Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   10   11   12   13   14   15   16   17   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
57 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
58


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
59 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
60


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
61 
Güzd
ək muldası (şəkil 24, şəkil 25) Ağcagil mərtəbəsi 
çöküntül
ərinin çıxışları üzrə 10 x 12 km ölçülü geniş bir 
ərazini tutur. Geomorfoloji cəhətdən plato olan Güzdək 
muldasının dəniz səviyyəsindən yüksəkliyi 100 -200 m 
arasında dəyişir. Bu platonun səciyyəvi cəhəti onun 
geomorfoloji quruluşu ilə tektonik quruluşunun bir-birinin 
əksi olmasıdır. Yəni, sinklinal quruluşlu geniş mulda 
relyefd
ə əsasən yüksəkliklərdən ibarətdir.
Əsasən Pliosen, qismən də Paleogen-Miosen neftli-
qazlı komplekslərindən təşkil olunmuş Qərbi Abşeron tek-
to
nik zonası antiklinal strukturların geomorfoloji xüsusiy-
yətlərinə və tutduqları coğrafi mövqelərinə görə Şimal, 
Mərkəz və Cənub-Qərb NQZ-lərə ayrılır. Şimal NQZ-si 
Mezozoy və Paleogen-Miosen, Mərkəzi və Cənub-Qərbi 
NQZ-
ləri isə Paleogen-Miosen və Pliosen kompleksinə 
görə ayrılırlar.
Q
ərbi Abşeronun regional tektonikasının Paleogen-
Miosen kompleksi çöküntül
ərinin litofasiya və paleotek-
tonik inkişaf şəraitindən asılı olan özünəməxsus struktur-
tektonik xüsusiyy
ətləri mövcuddur.
Rayonun şimal-qərb hissəsində Paleogen-Miosen 
çöküntül
əri qalınlıqları nisbətən az olduğu üçün, onlar 
Mezozoy kompleksi çöküntül
ərinin struktur-tektonik 
xüsusiyy
ətlərini əks etdirirlər. 
Mərkəzi tektonik zonanın şimal-qərb hissəsində yer-
ləşən antiklinalların tağ hissələrində Oliqosen-Miosen çö-
kün
tüləri yer səthinə çıxırlar. Lakin çıxışların sahəsi qərb-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
62
də yerləşən çıxışlara nisbətən azdır. Mərkəzi tektonik zo-
na
nın antiklinal zonaları da Şərqi Abşeronun antiklinal 
zonala
rından geniş sinklinalla ayrılırlar.
Cənub-qərbi tektonik zonanın şərq sərhədi Mərkəzi 
Abşeronun Fatmayı-Zığ antiklinal zonası ilə məhdudlanır. 
Qərbi Abşeron geotektonik baxımdan Böyük Qafqaz 
meqa
antiklinoriumundan Abşeron periklinal çökəkliyinə 
keçid zonasında yerləşir. Qərbi Abşeronun regional tekto-
nikası fonunda Paleogen-Miosen kompleksi çöküntülə-
rinin litofasiya və paleotektonik şəraitindən asılı olan 
struktur-
tektonik xüsusiyyətləri mövcuddur. 
Q
ərbi Abşeronda əsasən Pliosen çöküntülərindən təş-
kil olunmuş Qaraheybət-Lökbatan-Sarınca-Gülbaxt yarım-
dair
əvi antiklinal qurşaq və bu qurşağa söykənən Qaradağ, 
Şorbulaq antiklinalları yerləşirlər.
M
ərkəzi Abşeron tektonik zonası Qərbi Abşeron tek-
to
nik zonasından sinklinal çökəkliklə ayrılır. Zonanın ŞQ 
hiss
əsində yerləşən Keçəldağ-Binəqədi, Saray, Corat-Nov-
xanı və Fatmayı-Qırməki qalxımlarının nüvələrində Oliqo-
sen-Miosen çöküntül
əri yer səthinə çıxırlar (şəkil 23). Bu 
qalxımların davamında yerləşən böyük ölçülü Balaxanı-
Sabunçu-Ramana, Suraxan
ı, Qaraçuxur-Zığ qalxımları isə, 
yer s
əthinə çıxan Məhsuldar Qat çöküntülərindən təşkil 
olunmuşlar (şəkil 27, 28, 29).
M
ərkəzi Abşeron antiklinal zonasından şimal-şərqdə, 
Pliosen-Antropogen çöküntül
ərilə doldurulmuş Şərqi Ab-
şeron depressiyası daxilində Buzovna-Maştağa, Qala-Tür-
kan v
ə Zirə qalxımları yerləşirlər (şəkil 28, 29, 30). 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə