Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə12/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   8   9   10   11   12   13   14   15   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
45 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
46


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
47 
Zona daxilind
ə antiklinal qırışıqlar müxtəlif 
istiqam
ətlərdə uzanaraq, yarımdairə şəklində antiklinal 
zonalar 
əmələ gətirirlər. Antiklinal zonalar və lokal 
qalxımlar bir-birindən geniş sinklinallarla və yastı 
y
əhərlərlə ayrılırlar.
Əsasən üst və orta Abşeronun gilləri, gilli qumları və 
əhəngdaşılardan təşkil olunan sinklinallar kəskin asimmet-
rik quruluşa malikdirlər. Qalxımların tağ hissəsində 
M
əhsuldar Qat (MQ) çöküntüləri, qanad və periklinallarda 
is
ə Ağcagil və Abşeron çöküntüləri yer səthinə çıxırlar. 
Antiklinalların əksəriyyəti üstəgəlmə tipli qırılmalarla və 
palçıq vulkanları ilə mürəkkəbləşmişlər (şəkil 19, 20). 
Şamaxı-Qobustan NQR-in Şimal tektonik zonasında 
Mezozoy çöküntül
ərilə əlaqədar çoxsaylı neft-qaz təza-
hürl
əri mövcuddur. Burada geniş yayılmış palçıq vulkan-
ları brekçiyaları içindən toplanmış Kampan-Maastrixt 
yaşlı pelitamorf əhəngdaşılarının çatları və məsamələri 
qatılaşmış neftlə doymuşlar. Qarayazı strukturunda Kam-
pan çöküntül
ərini açmış şurflarda bir gün ərzində 12 kq-a 
q
ədər neft toplanmışdır. Tuva dağından bir qədər şimalda 
Danimarka m
ərtəbəsinin qumlu-gilli çöküntülərindən ağır 
neftin süzülm
əsi müşahidə edilir. 
Alt 
Tabaşir çöküntülərilə əlaqədar olan neft-qaz 
t
əzahürləri Gədisu və Qızmeydanı sahələrində struktur-
axtarış quyularında, Alb və Apt-Barrem çöküntülərinin 
qazılması zamanı qeyd olunub. Gədisu sahəsində 4 saylı 
k
əşfiyyat quyusunda Alb mərtəbəsi çöküntülərinin Küllülü 
qumdaşılarından qısa müddətli qaz atılması, Qızmeydanı 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
48
sah
əsində qazılmış 36 saylı quyuda isə bu çöküntülərin 
qazılması zamanı baş vermiş neft-qaz fontanı 10 gün davam 
etmişdir. 
Üst 
Tabaşir çöküntülərilə əlaqədar neft-qazlılıq əla-
m
ətləri Şimal tektonik zonanın Qızmeydanı, Əngixaran, 
G
ədisu, Qarayazı, Çuxuryurd və b. sahələrində qazılmış ge-
oloji-x
əritəalma və struktur-axtarış quyularında qeydə alın-
mışdır. Qızmeydanı sahəsində qazılmış 29 saylı quyuda 
Senoman çöküntül
ərinin qazılması zamanı 30 dəqiqə 
ərzində 3-4 t neft atılması baş vermişdir. 
Paleogen-Miosen çöküntül
ərilə əlaqədar olan neft-qaz 
t
əzahürləri Şamaxı-Qobustan NQR-in Mərkəzi, Cənub-
Q
ərbi və Cənub-Şərqi tektonik zonalarında geniş yayıl-
mışlar. Sənaye əhəmiyyətli neft-qaz axımları isə, Mərkəzi 
zonanın Çeyildağ, Cənub-Qərbi zonanın Şərqi Hacıvəli, 
Umbakı, Ərzani-Qlıc, Ütəlgi, Qərbi Duvannı, Duvannı 
sah
ələrində qeydə alınmışdır (şəkil 20, 21).
Şərqi Hacıvəli sahəsində qazılmış kəşfiyyat quyula-
rında III qumlu horizontdan, ilk hasilatı 15 t/gün, Umbakı 
sah
əsində isə yüksək neft doyumluluğu ilə fərqlənən 
Maykop lay d
əstəsinin III qumlu horizontdan ilk hasilatı 
100-150 
t/gün olan neft axını alınmışdır. 
Bu sah
ədə Maykop lay dəstəsinin üst hissəsində 
yerl
əşən III, IV və V horizontlarında və Çokrak horizon-
tunda mövcud olan neft yataqları istismarda olmuşlar. 
C
ənub-Şərqi zonada və Ələt tektonik zonasında geniş 
yayıma və kəsilişində kifayət qədər qalın qumlu horizontlara 
malik olan M
əhsuldar Qat çöküntüləri neftli-qazlıdırlar. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
49 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
50


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
51 
Duvannı, Kənizədağ, Daşgil sahələrində Məhsuldar 
Q
atın V və VII horizontlarında müəyyən edilmiş neft və qaz-
kondensat yataqları işlənmədədirlər (şəkil 20, 21). 
Şəkil 21. Duvannı sahəsi. Geoloji profil (B.Məhərrəmov). 
Ələt tektonik zonasının Solaxay sahəsində Məhsuldar 
Qat çöküntül
əri kəsilişində, yerli bölgü üzrə I, II, III və IV 
qumlu horizontlar ayrılır. Bir neçə quyuda bu horizont-
lardan 5-7 t/gün hasi
latı ilə neft fontanı alınmışdır. Daşgil 
sah
əsində qazılmış 15 saylı quyuda sınaq zamanı Məhsul-
dar Qatın VII horizontundan ilk hasilatı 70-100 t/gün və V 
horizontdan is
ə 28 saylı quyuda 25-30 t/gün hasilatla neft 
fo
ntanı alınmışdır. Bu sahədə 24 saylı quyuda alınmış qaz 
fontanı 100 min m
3
/gün hasilatla uzun müdd
ət davam 
etmişdir. 
Şamaxı-Qobustan NQR-in neft-qazlılıq pespektivliyi 
Şimali və Mərkəzi tektonik zonalarda, qazma ilə olduqca 
z
əif öyrənilmiş Alt Tabaşirin terrigen və Üst Tabaşirin 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
52
karbonatl
ı-çatlı kollektorları, Mərkəzi və Cənub-Qərbi tek-
tonik zonalarda Maykop lay d
əstəsi, Çokrak horizontu və 
el
əcə də, Diatom lay dəstəsinin qumlu horizontlarının 
pazlaşma və tektonik ekranlaşma zonaları ilə əlaqədardır. 
Bu c
əhətdən strukturların üstəgəlmə müstəvisi altında qa-
lan CQ qanadlarında yaranan tektonik ekranlaşmış tələlər 
yeni neft-
qaz yataqlarının axtarışı üçün daha perspektivli 
sayılırlar. 
M
əhsuldar Qatın neft-qazlılıq pespektivliyi ən çox 
C
ənub-Şərqi Qobustanın Ceyrankeçməz depressiyası ilə 
əlaqədardır. Şıxıqaya sahəsində qazılmış 16 saylı quyuda 
50 min m
3
/gün, 
18 saylı quyuda 40 min m
3
/gün, Anart 
sah
əsində 6 saylı quyuda 110 min m
3
/ gün, Mi
əcik sahə-
sind
ə 3 saylı quyuda 150 min m
3
/gün hasilatla qaz axının 
alınması, Kənizədağ sahəsində isə VII horizontun sənaye 
əhəmiyyətli neft yatağına malik olması bunu deməyə əsas 
verir. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə