Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə50/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   46   47   48   49   50   51   52   53   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Sarmat çöküntül
əri
Az
ərbaycan ərazisində geniş 
yayılmışdır. Qusar-Dəvəçi neftli-qazlı rayonunda Sarmat 
çöküntül
əri üç yarımmərtəbə ilə təmsil olunurlar. Rayonun 
şərq hissəsində Alt Sarmat çöküntüləri qum, qumdaşı, 
əhəngdaşı və konqlomerat laycıqları olan gillərdən ibarət-
dir. Alt Sarmatın qalınlığı Caqacuqçay hövzəsində 150 m, 
Şurabadda 40 m, Qaynarca sahəsində isə 200-300 m-dir.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
185 
Gilgilçay hövz
əsində Orta Sarmat ara-sıra nazik qum, 
qumdaşı laycıqlı əhəngli bərk gillərdən təşkil olunub. 
K
əsilişin üst hissəsində mergel və konqlomerat laylarına 
t
əsadüf olunur. Orta Sarmatın qumlu-gilli çöküntüləri 
quyularla Ataçay-
Gilgilçay arası sahədə açılıb. Orta Sarmat 
Yalama, Xudat, Xaçmaz v
ə Qusar sahələrində quyu 
m
əlumatlarına görə qum və qumdaşı laycıqları olan 
gill
ərdən təşkil olunub. Qərbə doğru kəsilişdə iştirak edən 
əhəngdaşılarının qalınlığı artaraq 2-3 m-ə çatır.
Üst Sarmatın aşağı hissəsi (Rostov horizontu) bitumlu 
şistli gillərdən, üst hissəsi isə (Xerson horizontu) əhəng-
daşı, qum, qumdaşı və konqlomeratlarla növbələşən gillər-
d
ən ibarətdir. Vəlvələçaydan qərbə doğru Üst Sarmatın 
tava
nında yatan laylar kəsilişdə iştirak etmədiyindən, Pont 
çöküntül
ərilə transqressiv örtülmüşlər. 
Sarmat çöküntül
ərinin ümumi qalınlığı geniş hüdudda 
d
əyişir: Xaçmazda 100 m, Xudatda 200 m, Qusarda 290 m, 
Yalamada 247 m, Gilgilçayda 1000 m, V
əlvələçay və 
Caqacuqçay hövz
ələrində isə 1400 m-dən artıqdır. 
Abşeron yarımadasında Sarmat mərtəbəsi çöküntüləri 
litoloji t
ərkibinə görə iki hissəyə: alt və üst yarımmərtəbə-
l
ərə ayrılır. Alt yarımmərtəbə qumlu mergel, dolomitləşmiş 
əhəngdaşı təbəqələrinə malik gillərdən, şistli gillərdən, üst 
yarımmərtəbə isə mergel, balıqqulaqlarına malik şist 
laycıqları olan boz rəngli qumlu gillərdən ibarətdir. 
K
əsilişdə neftli qum və qumdaşılarına təsadüf olunur. 
Sarmat mərtəbəsi çöküntüləri Qərbi Abşeronun şimal-
qərb, şimal və mərkəzi hissələrində geniş yayılıb. Onun tam 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
186
kəsilişləri Saray və Fatmayı qırışıqlarının cənub-şərq peri-
kli
nalında tədqiq edilib.
Qərbi Abşeronun şimal hissəsində alt və orta Sarmat 
çöküntüləri içərisində qalınlıqları 40 m-ə çatan sarı rəngli 
qumlu mergel və daha az qalınlıqlı dolomitləşmiş əhəng-
daşı ara təbəqələri olan sarımtıl-qonur, sarımtıl-boz və boz 
rəngli gillərdən təşkil olunub. Bu sahələrdə Sarmat mərtə-
bəsinin ümumi qalınlığı 95 m-dən 108 m-ə qədər dəyişir. 
Göytəpə, Saray, Fatmayı və Digah sahələrində Sarmat 
mərtəbəsi çöküntülərində qumluluq azalır. Mərtəbənin 
qalınlığı burada böyük hüdudda (15-200 m) dəyişir. 
Qərbi Abşeronun mərkəzi və qərb hissələrində alt və 
orta Sarmat çöküntüləri tünd-boz və şistli gillərdən ibarətdir. 
Kəsilişdə mergel araqatları ilə yanaşı, qum və qumdaşı lay-
cıqları da iştirak edir. Çöküntülərin qalınlığı Qərbi Abşeron 
ərazisində, Qaradağ sahəsini nəzərə almasaq, 0-300 m ara-
sında dəyişir. Ziyilpiri, Atəşgah və Şabandağ qalxımlarının 
tağ hissələrində Sarmat çöküntüləri minimal qalınlığa 
mal
ikdir. Sarınca-Gülbaxt, Quşxana, Korgöz, Puta, Güzdək, 
Qobu sahələrində quyularla açılan Sarmat mərtəbəsi çökün-
tüləri qumlu-gilli litofasiya ilə təmsil olunurlar.
Qaradağ yatağında Sarmat çöküntüləri çoxlu sayda qu-
yu
larda açılıb. Kəsilişdə gil, qumdaşı, mergel və əhəngdaşı 
iştirak edir. Gilli təbəqələrdə tünd gilli şistlər də rast gəlir. 
Qum təbəqələri neft-qazlılıqla xarakterizə olunur. Sarmat 
m
ərtəbəsinin ümumi qalınlığı 700 m-ə çatır. 
Sarmat m
ərtəbəsinin çöküntüləri Cənubi Qobustan 
zonasında daha geniş yayılıb. Əsasən gilli süxurlardan 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə