Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə46/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   42   43   44   45   46   47   48   49   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Oliqosen-Alt Miosen çöküntül
əri (Maykop)
Az
ər-
bayca
nın depressiya zonalarında ən geniş yayılmış çökün-
tül
ərindən biridir. Eosen çöküntülərindən fərqli olaraq 
Maykop çöküntül
əri hər yerdə terrigen əsaslı gilli fasiyada 
yayılıblar. Lakin kəsilişin ayrı-ayrı intervallarında qum, 
qumdaşı, gilli konqlomerat, alevrolit, qravelit, dolomitli 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
171 
mergel, şistli gil və brekçiya təbəqələri ayrılır. Kəsilişin 
orta v
ə aşağı hissələrində siderit konqressiyaları da iştirak 
edir. Siy
əzən monoklinalında Eosenin, bəzi yerlərdə isə 
Paleosenin üz
ərində transqressiv yatırlar. Burada çöküntü-
l
ər alt və üst hissələrə bölünürlər.
Qumlu-gilli litofasiya il
ə səciyyələnən Alt Maykopun 
aşağı hissəsində qum layları ilə növbələşən gilli konqlome-
rat, qravelit v
ə brekçiya təbəqələri ayrılır. Kəsiliş əsasən 
tez-tez rast g
əlinən qum təbəqəcikləri (1-2 m) və gilli kon-
qlomerat laylı tünd-qəhvəyi, tünd-boz gillərdən ibarətdir. 
Monoklinal hüdudunda qalınlığı 40-110 m-dir, şimal-şərq 
istiqam
ətdə isə 600 m-ə qədər artır [12, 30]. 
Gilli litofasiya il
ə seçilən Üst Maykopun alt hissəsi az 
qalınlıqda, bəzi yerlərdə isə 1 m-ə çatan xırda, ortadənəli 
qum, açıq-qəhvəyi gil və boz, qəhvəyi alevrolitlərin 
növb
ələşməsindən ibarətdir. Üst hissəsi isə tünd-boz, 
karbonatsız gillərlə səciyyələnir. Kəsilişin orta və aşağı 
hiss
ələrində siderit konqressiyaları da iştirak edir. Üst 
Maykop
un qalınlığı 500-700 m-ə çatır.
Şurabad sahəsində Maykop lay dəstəsi 1-2 sm qalınlı-
ğında alevrolit təbəqəcikləri olan karbonatsız gillərdən 
ibar
ətdir. Maksimal qalınlıq 200 m-dir. Samuryanı zonada 
is
ə sıx gillərdən təşkil olunub. Qalınlıq 180 (Xudat)-460 m 
(Yalama) arasında dəyişir (şəkil 76). 
Abşeron yarımadasında Maykop çöküntüləri onun 
q
ərb və şimal-qərb zonasında yer səthinə çıxırlar. Fatmayı, 
Novxanı, Qaraheybət, Şabandağ, Şorbulaq və s. sahələrdə 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
172
d
ərin axtarış və kəşfiyyat quyuları ilə də açılıb. Kəsiliş əsa-
s
ən gil, bəzən isə nazik qumlu-alevritli laylardan ibarətdir. 
Çöküntül
ərin qalınlığı 900 m-ə çatır. 
Şamaxı-Qobustan NQR-də Maykop seriyası iki yarım-
m
ərtəbədən ibarətdir. Alt Maykop çöküntüləri Şimali 
Qobustanda m
əhdud ərazidə, sinklinallarda isə az qalınlıq-
da mü
əyyən edilib. Kəsiliş əsasən gillərdən ibarətdir.
C
ənubi Qobustanda Alt Maykop çöküntüləri geniş 
yayılaraq nisbətən böyük qalınlığa malikdir. Burada çökün-
tül
ər dolomitli mergel təbəqələrinə malik yaşılımtıl, 
q
əhvəyi karbonatsız şistli gillərdən ibarətdir. Kəsiliş cənub 
istiqam
ətdə (Şərqi Sündü, Çeyildağ) tədricən qumlarla 
z
ənginləşir. Qumlu təbəqəciklərin sayının çoxalması ilə 
yanaşı, qalınlıqların artması da müşahidə edilir.
Alt Maykop 
seriyası çöküntülərinin qalınlığı şimal 
zonada 60-
100 m olduğu halda, Cənub-Qərbi Qobustanda 
500-600 m-
ə qədər artır (şəkil 76).
Üst Maykop çöküntül
əri böyük fasial dəyişikliyə uğra-
yaraq, şimalda gilli, cənubda isə qumlu-gilli litofasiyada 
yayılmışlar. Kəsilişin alt hissəsi (Riki horizontu) qonuru, 
açıq-qonuru, qonuru-boz əhəngsiz şistli gillərdən, orta 
hiss
əsi (Sideritli horizont) tünd-boz, tünd-qonuru gillərin 
növb
ələşməsindən, üst hissəsi isə (Sideritüstü horizont) 
bozumtul balıqqulaqları ilə zəngin, şistli gillərdən ibarətdir. 
H
ər üç horizontun kəsilişində müxtəlif qalınlığa malik qum 
v
ə qumdaşı layları iştirak edir. Regional planda cənub və 
c
ənub-şərq istiqamətlərdə Üst Maykop çöküntülərinin 
qumlu laylarının sayı artır, qalınlıqlar 600 m-ə çatır. 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə