Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   2   3   4   5   6   7   8   9   10   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
19 
Q
ərbi Xəzər (4) dərinlik qırılmaları, cənub-şərqdə isə 
X
əzərin qərb sahili boyu uzanan hipotetik dərinlik (və ya 
regional) qırılmaları ilə hüdudlanan bu rayon eyni adlı 
çök
əkliyi əhatə edir. 
Mezozoy yaşlı gömülmüş qalxımlar zonasından şimal-
qərbdə, Gürcüstan ərazisində yerləşən, Paleogen-Miosen və 
Pliosen komplekslərindən təşkil olunmuş Kartali-Qare-
Kaxetiya çökəkliyinə müvafiq gələn eyni adlı NQR-də 
Paleogen-
Miosen çöküntüləri əsas neftli-qazlı kompleksdir. 
Acınohur çökəkliyi və bu çökəklik daxilində yerləşən 
eyniad
lı mümkün neftli-qazlı rayon (şəkil 2) Kartah-Qare-
Kaxetiya çökəkliyindən cənub-şərqdə yerləşir və ondan 
Qanıx-Gəncəçay (21) dərinlik qırılması ilə ayrılır. 
Böyük qalınlıqlı Paleogen-Miosen və Pliosen-Atropo-
gen yaşlı molass çöküntüləri ilə doldurulmuş Acınohur 
çök
əkliyi şimalda Şimali Acınohur (11) regional qırılması 
il
ə Qanıx-Əyriçay törəmə çökəkliyindən, cənubda Qabırrı-
Ming
əçevir və Mingəçevir-Göyçay (15) üstəgəlmə tipli 
regional qırılma ilə Kür-Qabırrı NQR-dən, cənub-şərqdə 
is
ə Qərbi-Xəzər (4) dərinlik qırılması ilə Aşağı Kür NQR-
d
ən ayrılır (şəkil 2).
Kür dağlararası çökəkliyinin mərkəz hissəsində yerlə-
şən və şimal-şərqdə Qərbi Xəzər (4), cənub-qərbdə Carlı-
Cəlilabad (16, 17), şimal-şimal-qərbdə Mingəçevir-Göyçay 
(15) qırılmaları ilə sərhədlənən Kürdəmir-Saatlı-Lənkəran 
mümkün neftli-
qazlı rayonu (MNQR) Mezozoyun 
karbonatlı, qumlu-gilli çöküntülərindən və vulkanik süxur-
la
rından təşkil olunmuş eyniadlı gömülmüş qalxımlar 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
20
zonasını təşkil edir (şəkil 2). Bütövlükdə bu tektonik zona 
Talış-Vəndam qravitasiya maksimumuna uyğun gəlir və 
neftqaztoplanma zonası olduğu güman edilir. Tektonik 
cəhətdən Yevlax-Ağcabədi və Cəlilabad çökəklikləri ilə 
Aşağı Kür çökəkliyi arasında yerləşən bu rayon Aşağı Araz 
dərinlik qırılması ilə iki hissəyə: Kürdəmir-Saatlı və Saatlı-
Lənkəran gömülmüş qalxım zonalarına bölünür.
C
ənub-qərbdə Kiçik Qafqazqarşısı (18), şimal-qərbdə 
G
əncəçay-Qanıx (21) və Gödəkboz-Tərtər (22), şimalda 
D
əliməmmədli (19) və Kür (14), cənub-şərqdə Aşağı Araz 
(23) d
ərinlik qırılmaları, şimal-şərqdə Şirvanlı-Beyləqan 
(20) istiqam
ətində uzanan pozğunluq zonası ilə hüdudlanan 
Kiçik Qafqazqarşısı monoklinalı və Yevlax-Ağcabədi çö-
k
əkliyinin cənub-qərb bortunun eyni neftli-qazlı kompleks-
l
ərə malik olmasını nəzərə alınaraq onlar vahid Gəncə 
NQR-
i kimi ayrılır. Rayon şimal-şərqdə çökəkliyin ox xətti 
il
ə sərhədlənir (şəkil 2). 
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq bortunun 
geol
oji quruluşunda olan əsaslı fərqlər nəzərə alınaraq, əv-
v
əlki neft-geoloji rayonlaşdırmalarda olduğu kimi Murad-
xanlı NQR kimi ayrılması məqsədəuyğundur (şəkil 2). Bu 
NQR şimal-şərqdən Carlı-Cəlilabad dərinlik qırılması (16), 
c
ənub-qərbdən - şərti olaraq çökəkliyin ox xətti, cənub-
şərqdə isə Araz dərinlik qırılması (23) ilə hüdudlanır.
Kür d
ərinlik qırılmasından şimal-şimal-şərqdə yerlə-
şən, Üst Tabaşir çöküntüləri üzrə cənub-qərbdə struktur 
çıxıntı və kiçik amplitudlu braxiantiklinallarla mürəkkəb-
l
əşən, şimal-şərq istiqamətli yatıma malik monoklinaldan 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
21 
ibar
ət olan, şimal-şərqdə isə Paleogen-Miosen kompleksi 
üzr
ə Çatma antiklinoriumundan təşkil olunmuş rayon Kür 
v
ə Qabırrı çaylararası NQR kimi ayrılır (şəkil 2). Bu rayon 
c
ənub-şərqdə Gəncəçay-Qanıx submeridional istiqamətli 
d
ərinlik qırılması (21) ilə həm Yevlax-Ağcabədi çökəkli-
yind
ən, həm də Acınohur MNQR-dən ayrılır.
Kiçik Qafqazdan Aşağı Araz və Arazboyu çökəklik-
l
ərlə ayrılan Talış dağ sisteminin qarşısında neft-qazlılıq 
baxımından əhəmiyyət kəsb edən şimal-şərqdə Saatlı-
L
ənkəran gömülmüş qalxımlar zonası və ya Cəlilabad 
d
ərinlik qırılması (17), cənub-qərbdə Talışqarşısı qırılma 
(24), şimal-qərbdə isə Biləsuvar struktur çıxıntısı və eyni 
zamanda 
Aşağı Araz dərinlik qırılması (23) ilə hüdudlanan 
Ta
lışqarşısı (və ya Cəlilabad) çökəkliyi neftli-qazlı 
Paleogen-Miosen çöküntü kompleksi üzr
ə eyni adlı 
MNQR-d
ən ibarətdir (şəkil 2).
Mezozoy yaşlı Saqareci, Eldar, Mingəçevir və 
Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zonası ilə 
Kiçik Qafqaz arasında yerləşən Qarayazı, Yevlax-Ağcabə-
di çökəklikləri və bu çökəklikləri Kiçik Qafqazdan ayıran 
Kiçik Qafqazqarşısı monoklinal, əvvəlki neft-geoloji ra-
yon
laşdırma sxemlərində Kür-Qabırrı çaylararası, Yevlax-
Ağcabədi və Gəncə NQR-ləri, Aşağı Araz dərinlik qırıl-
ması və Biləsuvar struktur çıxıntısı ilə Yevlax-Ağcabədi 
çökəkliyindən ayrılan Talışqarşısı (və ya Cəlilabad) 
çökəkliyi isə, eyni adlı NQR kimi ayrılmışlar. Adları 
çəkilən NQR-lərin Kiçik Qafqaz və Talış dağ silsilələri 
qarşısında yerləşmələri və onları formalaşdıran neftli-qazlı 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
22
komplekslərin oxşar cəhətlərini nəzərə alaraq onları vahid 
Kiçik Qafqaz-
Talışqarşısı neftli-qazlı vilayəti kimi (IV) 
adlandırmaq olar. 
Bu neftli-
qazlı vilayətin cənub-qərbində yerləşən, 
struktur-
tektonik cəhətdən Kiçik Qafqazqarşısı monoklinalı 
əhatə edən Gəncə NQR-i struktur-tektonik quruluşları bir-
bir
indən əhəmiyyətli dərəcədə fərqlənən iki hissədən ibarət 
olduğu qeyd edilməlidir. Kiçik Qafqazqarşısı monoklinal 
adlanan struktur-
tektonik vahidin Şəmkir struktur çıxıntısın-
dan şimal-qərbdə, Kür (14) və Kiçik Qafqazqarşısı (18) 
dərinlik qırılmaları arasında yerləşən hissəsi heç də mono-
kli
nal deyil. Bu sahə şimal-qərbdə Qazax körfəzvari çökək-
liyi və Qafqazəksi istiqamətli struktur çıxıntılarla mürək-
kəbləşmişdir. Əsasən Üst Tabaşirin vulkanogen və karbonatlı 
çöküntülərindən təşkil olunmuş Qazax-Tovuz antiklinal 
zonası ilə şərqdə onun davamında Dəliməmmədli qalxımı 
yerləşən antiklinal zonadan ibarətdir. Subeninə istiqamətdə 
uzanan, antikli
nal quruluşa malik olan bu zona Qazax-Dəllər-
D
əliməmmədli mümkün neftli-qazlı rayonu (MNQR) kimi 
ayrılır. Qazax-Dəllər-Dəliməmmədli MNQR-i şimalda Kür 
(14), c
ənubda Kiçik Qafqazqarşısı (18) və Dəliməmmədli 
(19), şərqdə isə Gödəkboz-Tərtər (22) dərinlik qırılmaları ilə 
s
ərhədlənir (şəkil 2). 
Naxçıvan mümkün neftli-qazlı rayonu (MNQR) tekto-
nik c
əhətdən, Kiçik Qafqaz dağ silsilələri ilə Kür 
dağlararası çökəklikdən ayrılan, ümumqafqaz istiqamətli, 
böyük ölçülü Ordubad çök
əkliyinin cənub-qərb hissəsini 
t
əşkil edən törəmə muldaya uyğun gəlir.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
23 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə