Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   2   3   4   5   6   7   8   9   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
11 
Son ill
ərdə alınmış geoloji-geofiziki işlərinin nəticələri 
v
ə müəlliflərin neftli-qazlı ərazilərdə apardıqları çoxillik 
paleotektonik, struktur-tektonik t
ədqiqatları əsasında, 
Az
ərbaycanın quru ərazisinin müasir regional tektonik qu-
ru
luşu dəqiqləşdirilmiş və bunun əsasında prinsipcə yeni 
neft-
geoloji rayonlaşdırılma aparılmışdır. 
1958, 1984, 1985, 1987, 2002, 2008-ci ill
ərdə qurulmuş 
Az
ərbaycanın quru ərazisinin neft-qaz rayonlaşdırma 
x
əritələrindən yeni tərtib edilmiş xəritənin fərqi mütəhərrik 
qırışıqlıq ərazilərinin neft-geoloji rayonlaşdırılması üçün 
t
əklif edilən böyükdən kiçiyə doğru iyerarxiyası üzrə aparıl-
ması və onun struktur-tektonik rayonlaşdırma prinsipinə 
əsaslanmasıdır, eyni zamanda neftli-qazlı rayonların 
s
ərhədlərinin tektonik əsasda məlum dərinlik qırılmalarına 
uyğun götürülməsidir. Xəritənin tərtib olunması zamanı əsas 
m
əqsədlərdən biri onun maksimum məlumatla təmin 
olunmasıdır. Struktur-tektonik prinsipə daha çox əsaslanan bu 
neft-
geoloji rayonlaşdırmada Azərbaycanın quru ərazisinin 
müasir struktur-tektonik xüsusiyy
ətləri ilə yanaşı, bu ərazidə
Mezozoy, Paleogen-Miosen v
ə Pliosen çöküntü 
kompleksl
ərinin litofasial xüsusiyyətləri, onların toplandıqları 
paleotektonik şəraitlər nəzərə alınmaqla neftli-qazlı və 
mümkün neftli-
qazlı rayonlar ayrılmışdır. Bu rayonların yer 
qabığının mütəhərrik zonalarının neft-geoloji rayonlaşdırma 
iy
erarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı əyalət-
l
ərə və daha sonra neftli-qazlı subəyalətlərə, vilayətlərə aid 
olduğu geoloji cəhətdən əsaslandırılmışdır. Eyni zamanda yer 
qabığının çöküntü qatında olan əsas dərinlik və regional 
qırılmalar, ayrı-ayrı çöküntü kompleksləri üzrə aşkar olunmuş 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
12
qalx
ımlar və neft-qaz yataqları sxematik olaraq 
göst
ərilmişdir. 
Tektonik c
əhətdən Alp qırışıqlıq qurşağının Qafqaz 
seqmentinin v
ə Böyük Qafqazqarşısı çökəkliyin bir hissə-
sini 
əhatə edən Azərbaycanın neftli-qazlı ərazilərini Qafqaz 
regionu neftli-
qazlı əyalətlərinin bir hissəsi kimi qəbul 
etm
ək lazım gəlir. Qafqazın regional tektonik xəritəsindən 
göründüyü kimi, İndola-Kuban və Terek-Xəzər çökəklik-
l
əri Stavropol qalxımı ilə bir-birindən ayrılmış Böyük 
Qafqazqarşısı çökəkliyin ayrı-ayrı hissələridir.
Neft-
geoloji rayonlaşdırmada, N.Y. Uspenskaya və 
N.N. Tauson (1972) t
ərəfindən mütəhərrik qırışıqlıq ərazi-
l
ərinin neft-geoloji rayonlaşdırılması üçün təklif etdikləri 
sxemd
ə, böyükdən kiçiyə doğru iyerarxiya üzrə İndola-
Kuban v
ə Terek-Xəzər neftli-qazlı subəyalətləri (NQSƏ) 
Böyük Qafqazqarşısı neftli-qazlı əyalətin (NQƏ) tərkib 
hiss
ələridir (şəkil 1). 
Eyni zamanda Böyük Qafqazla Kiçik Qafqaz arasında 
Dzirul qa
lxımı ilə bir-birindən ayrılan Rion-Şərqi Qara dəniz 
v
ə Kür - Cənubi Xəzər çökəklikləri isə Cənubi Qafqaz dağ-
lar
arası çökəkliyin tərkib hissələridirlər. Bu halda Rion-
Şərqi Qara dəniz və Kür-Cənubi Xəzər neftli-qazlı subəyalə-
tl
əri (NQSƏ) də Cənubi Qafqaz dağlararası NQƏ-nin tərkib 
hiss
ələridir (şəkil 1). Xəritədən görünür ki, Xızı tektonik 
zonası və Şamaxı-Abşeron çökəkliyi Terek-Xəzər neftli-
qazlı subəyalətinə (NQSƏ) daxil deyil. Eyni zamanda bu 
regionu Kür-C
ənubi Xəzər neftli-qazlı subəyalətinin də 
t
ərkibinə aid etmək mümkün deyil. Belə olan halda Terek-


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
13 
X
əzər və Kür-Cənubi Xəzər neftli-qazlı subəyalətlərini bir-
birind
ən ayıran Böyük Qafqazın CŞ batımı və onun dənizdə 
dava
mı olan Abşeron-Balxanyanı zonanı CŞ Qafqaz neftli-
qazlı subəyaləti (NQSƏ) kimi qəbul etmək olar (şəkil 1). 
Şəkil 1. Qafqazın tektonik xəritəsi 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
14
Təklif olunan iyerarxiya üzrə bölgü sistemini davam 
etdir
sək, yəni vahid bir çöküntütoplanma hövzəsinin neftli-
qazlı komplekslərinin struktur-tektonik, litofasial xüsusiy-
yətlərində və neft-qazlılığın paylanmasında olan əsaslı 
fərqlərə görə bu NQSƏ-lər ayrı-ayrı iri tektonik vahidlərə - 
NQV-
ə ayrılır. 
Terek-X
əzər neftli-qazlı subəyaləti (A) daxilində 
Terek-Sulak v
ə Şimali Abşeron (I) NQV-ləri, Kür-Cənubi 
X
əzər subəyaləti (C) daxilində Böyük Qafqazarxası (III) və 
Kiçik Qafqaz-
Talışqarşısı (IV) NQV-ləri ayrılır. CŞ Qafqaz 
NQSƏ (B) isə CŞ Qafqaz (II) və Abşeron-Balxanyanı 
NQV-l
ərinə ayrılır. Bölgü sistemini davam etdirsək neftli-
qazlı vilayətlər, daha kiçik olan neftli-qazlı rayonlara 
(NQR) bölünürl
ər (şəkil 2). 
Məlum olduğu kimi adları çəkilən böyük tektonik va-
hidləri əhatə edən bu neft-geoloji rayonlaşdırma bütün çö-
küntü kompleksləri üzrə aparılmışdır. Qeyd etmək lazımdır 
ki, göst
ərilən neftli-qazlı əyalətlərin ərazisində qırışıqlı 
bünövr
ənin böyük dərinlikdə (8-20 km) yatması və axtarış-
k
əşfiyyat quyularının qazılmasının texniki imkanlarının müa-
sir s
əviyyəsi, bütün çöküntü örtüyünün qalınlıqlarının paylan-
ması əsasında ayrılmış ayrı-ayrı neftli-qazlı hövzələrin (NQH) 
geoloji qurul
uşu haqqında tam təsəvvür əldə etməyə imkan 
vermir. M
əlum olduğu kimi Azərbaycanın neftli-qazlı ərazilə-
rinin geoloji quru
luşlarında struktur-tektonik quruluşları bir-
birind
ən əsaslı fərqlənən Mezozoy, Paleogen-Miosen və 
Pliosen çöküntü kompleksl
əri iştirak edir. 
Müt
əhərrik geoloji quruluşa malik olan Azərbaycan 
ərazisində müxtəlif struktur-tektonik xüsusiyyətli Mezozoy, 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
15 
Paleogen-Miosen v
ə Pliosen çöküntü komplekslərinin 
ümumi qalınlığının 5 km-dən 20 km-ə qədər dəyişməsi və bu 
kompleksl
ər arasında qeyri-uyğun yatımın mövcudluğu, 
çöküntü kom
pleksinin ümümi qalınlıqlarının paylanması 
əsasında aparılmış neft-geoloji rayonlaşdırma axtarış-kəşfiy-
yat işlərinin səmərəli istiqamətlərinin seçilməsində müəyyən 
ç
ətinliklərə səbəb olur. Belə çətinliklərə baxmayaraq, 
paleotektonik v
ə formasiya təhlillərinin nəticələrindən, eləcə 
d
ə Mezozoy kompleksinin struktur-tektonik xüsusiyyətlə-
rind
ən istifadə edərək, göstərilən kompleks üzrə Azərbaycan 
ərazisinin neft-geoloji rayonlaşdırılması haqqında aşağıdakı 
fikirl
əri söyləmək olar. 
Terek-X
əzər NQSƏ-ə (

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə