Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   6   7   8   9   10   11   12   13   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Xızı neftli-qazlı rayonu (NQR). 
C
ənub-Şərqi Qafqaz 
neftli-
qazlı subəyalətinə (NQSƏ) daxil olan CŞ Qafqaz neftli-
qazlı vilayətinin (NQV) Şm.Ş hisəsində yerləşən Xızı NQR-i 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
33 
ərazisi şimal-şərqdən Siyəzən, şimal-qərbdən Qərbi Xəzər, 
c
ənub-qərbdən Malkamud-Xaltan-Germian dərinlik qırılma-
la
rı, cənub-şərqdən isə Xəzər dənizi ilə hüdudlanır (şəkil 8).
Şəkil 8. Xızı neftli-qazlı rayonu. Strukturların yerləşmə sxemi. 
Tektonik c
əhətdən Xızı tektonik zonasının və Təngi-
Beşbarmaq antiklinoriumunun Vəlvələçay hövzəsində Qər-
bi X
əzər dərinlik qırılmasından CŞ-də yerləşən hissələrini 
(ŞQ-də qalan hissələri neft-qazlılıq baxımından əhəmiyyət 
k
əsb etmirlər) əhatə edir. Bu NQR-in stratiqrafik 
k
əsilişində əsasən Mezozoy, ayrı-ayrı məhdud sahələrdə 
Paleogen-Miosen çöküntül
əri iştirak edirlər 
[
30
]
(şəkil 9, 
10, 11, 12, 13). 
Xızı tektonik zonasında yer səthində Alt Tabaşir çökün-
tül
əri geniş yayılmış, Üst Tabaşir və Paleogen çöküntüləri isə 
sonrakı yuyulmalardan yalnız sinklinallarda saxlanılmışlar. 
Zonanın şimal-qərb və mərkəzi hissələrində Üst Tabaşir 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
34
çöküntül
ərindən təşkil olunmuş geniş sinklinallar, cənub-şərq 
hiss
əsində isə yer səthində Alt Tabaşir çöküntülərindən təşkil 
olunmuş antiklinallar üstünlük təşkil edirlər. 
Şəkil 9. Gədisu-Sitalçay istiqamətində geoloji profil (Ə.Süleymanov).
Şəkil 10. Bəyimdağ-Təkçay. Geoloji profil (B.Məhərrəmov). 
Rayonun cənub-qərbində mürəkkəb quruluşlu Tufan an-
tikli
noriumu, ondan şimalda isə Şahdağ sinklinoriumu yerlə-
şir. Sonuncu cənub-şərq istiqamətində Xızı sinklinoriumu ilə 
birləşir və çox vaxt Şahdağ-Xızı sinklinoriumu da adlanır. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
35 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
36
Şəkil 12. Keşçay-Beşbarmaq istiqamətində geoloji profil 
(Ə.Süleymanov, B.Məhərrəmov).
Şəkil 13. Germian-Bəyimdağ-Keşçay-Beşbarmaq 
istiqam
ətində geoloji profil (Ə.Süleymanov). 
Şahdağ-Xızı sinklinoriumu əsasən Üst Yura və Tabaşir 
yaşlı çöküntülərdən təşkil olunub. Sinklinoriumda yerləşən 
Şahdağ qırışığının nüvəsi Üst Senon çöküntülərindən, Xızı 
sinkl
inal zonasının nüvəsi isə Üst Tabaşir, Paleogen və 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
37 
Neogen çöküntülərindən təşkil olunub. Sinklinorium 
Malkamud-Xaltan-
Germian dərinlik qırılması boyu uzanan 
Dübrar-
Yaşma sinklinoriumu ilə hüdudlanır. Xızı sinklinal 
zonas
ının şimal-şərq sərhədində Təngi-Beşbarmaq antikli-
noriu
muna aid antiklinal qalxımlar ayrılır. 
Uzunl
uğu 100 km, eni 7-10 km-ə çatan mürəkkəb 
quruluşlu, ensiz qalxımdan ibarət olan Təngi-Beşbarmaq 
antiklinoriumu Xızı və Qusar-Dəvəçi sinklinoriumlarını 
bir-
birindən ayırır.
Siy
əzən dərinlik qırılması üzərində formalaşan, ŞQ-də 
Qaraçay vadisind
ən CŞ-də Xəzər sahillərinə qədər uzanan 
T
əngi-Beşbarmaq antiklioriumu, Xızı Tektonik zonasından 
Qarabulaq regional qırılması ilə ayrılır. Çox mürəkkəb 
qurul
uşa malik olan antiklinoriumun nüvəsi Orta Yuranın 
gilli, m
ərkəzi sinklinalı isə Titon və Valanjin yaşlı karbo-
natlı çöküntülərindən təşkil olunmuşdur. 
Asimmetrik quruluşa malik olan Təngi-Beşbarmaq 
antiklinoriumunun 
çox dik yatımı ilə fərqlənən Şm.Ş 
q
anadının mərkəzi hissəsində Üst Tabaşir çöküntüləri şimal 
qanadı boyu Alt Tabaşir çöküntüləri üzərinə transqressiv 
yatırlar 
[
30
]
. Qaraçaydan şərqə doğru antiklinorium iki 
antiklinaldan və onları bir-birindən ayıran sinklinaldan 
ibarətdir. Sinklinal Aalen-Bayos çöküntülərin-dən təşkil 
olunub. Təngi-Beşbarmaq antiklinoriumu ensiz, çox vaxt 
şimala doğru aşırılan və böyük amplitudlu üstəgəlmələrlə 
mürəkkəbləşən antiklinallarla səciyyələnir. 
Bu NQR-d
ə Təngi-Beşbarmaq, Bəyimdağ-Təkçay-
Sitalçay-
Yaşma, Germian neftli-qazlı zonaları və mümkün 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
38
neftli-
qazlı strukturlar mövcuddur. Tərtib olunmuş geoloji 
profıllərdən görünür ki, struktur qalxımlar Mezozoy 
çöküntülərindən təşkil olunmuşdur 
[
30
]
. B
əzi qalxımların 
qanad və periklinallarında az qalınlıqlı Paleogen-Miosen 
çöküntülərinə təsadüf edilir (şəkil 9, 10, 11, 13). 
Rayonun 
CŞ hissəsində hipsometrik və geotektonik 
baxımdan yüksəkdə yerləşən, yer səthində Valanjin-Hoteriv 
çöküntül
ərindən təşkil olunmuş Bəyimdağ-Təkçay qalxımı və 
onunla kulis şəklində uzlaşan Sitalçay və Yaşma qalxımları 
zonanın mərkəzi antiklinal zonasını təşkil edirlər. Bu zonadan 
Şm.Ş-də Keşçay qalxımından ensiz Zarat, CQ-də isə Germian 
qalxımından ensiz və uzun Təkçay sinklinalları ilə ayrılır. 
Zonanın CŞ qurtaracağında yerləşən, tağ hissəsi Barrem-Apt, 
qanadları isə Üst Tabaşir çöküntülərindən təşkil olunmuş 
Şurabad braxiantiklinalı, CQ-də yerləşən Sitalçay və cənubda 
yerl
əşən Yaşma qalxımlarından Paleogen-Miosen və Alt Plio-
sen çöküntül
ərilə dolmuş, eyni adlı sinklinalla ayrılır (şəkil 9). 
Xızı NQR-in neft-qazlılığı təbii çıxışlar və qazılmış 
çoxsaylı geoloji-xəritəalma, struktur-axtarış və axtarış-
k
əşfiyyat quyuları ilə öyrənilmişdir. 
T
əngi-Beşbarmaq antiklinoriumunda Üst Yura çökün-
tül
ərilə əlaqədar olan təbii neft-qaz çıxışları Təngə dərə-
sind
ə (Vəlvələçay vadisində) və Çıraqqala massivinin alt 
hiss
əsində qeydə alınmışdır. Antiklinoriumun mərkəzi his-
s
əsində yerləşən Ataçay-Gilgilçay sahəsində geoloji-xəritə-
alma quyularının qazılması prosesi Orta Yura çöküntülərilə 
əlaqədar qaz təzahürləri ilə müşayiət olunmuş, 23 saylı 
quyuda is
ə neftlilik əlamətləri qeydə alınmışdır.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
39 
Xızı tektonik zonasının Keşçay sahəsində Valanjin 
çöküntül
əri ilə əlaqədar təbii qaz, Şurabad sahəsində isə 
Alb m
ərtəbəsinin “Küllülü qumdaşıları” horizontu ilə 
əlaqədar təbii neft və qaz çıxışları mövcuddurlar.
Orta Yura çöküntül
ərilə əlaqədar neft-qaz təzahürləri 
zonanın ŞQ hissəsində yerləşən Afurca sahəsində qazılmış 
əksər quyularda qeydə alınmış, 11, 15 və 5 saylı quyularda 
is
ə bu təzahürlər güclü neft və qaz atılmaları şəklində 
olmuşlar. Bəyimdağ-Təkçay, Keşçay, Sitalçay və Şurabad 
sah
ələrində struktur-axtarış quyularının qazılması neft-qaz 
t
əzahürləri ilə müşayiət olunmuşdur. 
Xızı NQR-in Bəyimdağ-Təkçay, Keşçay və Şurabad 
sah
ələrində qazılmış axtarış-kəşfiyyat quyuları ilə Alt 
Tabaşir və Orta Yuranın üst hissəsi çöküntülərinin neft-
qazlılığı öyrənilmişdir. Keşçay sahəsində qazılmış quyu-
larda intensiv qaz t
əzahürləri olmuş, 1 saylı quyuda isə Orta 
Yura
nın qumlu çöküntülərindən 75 min m
3
/gün hasilatla 
qaz v
ə 70-80 m
3
su alınmışdır. 
B
əyimdağ-Təkçay sahəsində qazılmış quyularda Orta 
Yura v
ə Alt Tabaşir çöküntülərilə əlaqədar çoxsaylı və 
əhəmiyyət kəsb edən neft-qaz təzahürləri qeydə alınmış, 3 
saylı quyuda isə bir neçə intervaldan sənaye əhəmiyyətli 
qaz-konden
sat axınları alınmışdır. Bu quyuda 1772-1643 m 
d
ərinlik intervalında sınaq zamanı 66 min m
3
/gün hasilatla 
qaz v
ə 21 m
3
/gün hasi
latla neft alınmışdır.
Şurabad sahəsində Küllülü qumdaşıları ilə əlaqədar 
olan kiçik ölçülü neft yataqları antiklinal strukturun Şm.Ş 
qanadında, qaz yatağı isə CQ qanadında mövcuddur. Bu 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
40
yataqlarda günd
əlik neft hasilatı 20-40 t/gün, qaz hasilatı 
is
ə 160 min m
3
/ gün
ə çatmışdır. 
Xızı NQR-in perspektivliyi onun əsas neft-qaz toplan-
ma zonası olan Bəyimdağ-Təkçay-Sitalçay-Yaşma anti-
klinal zonasında və Keşçay, Şurabad sahələrində Orta 
Yura
nın qumlu horizontlarında və Alt Tabaşirin Berrias, 
Valanjin m
ərtəbələrinin karbonatlı və Hoterivin karbonatlı-
terrigen çöküntül
ərində neft və qaz-kondensat yataqlarının 
axta
rışı ilə əlaqədardır. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə