Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə48/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   44   45   46   47   48   49   50   51   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

 
Neogen kompleksi çöküntül
əri 
 
Neogenin orta v
ə üst Miosen çöküntüləri Azərbaycan 
ərazisində əksər neftli-qazlı rayonlarında geniş yayılıblar 
(şəkil 77). Bu çöküntüləri litofasial xüsusiyyətlərinə görə, 
Alt Miosen çöküntül
ərindən fərqləndiklərinə görə onlara 
yarımkompleks kimi ayrılıqda baxılır. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
178
Orta v
ə üst Miosen çöküntüləri əsasən qumlu gil, qum, 
müxt
əlif dənəli qumdaşı, mergel və dolomitlərdən təşkil 
olunan molass çöküntül
ərindən ibarətdir. Kəsilişdə konqlo-
merat, qravelit, alevrolit, 
əhəngdaşı və vulkan külü aralay-
ları da iştirak edir [12, 30].
 
Şəkil 77. Orta və üst Miosen çöküntülərinin yayılma sahələri 
(B.İ.Məhərrəmov). 
Yevlax-
Ağcabədi çökəkliyində orta və üst Miosen 
çöküntülərinin ümumi qalınlığı 1400 m-ə çatır. Kür-Qabırrı 
NQR ərazisində, Kür çayı vadisindən Qabırrı çayı istiqamə-
tin
də orta və üst Miosen çöküntülərinin qalınlıqları 0-dan 
2400 m-
ə qədər artır. Maksimum qalınlıq Gürzündağ zona-
sından şimalda qazılan axtarış quyuları ilə müəyyən edilib. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
179 
Çokrak horizontu
Siy
əzən monoklinalında dəniz 
sahilind
ən şimal-qərbdə Tahirçaya qədər, əsasən zəif kar-
bonatlı və qumlu gillərdən ibarətdir. Kəsilişdə nazik qum 
v
ə qumdaşı laycıqları və brekçiyaşəkilli dolomit konqres-
si
yaları da iştirak edir. Kəsilişdə gil, mergel, əhəngdaşı və 
15-
20 sm qalınlıqda qravelitlər də rast gəlir. Vəlvələçay 
hövz
əsində ortadənəli, yaxşı çeşidlənmiş 1 m qalınlığında 
kvars layları qeyd olunur.
Siyəzən monoklinalının şimal-qərbində qumluluq artır. 
Vəlvələçay hövzəsində ortadənəli, yaxşı çeşidlənmiş 1 m 
qalınlığında kvars layları qeyd olunur. Belə kvars qumları 
Caqacuqçay hövzəsində də iştirak edir. Zeyvə-Əliç 
sahəsində Çokrak horizontu boz, tünd-boz, xırdadənəli qum 
və qumdaşı laycıqları olan sıx karbonatlı gillərdən təşkil 
olunub. Kəsilişdə 15-20 sm qalınlıqda qravelitlər də rast 
gəlir. Horizontun qalınlığı 300-350 m-ə çatır. 
Şurabad sahəsində qalınlığı 200-300 m olan Çokrak 
horizontu ara-
sıra qumlu gillərdən ibarətdir. Kəsilişdə na-
zik qum laycıqları da qeyd edilir. Tələbi-Qaynarca antikli-
nal zonasında çöküntülər nazik qum laycıqları olan tünd-
boz, zəif karbonatlı, çox vaxt qumlu gillərdən ibarətdir. 
Maksimal qalınlığı 450-500 m-dir. 
Yalama sahəsində Çokrak horizontunun üst hissəsi 
qumlu gillərlə səciyyələnir. Kəsilişin alt hissəsində isə 
qonuru-
boz, qumlu gil laycıqları olan xırdadənəli qum qatı 
yatır. Qalınlıq 340 m-ə çatır. Yalamadan cənub-şərqə 
Çokrak horizontu gilli litofasiya ilə (nazik qum laycıqlı, az 
karbonatlı qumlu gillər) səciyyələnir. Belə litofasiya 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
180
Qudyalçay vadisinə kimi izlənir. Xudat və Xaçmaz sahə-
lərində Çokrak horizontunun qalınlığı 60-80 m-dir. 
Abşeron yarımadasında Çokrak horizontu rayonun 
qərb və şimal-qərb sahələrində yer səthinə çıxır, axtarış və 
kəşfiyyat quyuları ilə də açılıb. Kəsiliş əsasən gil, mergel, 
əhəngdaşı və qumdaşılardan ibarətdir. 
Şamaxı-Qobustan NQR-də Çokrak horizontu Cənubi-
Qobustanda qumlu-gilli litofasi
yada yayılıb. Gil, qumdaşı, 
mergel və az miqdarda dolomitlərdən ibarət olan Çokrak 
horizontunun kəsilişində qumlu süxurların ümumi qalınlığı 
170 m-
ə çatır ki, bu da horizontun ümumi qalınlığının (400-
500 m) 35-40 %-
i təşkil edir. 
Kiçik Qafqazqarşısı zonada Tarxan-Çokrak çöküntüləri 
əsasən gil, bəzən qum və qumdaşı laycıqlarından ibarətdir. 
Çöküntülər məhdud sahəni əhatə edirlər. Çökəkliyin cənub 
yamacında mergel laycıqlarına da rast gəlir. Məmmədtəpə, 
Şirvanlı, Ağcabədi, Beyləqan sahələrində Çokrakın kəsili-
şində qum və qumdaşı laycıqlarına təsadüf edilir. Kür 
çökəkliyinin uzaq qərb hissəsində (Kartlı çökəkliyi) Tarxan-
Çokrak çöküntülərinin qalınlığı 450-500 m-ə çatır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı 
rayonunda Tarxan horizontunun çök
üntüləri bölgə ərazisin-
də az yayılıblar. Qalınlığı 30 m olan çöküntülər karbonatlı 
gil və nazik gilli qumdaşıları ilə səciyyələnirlər. Çokrak 
çöküntüləri qumdaşı, qumlu gil və əhəngli qumdaşılardan
ibarətdir. Qalınlıq 450 m-dir. 
Çokrak horizontunun neft-
qazlılığı kəsilişində iştirak 
ed
ən qumdaşı və qum layları ilə əlaqədardır. Cənubi 
Qobustanda (Umbakı, Hacıvəli və s.) və Qusar-Dəvəçi 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
181 
neftli-
qazlı rayonunda (Saadan, Nardaran və s.) Çokrak 
m
ərtəbəsində sənaye əhəmiyyətli neftli qumdaşı və qum 
layları qeyd olunur.
C
ənubi Qobustanda neftli kollektorları kiçik və orta-
d
ənəli kvars dənələrindən ibarət qumların az qalınlıqlı gil 
t
əbəqələrilə növbələşməsindən ibarət qumlu-gilli horizont-
lar t
əşkil edir. 
Qusar-D
əvəçi neftli-qazlı rayonunda Çokrak laylarının 
n
eftli kollektorlarının kəsilişi bir-biri ilə tez-tez növbələşən 
qum, qumdaşı və gillərdən ibarətdir. 
Çokrak horizontunun t
əbii neft-qaz çıxışları Candahar 
sah
əsində rast gəlinmişdir. Neft-qaz təzahürü isə Üçüncü 
Dövr monoklinalının bütün sahələrində struktur-xəritəalma 
v
ə axtarış-kəşfiyyat qazıma işləri nəticəsində aşkar 
olunmuşdur. Saadan sahəsində 481 saylı quyudan şimal-
şərqə 100 m məsafədə, üç yerdə qaz ayrılması ilə müşayiət 
olunan neft çıxışı qeyd olunur. Digər neft-qaz çıxışı 
Nohurdağın ətəklərində müşahidə olunur. Çokrakın sənaye 
əhəmiyyətli neft-qazlılığı 1951-ci ildə Saadan sahəsində 
196 saylı quyudan 8,5 t/gün debitlə neft alınması ilə 

əyyən olunmuşdur. Bu quyuya nisbətən şimal-şərqə 200 
m m
əsafədə yerləşən 154 saylı quyu 1954-cü ildə 8,6 t/gün 
debitl
ə istismara verilmişdir. Bu sahədə olan 415, 416, 496, 
504 v
ə s. saylı quyular 30-40 t/gün debitlə istismara 
verilibl
ər. Çokrak horizontunun neft-qazlılığını izləmək 
m
əqsədi ilə Siyəzən-Nardaran sahəsində bir sıra quyular 
(67, 490, 752, 753 v
ə 813 saylı quyular) qazılmış, lakin 
n
əzərə çarpmayan debitlə neft alınmışdır. Sonralar Çokrak 
horizontu Əmirxanlı sahəsinin 746 və 1177 saylı 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
182
quyularında yoxlanılmış və 10-15 t/gün debitlə neft 
alınmışdır. 
Çokrak neftinin r
əngi xurmayı və tünd xurmayıdır, 
sıxlığı 900 kq/m
3
, t
ərkibində parafin 15 %, qatran 36 %, 
asfalten 2,21 %-dir.
Xudat sah
əsində 11 saylı quyuda Paleogen-Miosen 
kom
pleksinin ümumi qalınlığı isə 115-412 m arasında dəyi-
şir. Bu quyuda sınaq zamanı neft və qaz axını alınmışdır. 
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı 
rayonunda Çokrak m
ərtəbəsinin neftliliyi onun şimal hissə-
sind
ə yerləşən Tumarxanlı-Gərməli zonasında qeyd olunur. 
Burada Çokrakın kəsilişi gil, alevrit və qumdaşılarının 
növb
ələşməsindən ibarətdir. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə