Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma


Muradxanlı neftli-qazlı rayonu (NQR)



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə17/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   13   14   15   16   17   18   19   20   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Muradxanlı neftli-qazlı rayonu (NQR). 
Kür-C
ənubi 
X
əzər neftli-qazlı subəyalətinin (NQSƏ) Kiçik Qafqaz-
Talışqarşısı neftli-qazlı vilayətinə (NQV) daxil olan 
Muradxanlı NQR-i Yevlax-Ağcabədi çökəkliyinin şimal-
şərq bortunu əhatə edir.
Rayon şimalda Mingəçevir-
Göyçay üst
əgəlmə qırılması ilə Acınohur çökəkliyindən, 
şimal-şərqdə Carlı-Cəlilabad regional qırılması ilə 
Kürd
əmir-Saatlı-Lənkəran gömülmüş Mezozoy qalxımları 
zonasından ayrılır. Cənub-şərqdə çökəklik Aşağı Araz, 
c
ənub-qərbdə isə şərti olaraq Yevlax-Ağcabədi çökəkliyi-
nin ox x
ətti ilə hüdudlanır. Geoloji quruluşunda Mezozoy, 
Paleogen-Miosen v
ə Pliosen-Antropogen çöküntüləri 
iştirak edir (şəkil 34).
Paleogen çöküntül
əri, bortun batım hissələrində 
Mezozoy çöküntül
ərinə transqressiv şəkildə söykənərək 
pazlaşırlar. Geofiziki məlumatlar əsasında çökəkliyin mər-
k
əzi hissəsində kristallik bünövrənin 12-14 km, bort hissə-
l
ərində isə 8-10 km dərinliklərdə yatdığı müəyyən edil-
mişdir. Mezozoy çöküntüləri səthinin çökəkliyin mərkəzin-
də yatma dərinliyi 7-8 km-ə çatır. Muradxanlı NQR-i 
Pliosen-
Antropogen kompleksi üzrə Kür dağlararası çökək-
liyinin şimal-şərq istiqamətli, olduqca yastı yatımlı 
monoklinalın cənub-qərb bortunu təşkil edir. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
77 
Şəkil 34. Muradxanlı neftli-qazlı rayonu. Strukturların 
yerl
əşmə sxemi. 
Neogen-
Antropogen kompleksinin struktur planı, alt-
da yatan Paleogen v
ə Mezozoy komplekslərinin struktur 
plan
larından kəskin şəkildə fərqlənir 
[
89, 119
]
. Bel
ə ki, 
Paleogen v
ə Mezozoy kompleksləri nisbətən dik bucaq 
altında cənub-qərb istiqamətində yatdıqları halda, Neogen-
Antropogen kompleksi az maili monoklinal şəklində şimal-
şərq istiqamətində yatır (şəkil 35, 36, 37). 
Muradxanlı NQR-in şimal-qərb hissəsində Qarxun-
Əmirarx, cənub-şərq hissəsində isə Qaralı-Qışlaq, Şahsün-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
78
ni-
Məmmədli qalxımları və Zərdab-Muradxanlı-Cəfərli an-
tikli
nal zonası yerləşir (şəkil 38). Muradxanlı qalxımı 
istisna olmaqla, Mezozoy kompleksi strukturlarının əksə-
riyy
əti uzunluqları 2-6 km, enləri 1-3 km, hündürlükləri 80-
150 m olan, kiçik ölçülü lokal qalxımlardır. Bu neftli-qazlı 
rayon struktur-tektonik xüsusiyy
ətlərinə və lokal qal-
xımların yerləşmə sıxlığına görə şimal-qərb, mərkəz və 
c
ənub-şərq zonalara bölünür. 
Şəkil 35. Şirinqum-Muradxanlı-Carlı istiqamətində
geoloji profil 
(B.İ.Məhərrəmov). 
Şəkil 36. Şirinqum-Cəfərli-Həsənli istiqamətində
seysmogeoloji profil. 
Şimal-qərb zonada, Yevlax-Ağcabədi çökəkliyinin şi-
mal-q
ərb sentriklinalının şimal-şərq hissəsində Qarxun, 
Q
ərbi-Əmirarx, Əmirarx qalxımları və Şıxlar, Quşçu, Pirəzə 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
79 
struktur çıxıntıları aşkar edilmişdir. Bir-birindən geniş 
struktur y
əhərlərlə ayrılan və cənub-şərq istiqamətində 
uzanan Q
ərbi Əmirarx, Əmirarx, və Qarxun qalxımları zəif 
inkişaf etmiş antiklinal zona yaradırlar (şəkil 39, 40). 
Şəkil 37. Bərdə-Əmirarx-Xosrov istiqamətində
seysmogeoloji profil. 
Şəkil 38. Zərdab-Şıxbağı-Muradxanlı-Cəfərli-Qaralı 
istiqam
ətində geoloji profil (Ə.M.Süleymanov, B.İ.Məhərrəmov). 
Qarxun qalxımı Mezozoy kompleksi çöküntülərinin 
10
o
bucaq altında cənub-qərb istiqamətli monoklinal yatımı 
üz
ərində, Mezozoyun səthini əks etdirən 5300 m-lik 
izohipsl
ə qapanan, uzunluğu 3,5 km, eni 1,5 km, hün-
dürlüyü 50 m olan, c
ənub-şərq istiqamətli braxiantiklinal 
strukturdur.
Q
ərbi Əmirarx qalxımı, cənub-şərq istiqamətdə uza-
nan, 4900 m-lik izohips üzr
ə ölçüləri 1,2 x 0,7 km olan, 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
80
Əmirarx qalxımı isə Eosen çöküntüləri səthini əks etdirən 
4650 m-lik izohipsl
ə uzunluğu 3,0 km, eni 1,8 km, hün-
dürlüyü 50 m-
ə yaxın olan braxiantiklinal strukturlardır.
Şəkil 39. Əmirarx-Zərdab-Şıxbağı istiqamətində
seysmogeoloji profil. 
Şəkil 40. Bozyeri-Duzdağ-Əmirarx istiqamətində
seysmogeoloji profil.
M
ərkəzi tektonik zona şimal-qərb və cənub-şərq zona-
la
rı arasında 25-26 km məsafədə uzanan, Mezozoy çökün-
tül
əri səthinin 4000-4500 m-dən 6500 m dərinliyə qədər 
gömüldü
yü, struktur çıxıntılarla mürəkkəbləşmiş olan 
monoklinaldan ibar
ətdir. Bu monoklinalın qalxım hissəsində 
4200-4600 m v
ə 4100-4500 m-lik izohipslərlə əks olunmuş 
Qazıyan və Ucar, batım hissəsində isə 5500-6000 m-lik 
izohipsl
ərlə əks olunmuş Acıdərə və Gödəkqobu struktur 
çıxıntıların varlıqları müəyyən edilmişdir. 
C
ənub-şərqi tektonik zona cənub-şərq istiqamətində 
uzanan kiçikölçülü lokal qalxımların çoxluğu ilə fərqlənir. 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə