Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   4   5   6   7   8   9   10   11   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

 
 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
24
 
 
 
 
 
II F
əsil 
Neftli-
qazlı və mümkün neftli-qazlı rayonlar 
 
Az
ərbaycanın neftli-qazlı rayonları və perspektivliyi 
ehtimal olunan 
əraziləri Böyük Qafqazqarşısı və Qafqaz dağ-
lararası neftli-qazlı əyalətlərinin tərkibinə daxildirlər. Tekto-
nik c
əhətdən bu ərazilər Qafqaz-Kopetdağ mütəhərrik 
qurşağına aiddir, 20 km və daha çox qalınlığa malik Mezozoy 
çöküntül
ərinin geniş yayılması ilə xarakterizə olunur. 
Aşağıda Azərbaycanın neftli-qazlı rayonları və neft-
qazlılıq perspektivliyi ehtimal olunan sahələrinin xüsusiy-
y
ətləri yeni neft-qaz-geoloji rayonlaşdırma sxemi əsasında 
qısa şəkildə təqdim olunur. 
Neftli-
qazlı rayonlar 
 
Qusar-D
əvəçi neftli-qazlı rayonu (NQR). 
Terek-
X
əzər neftli-qazlı subəyalətinin (NQSƏ) cənub-şərq his-
s
əsini əhatə edən Şimali Abşeron neftli-qazlı vilayətinin 
(NQV) 
şimal-qərb hissəsində yerləşən Qusar-Dəvəçi NQR-i 
geomorfoloji c
əhətdən Böyük Qafqazın cənub-şərq batımı-
nın şimal-şərq yamacını, Qusar maili düzənliyini və Samur-
D
əvəçi ovalığını əhatə edir.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
25 
Şəkil 3. Qusar-Dəvəçi neftli-qazlı rayonu. Strukturların yerləşmə 
sxemi 
(Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov).
Rayonun üçbucağı xatırladan ərazisi şərqdən və şimal-
şərqdən Xəzər dənizi, cənubdan və cənub-qərbdən Siyəzən, 
şimal-qərbdən isə Samur dərinlik qırılmaları ilə sərhədlənir 
(şəkil 3). Rayon tektonik cəhətdən Paleogen və Neogen 
kompleksi çöküntül
əri üzrə eyni adlı törəmə çökəkliyə 
uyğun gələn bu neftli-qazlı rayon daxilində Mezozoy 
çöküntül
əri üzrə Yalama-Xudat, Qusar-Xaçmaz-Ağzıbirçala 
qalxım zonaları və onların arasında ikinci dərəcəli Zeyxur 
çök
əkliyi ayrılır 
[
30, 34
]
. Orta Yura çöküntül
ərindən təşkil 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
26
olunmuş, Miosen çöküntüləri üzrə gömülmüş olan Qusar-
Xaçmaz-
Ağzıbirçala qalxımlar zonasından cənub-qərbdə 
geniş ölçülü Quba-Dəvəçi çökəkliyi yerləşir (şəkil 4, 5, 6). 
Şəkil 4. Afurca-Qaynarca-Xaçmaz istiqamətində geoloji profil 
(
Ə.Süleymanov, B.Məhərrəmov). 
Şəkil 5. 
Əmirxanlı-Qaynarca-Ağzıbirçala istiqamətində
geoloji profil (X.Yusifov, 
Ə.Süleymanov). 
Cənubi Dağıstan çökəkliyinin cənub-şərq davamında 
ye
rləşən Zeyxur çökəkliyi Yalama-Xudat və Qusar-Xaç-
maz-
Ağzıbirçala qalxımlarını bir-birindən ayırır. Cənub-
şərqdə Xəzər dənizinə açılan Quba-Dəvəçi çökəkliyi isə 
Qusar-Xaçmaz-
Ağzıbirçala qalxımlar zonasını Təngi-Beş-
bar
maq antiklinoriumundan ayırır.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
27 
Yalama-
Xudat qalxımlar qrupu çökəkliyin şimal-şərq 
hiss
əsində yerləşir (şəkil 6, 7). Mezozoy çöküntüləri üzrə 
Yalama sah
əsində bir-birindən kiçik və dayaz yəhərlərlə ayrı-
lan, c
ənub-şərq istiqamətində uzanan subplatforma tipli, kiçik 
ölçülü, yastı tağlı Yalama, Cənubi Yalama və Şərqi Yalama 
qalxımları müəyyən edilib. Geoloji quruluşlarında Orta Yura, 
Tabaşir (Üst Barremdən Maastrixtə qədər), Paleogen-Miosen 
v
ə Pliosen-Antropogen çöküntüləri iştirak edən bu 
qalxımların geoloji quruluşları kəsiliş üzrə yuxarıya doğru 
sad
ələşir. Sarmat çöküntüləri üzrə Yalama, Cənubi Yalama 
antiklinalları, tağ hissəsi Yalama qalxımında qalmaqla, 
uzununa asimmetrik olan vahid antiklinal strukturla 
əvəz olur. 
Zeyxur çök
əkliyinin daxilində yerləşən İmamqulukənd və 
Şirvanovka qalxımları da yastı quruluşları ilə fərqlənirlər. 
C
ənub-şərq istiqamətində uzanan Qusar-Xaçmaz-
Ağzıbirçala gömülmüş qalxımlar zonasında Orta Yura çö-
küntül
əri Paleogen-Miosen çöküntüləri ilə qeyri-uyğun ola-
raq örtülürl
ər. Qusar qalxımında Orta Yura çöküntüləri 
üz
ərinə Sarmat, Xaçmaz qalxımında Paleosen, Ağzıbirçala 
qalxımında isə Pontun gilli çöküntüləri yatırlar.
Orta Yura çöküntül
ərinə görə bir sıra qalxımlardan iba-
r
ət Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonası 
antiklinorium quruluşlu olduğu halda, Üst Miosen, Pliosen-
Antropogen çöküntül
əri üzrə, Yalama-Xudat qalxımlarında 
olduğu kimi, kiçik bucaq altında şimal-şərq istiqamətində 
yatan monoklinaldan ibar
ətdir. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
28



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə