Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə49/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   45   46   47   48   49   50   51   52   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Konk-Karaqan çöküntül
ərinin 
Az
ərbaycan ərazi-
sind
ə litoloji tərkibləri çox az fərqləndiklərinə görə onları 
bir-birind
ən ayırmaq çətin olduğundan, bir yerdə baxılır. 
Konk-Karaqan çöküntül
əri qum və qumdaşı təbəqəciklərilə 
növb
ələşən gillərdən ibarətdir. Kəsilişdə bəzən karbonatlı 
qumdaşıları, mergel, dolomit, gilli şist və alevrit təbəqəciyi 
olan qumlu gil qatına təsadüf olunur.
Qusar-
Dəvəçi rayonunda Çokrak, Maykop və Eosen 
üzərində transqressiv yatan Karaqan horizontu çöküntüləri 
ensiz zolaq şəklində Siyəzən monoklinalında yer səthinə çıxır. 
Qum və qumdaşı təbəqəciklərilə növbələşən gillərdən ibarət 
olan Konk-
Karaqan çöküntülərinin qalınlığı 100-150 m 
arasında dəyişir. Çöküntülər Yalama sahəsində tavanında 
mergel təbəqəciyi olan qumlu gil qatından təşkil olunublar. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
183 
Burada qalınlıq 250-300 m-ə çatır. Maksimal qalınlıq (350 m) 
isə Qızılburun antiklinalı istiqamətində qeydə alınıb [30]. 
Qusar-D
əvəçi neftli-qazlı rayonu ərazisində Konk 
çökün
tüləri nazik qum və alevrit təbəqəcikləri olan əhəngli 
gillərdən təşkil olunub. Zeyvə-Əliç sahəsində qalınlıq 8-9 m, 
Təngialtıda 25 m təşkil edir. Maksimal qalınlıq (100 m) 
Qaynarca sahəsində açılıb. 
Abşeron yarımadasında Konk-Karaqan horizontunun 
çöküntüləri rayonun qərb və şimal-qərb sahələrində yer 
səthinə çıxır, axtarış-kəşfiyyat quyuları ilə də açılıblar. 
Kəsiliş əsasən nazik qum təbəqəli gil, gilli şist və 
mergellərdən ibarətdir. Cənub-şərq istiqamətində qalınlığın 
artması müşahidə olunur. 
Şamaxı-Qobustan NQR-də Konk-Karaqan çöküntüləri 
rayonun cənub zonasında qazıma ilə öyrənilib. Litoloji tər-
kibi xırdadənəli qum, alevrit, dolomit və mergel təbəqələ-
rinə malik olan müxtəlif rəngli gillərdən ibarətdir. Ümumi 
qalınlığı 420-600 m arasında dəyişir. 
Karaqan horizontunun kəsilişində az qalınlıqlı qumlu-
alevritli təbəqəciklərdən başqa qalın, lakin məhdud sahədə 
yayılan qumlu laylar da iştirak edirlər. Belə layların qalın-
lığı 2,5-5,0 m (Şərqi Hacıvəli) 7,0-12 m (Umbakı) arasında 
dəyişir. 
Kür çökəkliyində Karaqan horizontunun qalınlığı 200-
250 m-
ə qədər çatır. Sahə üzrə qalınlıqlar dəyişdikcə litolo-
giya fərqlənir. Karaqan çöküntüləri əsasən narındənəli gilli-
mergelli və qumlu-gilli süxurlardan təşkil olunub. Yuxarı 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
184
Kür çökəkliyində (Cənubi Kaxeti çökəkliyi) Konk horizon-
tunun qalınlığı 200-250 m, şimal-şərqdə (Acınohur) 50-100 

və şərq-cənub-şərqdə (Ağcabədi) 100-200 m-dir. Çökək-
lik
lərin mərkəzi hissələrində mergelli-gilli süxurlar, kənar 
hissələrdə isə qumlu-gilli süxurlar toplanıb. 
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı 
rayonunda 
Konk horizontu qumlu gil və karbonatlı qum-
daşıları ilə təmsil olunur. Karaqan horizontu isə litoloji 
cəhətcə qumlu gil və gilli qumdaşılarının növbələşməsin-
dən təşkil olunub. Karbonatlı qumdaşı və mergellərə də 
təsadüf edilir. Qalınlıq 190 m-ə çatır [30].
Qusar-
Dəvəçi rayonunda Karaqan-Konk çöküntülə-
rinə aid olunan təbii neft və qaz çıxışları Üçüncü Dövr 
monoklinalında nəzərə çarpır. Bu çöküntülərlə əlaqədar 
neft-
qaz təzahürlərinə Siyəzən-Nardaran sahəsinin 67, 752, 
753 saylı quyularında rast gəlinmişdir. Bu quyularda ilkin 
debit 2-3 
t/gün olmuşdur.
Karaqan-
Konk çöküntülərinə aid olan neftin rəngi 
yaşıl və tünd yaşıldır, sıxlığı 911 kq/m
3
, tərkibində qatran 
40%, asfalten 2,91 %-dir. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə