax-
Ağcabədi rayonunda neft və qaz yığımları Alt 
Maykopun k
əsilişində iştirak edən qumdaşı və alevrit 
t
əbəqələrilə əlaqədardır. Rayonun neftli sahələrində Alt 
Maykop çöküntül
ərinin kəsilişində yeddi sərbəst qumdaşı 
h
orizontu ayrılır. 
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı 
rayonunda Maykopun bütün k
əsilişi boyu qumdaşı və 
alevrit t
əbəqəciklərində zəif neft nişanələri qeydə alınıb. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə