Neogen kompleksi çöküntül
əri
Neogenin orta v
ə üst Miosen çöküntüləri Azərbaycan
ərazisində əksər neftli-qazlı rayonlarında geniş yayılıblar
(şəkil 77). Bu çöküntüləri litofasial xüsusiyyətlərinə görə,
Alt Miosen çöküntül
ərindən fərqləndiklərinə görə onlara
yarımkompleks kimi ayrılıqda baxılır.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
178
Orta v
ə üst Miosen çöküntüləri əsasən qumlu gil, qum,
müxt
əlif dənəli qumdaşı, mergel və dolomitlərdən təşkil
olunan molass çöküntül
ərindən ibarətdir. Kəsilişdə konqlo-
merat, qravelit, alevrolit,
əhəngdaşı və vulkan külü aralay-
ları da iştirak edir [12, 30].
Şəkil 77. Orta və üst Miosen çöküntülərinin yayılma sahələri
(B.İ.Məhərrəmov).
Yevlax-
Ağcabədi çökəkliyində orta və üst Miosen
çöküntülərinin ümumi qalınlığı 1400 m-ə çatır. Kür-Qabırrı
NQR ərazisində, Kür çayı vadisindən Qabırrı çayı istiqamə-
tin
də orta və üst Miosen çöküntülərinin qalınlıqları 0-dan
2400 m-
ə qədər artır. Maksimum qalınlıq Gürzündağ zona-
sından şimalda qazılan axtarış quyuları ilə müəyyən edilib.
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
179
Çokrak horizontu
Siy
əzən monoklinalında dəniz
sahilind
ən şimal-qərbdə Tahirçaya qədər, əsasən zəif kar-
bonatlı və qumlu gillərdən ibarətdir. Kəsilişdə nazik qum
v
ə qumdaşı laycıqları və brekçiyaşəkilli dolomit konqres-
si
yaları da iştirak edir. Kəsilişdə gil, mergel, əhəngdaşı və
15-
20 sm qalınlıqda qravelitlər də rast gəlir. Vəlvələçay
hövz
əsində ortadənəli, yaxşı çeşidlənmiş 1 m qalınlığında
kvars layları qeyd olunur.
Siyəzən monoklinalının şimal-qərbində qumluluq artır.
Vəlvələçay hövzəsində ortadənəli, yaxşı çeşidlənmiş 1 m
qalınlığında kvars layları qeyd olunur. Belə kvars qumları
Caqacuqçay hövzəsində də iştirak edir. Zeyvə-Əliç
sahəsində Çokrak horizontu boz, tünd-boz, xırdadənəli qum
və qumdaşı laycıqları olan sıx karbonatlı gillərdən təşkil
olunub. Kəsilişdə 15-20 sm qalınlıqda qravelitlər də rast
gəlir. Horizontun qalınlığı 300-350 m-ə çatır.
Şurabad sahəsində qalınlığı 200-300 m olan Çokrak
horizontu ara-
sıra qumlu gillərdən ibarətdir. Kəsilişdə na-
zik qum laycıqları da qeyd edilir. Tələbi-Qaynarca antikli-
nal zonasında çöküntülər nazik qum laycıqları olan tünd-
boz, zəif karbonatlı, çox vaxt qumlu gillərdən ibarətdir.
Maksimal qalınlığı 450-500 m-dir.
Yalama sahəsində Çokrak horizontunun üst hissəsi
qumlu gillərlə səciyyələnir. Kəsilişin alt hissəsində isə
qonuru-
boz, qumlu gil laycıqları olan xırdadənəli qum qatı
yatır. Qalınlıq 340 m-ə çatır. Yalamadan cənub-şərqə
Çokrak horizontu gilli litofasiya ilə (nazik qum laycıqlı, az
karbonatlı qumlu gillər) səciyyələnir. Belə litofasiya
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
180
Qudyalçay vadisinə kimi izlənir. Xudat və Xaçmaz sahə-
lərində Çokrak horizontunun qalınlığı 60-80 m-dir.
Abşeron yarımadasında Çokrak horizontu rayonun
qərb və şimal-qərb sahələrində yer səthinə çıxır, axtarış və
kəşfiyyat quyuları ilə də açılıb. Kəsiliş əsasən gil, mergel,
əhəngdaşı və qumdaşılardan ibarətdir.
Şamaxı-Qobustan NQR-də Çokrak horizontu Cənubi-
Qobustanda qumlu-gilli litofasi
yada yayılıb. Gil, qumdaşı,
mergel və az miqdarda dolomitlərdən ibarət olan Çokrak
horizontunun kəsilişində qumlu süxurların ümumi qalınlığı
170 m-
ə çatır ki, bu da horizontun ümumi qalınlığının (400-
500 m) 35-40 %-
i təşkil edir.
Kiçik Qafqazqarşısı zonada Tarxan-Çokrak çöküntüləri
əsasən gil, bəzən qum və qumdaşı laycıqlarından ibarətdir.
Çöküntülər məhdud sahəni əhatə edirlər. Çökəkliyin cənub
yamacında mergel laycıqlarına da rast gəlir. Məmmədtəpə,
Şirvanlı, Ağcabədi, Beyləqan sahələrində Çokrakın kəsili-
şində qum və qumdaşı laycıqlarına təsadüf edilir. Kür
çökəkliyinin uzaq qərb hissəsində (Kartlı çökəkliyi) Tarxan-
Çokrak çöküntülərinin qalınlığı 450-500 m-ə çatır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Tarxan horizontunun çök
üntüləri bölgə ərazisin-
də az yayılıblar. Qalınlığı 30 m olan çöküntülər karbonatlı
gil və nazik gilli qumdaşıları ilə səciyyələnirlər. Çokrak
çöküntüləri qumdaşı, qumlu gil və əhəngli qumdaşılardan
ibarətdir. Qalınlıq 450 m-dir.
Çokrak horizontunun neft-
qazlılığı kəsilişində iştirak
ed
ən qumdaşı və qum layları ilə əlaqədardır. Cənubi
Qobustanda (Umbakı, Hacıvəli və s.) və Qusar-Dəvəçi
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
181
neftli-
qazlı rayonunda (Saadan, Nardaran və s.) Çokrak
m
ərtəbəsində sənaye əhəmiyyətli neftli qumdaşı və qum
layları qeyd olunur.
C
ənubi Qobustanda neftli kollektorları kiçik və orta-
d
ənəli kvars dənələrindən ibarət qumların az qalınlıqlı gil
t
əbəqələrilə növbələşməsindən ibarət qumlu-gilli horizont-
lar t
əşkil edir.
Qusar-D
əvəçi neftli-qazlı rayonunda Çokrak laylarının
n
eftli kollektorlarının kəsilişi bir-biri ilə tez-tez növbələşən
qum, qumdaşı və gillərdən ibarətdir.
Çokrak horizontunun t
əbii neft-qaz çıxışları Candahar
sah
əsində rast gəlinmişdir. Neft-qaz təzahürü isə Üçüncü
Dövr monoklinalının bütün sahələrində struktur-xəritəalma
v
ə axtarış-kəşfiyyat qazıma işləri nəticəsində aşkar
olunmuşdur. Saadan sahəsində 481 saylı quyudan şimal-
şərqə 100 m məsafədə, üç yerdə qaz ayrılması ilə müşayiət
olunan neft çıxışı qeyd olunur. Digər neft-qaz çıxışı
Nohurdağın ətəklərində müşahidə olunur. Çokrakın sənaye
əhəmiyyətli neft-qazlılığı 1951-ci ildə Saadan sahəsində
196 saylı quyudan 8,5 t/gün debitlə neft alınması ilə
mü
əyyən olunmuşdur. Bu quyuya nisbətən şimal-şərqə 200
m m
əsafədə yerləşən 154 saylı quyu 1954-cü ildə 8,6 t/gün
debitl
ə istismara verilmişdir. Bu sahədə olan 415, 416, 496,
504 v
ə s. saylı quyular 30-40 t/gün debitlə istismara
verilibl
ər. Çokrak horizontunun neft-qazlılığını izləmək
m
əqsədi ilə Siyəzən-Nardaran sahəsində bir sıra quyular
(67, 490, 752, 753 v
ə 813 saylı quyular) qazılmış, lakin
n
əzərə çarpmayan debitlə neft alınmışdır. Sonralar Çokrak
horizontu Əmirxanlı sahəsinin 746 və 1177 saylı
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
182
quyularında yoxlanılmış və 10-15 t/gün debitlə neft
alınmışdır.
Çokrak neftinin r
əngi xurmayı və tünd xurmayıdır,
sıxlığı 900 kq/m
3
, t
ərkibində parafin 15 %, qatran 36 %,
asfalten 2,21 %-dir.
Xudat sah
əsində 11 saylı quyuda Paleogen-Miosen
kom
pleksinin ümumi qalınlığı isə 115-412 m arasında dəyi-
şir. Bu quyuda sınaq zamanı neft və qaz axını alınmışdır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Çokrak m
ərtəbəsinin neftliliyi onun şimal hissə-
sind
ə yerləşən Tumarxanlı-Gərməli zonasında qeyd olunur.
Burada Çokrakın kəsilişi gil, alevrit və qumdaşılarının
növb
ələşməsindən ibarətdir.
Dostları ilə paylaş: |