Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma


Abşeron neftli-qazlı rayonu (NQR)



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə13/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   9   10   11   12   13   14   15   16   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Abşeron neftli-qazlı rayonu (NQR). 
C
ənub-Şərqi 
Qafqaz neftli-
qazlı subəyalətinə (NQSƏ) daxil olan CŞ 
Qafqaz neftli-
qazlı vilayətinin (NQV) CŞ hissəsində
Abşeron NQR-i Şamaxı-Abşeron periklinal çökəkliyinin 
şərq-cənub-şərq hissəsini əhatə edir. Rayonun quru ərazisi 
en istiqam
ətində uzanan Abşeron yarımadasından ibarət 
olub, onun q
ərb sərhədi, şərti olaraq Giləzi burnundan 
S
əngəçal burnuna qədər uzanan xətt, şimal, cənub və şərq 
s
ərhədləri isə şərti olaraq yarımadanın sərhədləri olaraq 
q
əbul olunur (şəkil 22).


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
53 
Şəkil 22. Abşeron neftli-qazlı rayonu. Strukturların
yerl
əşmə sxemi. 
Abşeron neftli-qazlı rayonu tektonik cəhətdən Böyük 
Qafqaz meqaantiklinoriumun cənub-şərq batımının dava-
mını təşkil edir. Cənub-Şərqi Qafqazın pilləvari tektonik 
quruluşu Abşeron periklinal çökəkliyi ərazisində dəyi-
şikliklərə uğrayır. Periklinal çökəklik Şimali Abşeron və 
Cənubi Abşeron pillələrinə ayrılır. 
Daha yüksək hipsometrik səviyyədə yerləşən Şimali 
Abşeron pilləsi şimalda Qusar pilləsinin Xəzər dənizi suları 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
54
altında qalan hissəsindən Təngi-Beşbarmaq meqaantikli-
nalının cənub-şərqdə davamı olan qırılma və qırışıqlar 
zonası ilə ayrılır. Cənubi Abşeron pilləsi isə Abşeron 
yar
ımadasının çox hissəsini, yarımadanın cənub hissəsində 
yerləşən dəniz akvatoriyasını və Qobustanın şərq hissəsini 
əhatə edir. Şimali Abşeron pilləsində Mezozoy çöküntüləri 
yüksək hipsometrik səviyyədə yerləşir və strukturların 
əksəriyyəti en dairəsinə yaxın istiqamətlənir. Bu istiqamət 
Mezozoy çöküntüləri ilə yanaşı, onların üzərinə qeyri-
uyğun şəkildə yatan Paleogen-Miosen və eləcə də, Pliosen 
strukturları üçün də səciyyəvi xüsusiyyət sayılır. Cənubi 
Abşeron pilləsində şimaldan cənuba və qərbdən şərqə 
get
dikcə Mezozoy çöküntülərinin yatma dərinliklərinin 
həm tədricən və həm də kəskin artması nəticəsində 
Paleogen-Mios
en və Pliosen çöküntülərinin en dairəsinə 
yax
ın istiqamətlənən strukturları meridionala yaxın struk-
tur
larla əvəz olunurlar. Abşeron NQR-i antiklinal struktur-
ların geomorfoloji xüsusiyyətlərinə və yarımada ərazisində 
tutduqları mövqelərinə görə Qərbi Abşeron, Mərkəzi 
Abşeron və Şərqi Abşeron tektonik zonalarına ayrılırlar. 
Q
ərbi Abşeron tektonik zonası, Mərkəzi Qobustan 
qırışıqlığı zonalarının cənub-şərq istiqamətində davamında 
yerl
əşən, tağ və tağa yaxın hissələrində Paleogen-Miosen, 
b
əzən də Mezozoy çöküntülərinin yer səthinə çıxan, cənub-
şərq batımları isə MQ çöküntüləri ilə haşiyələnən 
strukturlardan ibar
ətdir 
[
30
]
.
Q
ərbi Abşeron tektonik bölgəsi Baş Qafqaz sıra dağ-
larının cənub-şərq davamında yerləşir. Bu tektonik zona 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
55 
C
ənub-Şərqi Qafqazın Mezozoy strukturlarından Qafqazın 
əksi istiqamətində yerləşən Yaşma fleksurası ilə ayrılır. 
Q
ərbi Abşeron tektonik bölgəsinin şimal-şərq və cənub-
şərq sərhədləri Abşeron yarımadasının müvafiq sahələrilə, 
şərq sərhədi isə Mərkəzi Abşeronun Fatmayı-Zığ antiklinal 
zonası ilə məhdudlanır. Qərbi Abşeron geotektonik 
baxımından Böyük Qafqaz meqantiklinoriumundan Ab-
şeron periklinal çökəkliyinə keçid zonasında yerləşir 
[
66
]

Q
ərbi Abşeron tektonik bölgəsində Qərbi Abşeron 
antiklinoriumu v
ə Qərbi Abşeron sinklinoriumu ayrılır. 
Bunlar da öz növb
ələrində Qərbi Abşeron bölgəsini müvafiq 
olaraq c
ənub-şərqi Qobustandan və Mərkəzi Abşeronun 
Fatmayı-Zığ antiklinal zonasından ayırırlar. Qərbi Abşeron 
sinklinoriumu c
ənub-cənub-şərq istiqamətində uzanaraq 
Sumqayıt, Ceyranbatan, Masazır sinklinallarını və böyük 
ölçülü Bakı muldasını əhatə edir. Bu sinklinorium yer 
s
əthində Məhsuldar qat, Ağcagil və Abşeron çöküntülərindən 
t
əşkil olunmuşdur. Ayrı-ayrı sinklinalların və Bakı mul-
dasının mərkəzi hissələri isə Dördüncü dövr çöküntüləri ilə 
dolmuşdur. Dördüncü dövr çöküntüləri Abşeronun şimal-
q
ərb hissəsində (Sumqayıt sinklinalında) və Bakı muldasında 
daha 
çox yayılmış və nisbətən daha çox qalınlığa malikdir. 
M
əhz Qərbi Abşeron sinklinoriumu ümumqafqaz istiqa-
m
ətində uzanan antiklinoriumların Abşeron yarımadasında 
davamiyy
ətini əsaslı surətdə pozduğuna görə sinklinoriumdan 
şərqdə yerləşən Corat, Saray və b. antiklinalların bu 
antiklinoriumla
rın cənub-şərq davamında olduğunu birmənalı 
dem
ək olmaz. Qərbi Abşeron sinklinoriumunun cənub-qərb 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
56
yamacında yer səthinə çıxan Paleogen-Miosen çöküntüləri, 
Mezozoy çöküntül
ərindən təşkil olunmuş antiklinoriumların 
c
ənub-şərq qurtaracaqları ilə iti bucaq təşkil edərək, daha çox 
meridional istiqam
ətdə uzanırlar. Qərbi Abşeron sinklinori-
umunun asimmetrikliyi bütün enin
ə profillərdə nəzərə çarpır. 
Q
ərbi Abşeron sinklinoriumundan qərbdə yerləşən Göytəpə, 
Ceyranbatan, Güzd
ək antiklinalların kiçik ölçülü (2x3 km) 
olmaları və uzanma istiqamətlərinin kəskin şəkildə (en dairəsi 
v
ə meridional istiqamətlərdə) dəyişmələri ilə fərqlənirlər. 
Müxt
əlif istiqamətlərdə uzanan antiklinallardan cə-
nub-c
ənub-qərbdə yerləşən Qovundağ, Şabandağ, Şubanı, 
Lökbatan, Korgöz-
Qızıltəpə, Şonqar, Sarınca-Gülbaxt, 
Şorbulaq antiklinalları isə Güzdək muldasını əhatə edən
dair
əvi Qərbi Abşeron antiklinoriumunu təşkil edirlər. Bu 
antiklinoriumda olan antiklinal 
strukturları təşkil edən 
çöküntül
ərin yaşı şimal-qərbdən, şərqə, cənub-şərqə və 
c
ənub-qərbə getdikcə cavanlaşır (şəkil 23, 24, 25, 26).
M
əsələn, Qovundağ, Damlamaca, Şabandağ, Binəqədi 
sah
ələrində yer səthinə çıxan Eosen çöküntüləri, Şorbulaq, 
Saray, Corat, Fatmayı sahələrində Oliqosen-Miosen, 
Bin
əqədi, Şubanı sahələrində orta və üst Miosen çöküntü-
l
əri, Lökbatan-Qızıltəpə, Gülbaxt-Şonqar sahələrində isə 
orta v
ə üst Pliosen çöküntüləri ilə əvəz olunurlar. Bu anti-
klinal zona üçün strukturların kulis şəklində yerləşmələri 
uzununa istiqam
ətlənmiş pozğunluqların bir-birini əvəz 
ed
ərək, regional pozğunluqlar zonasını təşkil etmələri və 
onların eninə pozğunluqlarla kəsişdiyi sahələrdə böyük 
ölçülü palçıq vulkanlarının varlığı səciyyəvi haldır 
[
37
]




Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə