Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma


Şamaxı-Qobustan neftli-qazlı rayonu (NQR)



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə11/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   7   8   9   10   11   12   13   14   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Şamaxı-Qobustan neftli-qazlı rayonu (NQR). 
C
ənub-Şərqi Qafqaz neftli-qazlı subəyalətinin (NQSƏ) CŞ 
Qafqaz neftli-
qazlı vilayətinə (NQV) daxil olan Şamaxı-
Qobustan NQR-i, tektonik c
əhətdən Böyük Qafqazın CŞ 
batımının CQ hissəsində yerləşən Şamaxı-Qobustan çökək-
liyini tam 
əhatə edir. Rayon şimal-şərqdən Malkamud-
Germian (7), şimal-qərbdən Qərbi Xəzər (4), cənub-qərbdən 
Ləngəbiz-Ələt (12) dərinlik qırılmaları ilə hüdudlanır, onun 
şərq sərhədi isə şərti olaraq Giləzi burnundan Səngəçal 
burnuna q
ədər uzanan xətt götürülür (şəkil 14).
Şamaxı-Qobustan çökəkliyi Girdimançaydan başlayan 
və Çeyrankeçməz depressiyası ilə tamamlanan böyük bir 
depressiyanı əhatə edir. Bu depressiya geotektonik cəhətdən 
törəmə çökəkliyə daha çox uyğun gəlir. Cənub-şərq 
istiqamətində depressiya Cənubi Xəzər çökəkliyinə açılır.
Çökəkliyin cənub-qərb və mərkəzi hissələrində Mezo-
zoy çöküntüləri böyük qalınlıqlı Paleogen və Alt Miosenin 
çöküntüləri ilə örtülür. Çökəkliyin cənub-şərq hissəsində və 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
41 
Ələt yaylası ətrafında isə orta və üst Pliosen çöküntüləri 
geniş yayılıb. Bu zonada Tabaşir, Paleogen-Miosen və Alt 
Pliosen çöküntüləri daha dərində yatırlar 
[
30
]
.
Şəkil 14. Şamaxı-Qobustan neftli-qazlı rayonu. Strukturların 
yerl
əşmə sxemi 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
42
Şamaxı-Qobustan NQR-nin geoloji quruluşunda 
Mezozoy, Paleogen-Miosen v
ə Pliosen-Antropogen çö-
küntü kompleksl
əri iştirak edirlər. Bu çöküntü kompleks-
l
əri qırışıqlığın intensivliyi və əmələgəlmə vaxtına görə 
bir-birind
ən kəskin fərqlənən: Mezozoy, Paleogen-Miosen 
v
ə Pliosen-Antropogen struktur mərtəbələrə ayrılır. 
Struktur m
ərtəbələri təşkil edən çöküntülərin yer sət-
hind
ə yayılmalarına və onların struktur-tektonik quruluşla-
rına görə Şamaxı-Qobustan çökəkliyi və ona uyğun olaraq 
eyni adl
ı NQR, Mezozoy kompleksi üzrə Şimali Qobustan, 
Paleogen-Miosen komp
leksi üzrə Mərkəzi Qobustan, 
Paleogen-
Miosen və Pliosen çöküntü kompleksləri üzrə 
Cənub-Qərbi Qobustan və Pliosen çöküntü kompleksi üzrə 
isə Cənub-Şərqi Qobustan (və ya Ceyrankeçməz depres-
siyası) tektonik zonalarına ayrılır. 
Şimal tektonik zonası Böyük Qafqazın CŞ batımının 
oxyanı və cənub yamacının xeyli hissəsini əhatə edir. 
Zonanın oroqrafiyası onun tektonik quruluşunu əks etdirir. 
Relyefin qalxmış hissələri antiklinallara, çökək hissələri isə 
sinklinallara uyğun gəlir. Mezozoy çöküntülərindən təşkil 
olunmuş xətti strukturlar bir-birinə paralel yerləşən: 
Altıağac-Kürkeçidağ, Alataş-Yunusdağ, Qızmeydanı-Ağ-
d
ərə, Talış-Qarayazı, Hilmilli-Görədil və s. antiklinal zona-
ları təşkil edirlər (şəkil 15, 16). 
Mərkəzi tektonik zona nisbətən sakit tektonik quruluşu 
ilə səciyyələnir. Geomorfoloji cəhətdən Böyük Qafqaz sıra 
dağlarının orta və alçaq dağlıq relyefə malik olan şərq və 
c
ənub ətəklərini əhatə edir. Bu zona qərbdən Pirsaat çayı, 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
43 
şərqdən Abşeron NQR-in qərb hissəsi, şimaldan Şimali 
tektonik zon
anın cənub sərhədi, cənubdan isə Sündü-
M
ərəzə və Ceyrankeçməz depressiyaları ilə sərhədlənir.
Şəkil 15. Kürkeçidağ sahəsi. Geoloji profil. 
Şəkil 16. Qarayaz sahəsi. Geoloji profil. 
Paleogen-Miosen çöküntül
ərindən təşkil olunmuş, bu 
tektonik zonad
a antiklinal qırışıqlar, əsasən en istiqamə-
tind
ə uzanırlar, ensiz və uzun tağa malikdirlər. Antiklinal 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
44
qırışıqların əksəriyyəti oxyanı hissələrinin uzununa qırıl-
malarla mür
əkkəbləşmələri və qırılmaların tez-tez şaxələn-
m
ələri ilə səciyyələnir. Mərkəzi tektonik zonada: Cənubi 
Mayaş, Cəngiçay, Ahudağ-Babaçan, Yekəxana-Quzeydağ-
Şorbulaq və Şimali-Qırdağ antiklinal zonaları ayrılır. 
C
ənub-Qərbi tektonik zona, əsasən Oliqosen-Miosen 
kompleksi çöküntül
ərindən təşkil olunmuş braxiantiklinal 
qırışıqların geniş yayılması ilə səciyyələnir. Qırışıqların tağ 
hiss
ələrində əsasən Alt Miosen, intensiv aşınma baş verən 
sah
ələrdə isə, Alt Maykop və Üst Qovundağ çöküntüləri yer 
s
əthinə çıxırlar. Antiklinalları bir-birindən ayıran sinklinallar 
v
ə struktur yəhərlər, əsasən orta və üst Miosen, bəzi hallarda 
transqressiv yatımlı Pliosen çöküntülərindən təşkil olunmuş-
lar. Nisb
ətən iri antiklinal zonalar bir-birindən en istiqamə-
tind
ə uzanan Miosen və Pliosen çöküntülərindən təşkil olun-
muş geniş sinklinallarla ayrılırlar. 
C
ənub-Qərbi tektonik zonada Sündü-Çeyildağ, Girdə-
Q
ələndərtəpə və Ərzani-Qlıc antiklinal zonaları ayrılır. Bu 
antiklinal 
zonalarının səciyyəvi xüsusiyyətləri onların əksər 
hallarda v
ə uzununa istiqamətli, üstəgəlmə tipli regional qı-
rılmalarla mürəkkəbləşmələridir. Qırılmalar boyu, bir qayda 
olaraq, antiklinalların daha yastı olan şimal qanadları, nisbə-
t
ən dik yatımlı cənub qanadları üzərinə irəliləmişlər. Bir çox 
qırışıqların tağ hissələrində tektonik qırılmalarla əlaqədar 
olan palçıq vulkanları və qrifonlar mövcuddur (şəkil 17, 18).
C
ənub-Şərqi tektonik zona (və ya Ceyrankeçməz 
depressiyası) geoloji quruluşuna görə Şamaxı-Qobustan 
çök
əkliyinin digər hissələrindən kəskin fərqlənir.



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə