Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə2/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   2   3   4   5   6   7   8   9   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

 
 
 
 
 
 
 
 
 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 

GİRİŞ 
 
Neft-qaz yata
qları axtarışının səmərəli
istiqam
ətlərinin

əyyən edilməsində neft-geoloji rayonlaşdırmanın əhəmiy-
y
əti çox böyükdür. Neft-qaz-geoloji rayonlaşdırma çöküntü-
toplanma hövz
ələrinin müxtəlif miqyaslı neftli-qazlı ərazilərə 
bölünm
əsindən ibarətdir. Əsas məqsədi perspektivli neftli-
qazlı ərazilərin müəyyən edilməsi olan bu bölgü sistemində 
KH-l
ərin generasiya, miqrasiya və akkumulyasiya kriteri-
yaları, eyni zamanda ərazinin müasir geotektonik quruluşu, 
onun geostruktur elementl
ərinin əsas xüsusiyyətləri və ərazi-
d
ə yayılan çöküntülərin litostratiqrafik xüsusiyyətləri də nəzə-
r
ə alınmalıdır. 
Son illərdə alınmış geoloji-geofiziki işlər, eyni zamanda 
müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonların geoloji 
quruluşlarının paleotektonik təqiqatları və neft-qazlılıq 
perspektivliklərinin qiymətləndirilməsi üzrə aparılmış elmi-
tədqiqat işlərinin nəticələri əsasında, Azərbaycanın quru 
ərazisinin müasir regional tektonik quruluşu dəqiqləşdirilmiş 
və prinsipcə yeni tektonik və neft-qaz-geoloji rayonlaşdı-
rılma aparılmışdır.
T
ərtib olunmuş yeni neft-qaz-geoloji rayonlaşdırmada
müasir struktur-
tektonik xüsusiyyətlərlə yanaşı, Mezozoy, 
Paleogen-
Miosen və Pliosen çöküntü komplekslərinin lito-
fa
sial xüsusiyyətləri, onların toplandıqları paleotektonik 
şəraitlər nəzərə alınaraq neftli-qazlı və mümkün neftli-qazlı 
rayonlar ayrılmışdır. Rayonların neft-qaz-geoloji rayon-
laşdırma iyerarxiyası üzrə daha böyük vahidləri olan neftli-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
6
qazlı vilayətə, neftli-qazlı subəyalətə və hansı neftli-qazlı 
əyalətə mənsub olduğu geoloji cəhətdən əsaslandırılmışdır.
R
ayonlaşdırma həm hövzə, həm də struktur-tektonik 
prinsipl
ərə əsaslanmışdır. Bu rayonlaşdırma xəritəsinin tər-
tibi 
zamanı neft-geoloji rayonlaşdırılmanın böyük bölgüləri 
hövz
ə, orta və kiçik vahidləri isə struktur-tektonik prinsipə 
əsaslanıb. Xəritənin tərtibi zamanı maksimum məlumatla 
t
əmin olunmuşdur. Neftli-qazlı rayonların daxilində neftli-
qazlı və perspektivli neftli-qazlı zonalar ayrılmış, zonalarda 
neftli-
qazlı sahələrin yerləşmə xüsusiyyətləri göstərilmişdir.
A
parılmış elmi-tədqiqat işləri nəticəsində Mezozoy, 
Paleogen-
Miosen və Pliosen-Antropogen komplekslərində 
əsas neftli-qazlı və perspektivli obyektlər ayrılmış, bu 
obyektlərdə KH-in toplanması, qorunub saxlanılması üçün 
əlverişli olan struktur və litostratiqrafik tip tələlərdə axtarış-
kəşfiyyat işlərinin aparılması təklif olunmuşdur.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə