Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   5   6   7   8   9   10   11   12   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
29 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
30
Göst
ərilən tektonik vahidlərdə çökəkliyin Üst Miosen-
Antropogen çöküntül
ərinin yatım xüsusiyyətləri nəzərə 
alınaraq, ümumən Qusar-Dəvəçi çökəkliyi, törəmə mulda və 
ya tör
əmə çökəklik adlanır. Burada “törəmə çökəklik” termi-
ni yalnız Üst Miosen və Pliosen-Antropogen çöküntülərinə 
aiddir. Altda yatan Paleogen v
ə Mezozoy kompleksi üzrə 
Qusar-D
əvəçi çökəkliyi geoloji quruluşlarına görə bir-birin-
d
ən kəskin fərqlənən qalxım zonalarından və çökəkliklərdən 
ibar
ətdir. Quruluşunun mürəkkəbliyi ilə fərqlənən Qusar-
Xaçmaz-
Ağzıbirçala gömülmüş qalxımlar zonasından cə-
nub-q
ərbdə, daha mürəkkəb quruluşa malik olan Quba-
D
əvəçi çökəkliyi yerləşir. 
Quba-D
əvəçi çökəkliyi şimal-şərqdə Qusar-Xaçmaz-
Ağzıbirçala gömülmüş qalxımlar zonası, cənub-qərbdə isə 
T
əngi-Beşbarmaq antiklinoriumunun şimal-şərq qanadını 
mür
əkkəbləşdirən Siyəzən dərinlik qırılması ilə hüdudlanır. 
Şimal-şərq sentriklinalı Sudur tektonik zonasında yerləşən 
Quba-D
əvəçi çökəkliyi cənub-şərq istiqamətində genişlə-
n
ərək, Xəzər dənizində Şimali Abşeron ön çökəkliyinə açı-
lır. Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen çö-
küntül
əri ilə doldurulmuş bu çökəkliyin cənub-qərb bortu 
T
ələbi-Qaynarca antiklinal zonası ilə mürəkkəbləşmişdir 
(şəkil 4, 5, 6). 
Q
ərbi Xəzər dərinlik qırılmasından şimal-qərbdə yer-
l
əşən Tələbi qalxımı istisna olmaqla, bu zonanın Qərbi 
Qaynar
ca, Qaynarca, Qızılburun-dəniz və Zarat-dəniz 
braxi
antiklinalları, əsasən Paleogen-Miosen və qismən də 
Pliosen-Antropogen çöküntül
ərindən təşkil olunmuşlar.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
31 
T
ələbi qalxımının tağ hissəsində Orta Yuranın yuyul-
muş səthi üzərinə Maykop çöküntülərinin yatması, struktu-
run böy
ük amplitudlu qırılma ilə düşmüş olan CQ qana-
dında isə Sarmat çöküntüləri qalınlığının kəskin şəkildə 
artması qazıma ilə müəyyən edilmişdir. 
Tələbi-Qaynarca antiklinal zonasından cənub-qərbdə, 
geomorfoloji cəhətdən kəskin əks olunmuş Rustov-Əmir-
xanlı çökəkliyi yerləşir. Böyük qalınlıqlı Paleogen-Miosen 
v
ə Pliosen-Antropogen çöküntüləri ilə dolmuş olan Rustov-
Əmirxanlı çökəkliyinin cənub-qərb bortunu təşkil edən 
Siy
əzən monoklinalında yer səthinə çıxan Paleogen-
Miosen v
ə Üst Tabaşir çöküntüləri böyük bucaq altında 
şimal-şərq istiqamətində yatır, mərkəzi hissəsində isə hətta 
c
ənub-qərbə aşırılmışlar.
Qusar-D
əvəçi NQR-in əsas neftli-qazlı obyekti olan 
Siy
əzən monoklinalında Üst Tabaşirin Maastrixt mərtəbəsi-
nin karbonatlı, Paleogen-Miosenin isə Danimarka, Paleosen, 
Eosen v
ə Oliqosen-Miosen (Maykop) və qismən də orta və 
üst Miosenin Çokrak horizontu v
ə Sarmat mərtəbəsinin 
qumlu-gilli çöküntül
əri sənaye əhəmiyyətli neftli-qazlıdırlar.
Sarmat m
ərtəbəsi çöküntülərindən Tələbi-Qaynarca 
antik
linal zonasının ŞQ-də yerləşən Tələbi sahəsində qazıl-
m
ış 12 №-li quyuda lay sınayıcısı vasitəsilə 4461 m dərinlik-
d
ən 40 m
3
/gün hasilatla a
ğır neft alınmışdır. Bu antiklinal 
zonanın neft-qazlılıq perspektivliyi Sarmat çöküntüləri ilə 
yanaşı, altda yatan Çokrak horizontunun və Maykop lay 
d
əstəsinin qumlu-gilli çöküntüləri ilə də əlaqədardır.
Qusar-Xaçmaz-
Ağzıbirçala gömülmüş qalxımlar zo-
na
sında axtarış qazması ilə açılmış olan orta və alt Yuranın 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
32
terrigen çöküntül
əri və Triasın vulkanogen süxurları ilə, 
el
əcə də, Üst Miosen çöküntülərilə əlaqədar neft-qaz əla-
m
ətləri qeydə alınmasa da bu zonanı perspektivsiz saymaq 
doğru olmaz. Fikrimizcə bu zonanın perspektivliyi onun 
CQ v
ə Şm.Ş qanadlarında Paleogen-Miosen və Tabaşir 
çöküntül
ərinin Üst Miosen transqressiyası zamanı qeyri-
uyğun yatım müstəvisi altında yaranmış stratiqrafik tipli 
t
ələlərlə əlaqədardır. 
Rayonun Şm.Ş hissəsində yerləşən Yalama-Xudat qal-
xımlar zonasının Yalama sahəsində 1№ istinad quyusunda 
Turon-Konyak çöküntül
ərinin qazılması zamanı güclü qaz 
t
əzahürləri müşahidə olunmuş, 8 və 12 №-li quyularda isə 
qaz
ıma zamanı gilli məhlul üzərində neft pərdələri qeydə 
alınmışdır. 
Yalama sah
əsində 9 №-li və Xudat sahəsində 10 №-li 
quyuların qazılması zamanı Alt Tabaşirin Barrem, Apt və 
Alb çöküntül
ərilə əlaqədar neft-qazlılıq əlamətləri müşahi-
d
ə olunmuşdur. 9 №-li quyuda Barrem çöküntülərindən 
sınaq zamanı 28-30 m
3
/gün hasilatla su il
ə yanaşı kiçik 
h
əcmdə qaz və kondensat alınmışdır. 
Yalama-
Xudat zonasında bir sıra axtarış-kəşfiyyat qu-
yu
larının qazılmasına baxmayaraq sənaye əhəmiyyətli neft-
qaz axınlarının alınmaması bu zonanın perspektivliyini 
yüks
ək qiymətləndirməyə imkan vermir. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə