Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma


Aşağı Kür neftli-qazlı rayonu (NQR)



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə16/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   12   13   14   15   16   17   18   19   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Aşağı Kür neftli-qazlı rayonu (NQR). 
Kür-C
ənubi 
X
əzər neftli-qazlı subəyalətinə (NQSƏ) daxil olan Böyük 
Qafqazarxası neftli-qazlı vilayətinin (NQV) şimal-şərq 
hiss
əsində yerləşən Aşağı Kür NQR-i Küryanı düzənliyin 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
68
c
ənub-şərq hissəsini əhatə edir və şimal-şimal-şərqdən 
L
əngəbiz-Ələt, cənub-cənub-qərbdən Qərbi Xəzər dərinlik 
qırılmaları ilə, şərq-cənub-şərqdən isə şərti olaraq Xəzər 
d
ənizi sahili ilə hüdudlanır (şəkil 30).
Bu çök
əklikdə geofiziki tədqiqatlara görə çöküntü qa-
tının qalınlığı 10-16 km, bəzi yerlərdə 20 km-ə çatır ki, 
bunun da yarısı Paleogen-Neogen çöküntülərinin payına 
düşür (şəkil 31, 32, 33). Böyük dərinliklərdə yatan 
Mezozoy çöküntü kompleksinin geoloji quruluşu haqda 
dem
ək olar ki, əsaslı bir məlumat yoxdur. Yalnız palçıq 
vulkanlarının bərk püskürmə materialları içərisində tapılan 
Üst 
Tabaşir yaşlı və nadir karbonatlı süxur qırıntıları, 
çök
əklikdə Tabaşir çöküntülərinin karbonatlı fasiyada 
olduğunu deməyə əsas verir. Aşağı Kür çökəkliyi Qədim 
X
əzər və Müasir dövr çöküntüləri ilə örtülüb 
[
30
]
. Bununla 
yanaşı rayonun bəzi sahələrində Ağcagil və Abşeron 
çöküntül
əri yer səthinə çıxır (şəkil 31, 32). Çökmə qatın 
qalınlığının 6 km-ni Pliosen-Dördüncü dövr çöküntüləri 
t
əşkil edir. Rayonun şərqində relyef palçıq vulkanları ilə 
k
əskin şəkildə mürəkkəbləşib (şəkil 33). 
Aşağı Kür çökəkliyi daxilində ikinci dərəcəli Yuxarı 
Şirvan, Aşağı Şirvan və Muğan-Salyan çökəklikləri ayrılır. 
Bu çök
əkliklər daxilində şimal-qərb cənub-şərq istiqa-
m
ətində uzanan 4 antiklinal zona: Pirsaat-Hamamdağ, 
K
əlaməddin-Mişovdağ-Bəndovan, Kürsəngi, Kürovdağ-
Neftçala 
zonaları mövcuddur. Bu antiklinal zonalar yer 
s
əthində əsasən Ağcagil, Abşeron və Bakı mərtəbələrinin 
çöküntül
əri ilə təmsil olunmuşlar. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
69 
Şəkil 30. Aşağı Kür neftli-qazlı rayonu 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
70


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
71 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
72


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
73 
M
əhsuldar Qat çöküntüləri Kəlaməddin, Böyük Həra-
mi, Kiçik H
ərami, Mişovdağ və Bəndovan qalxımlarının 
yalnız tağ hissələrində yer səthinə çıxırlar. Qalxımların 
əksəriyyəti, cənub-qərb qanadları dik, şimal-şərq qanadları 
is
ə az maili yatıma malik asimmetrik quruluşlu antiklinal 
strukturlardır.
Strukturların tağ hissələri böyük yerdəyişmə amplitu-
duna malik qırılmalarla mürəkkəbləşmişdir. Qırışıqların 
şarnirindən keçən pozğunluqlar üzərində palçıq vulkanları 
yerl
əşir. 
Pirsaat-
Hamamdağ antiklinal zonası şimal-qərb cə-
nub-
şərq istiqamətində uzanır. Zonanın geoloji quruluşun-
da Q
ədim Xəzər, Abşeron, Ağcagil və Məhsuldar Qat 
çöküntül
əri iştirak edirlər. Tektonik cəhətdən ən yüksəkdə 
yerl
əşən Hamamdağ antiklinalında Məhsuldar Qat çökün-
tül
ərinin üst hissəsi 900 m qalınlığa qədər yuyulmuşdur.
K
əlaməddin-Mişovdağ-Bəndovan antiklinal zonasının 
K
əlaməddin-Kiçik Hərami hissəsi submeridional, Mişov-
dağ-Qalmaz hissəsi subeninə, Xıdırlı-Bəndovan hissəsi isə 
c
ənub-şərq istiqamətində uzanır. Zona üzərində yerləşən 
braxi
antiklinal qalxımlar yer səthində əsasən Ağcagil, 
Abşeron və Qədim Xəzər çöküntülərindən təşkil olunub. 
M
əhsuldar Qat çöküntüləri az sahələrdə yer səthinə çıxırlar. 
Zonanın antiklinal strukturları uzununa və eninə pozğun-
luqlarla mür
əkkəbləşiblər.
Kürs
əngi antiklinal zonası Cənubi-Şirvan çökəkliyinin 
şimal-qərb hissəsində Kəlaməddin-Mişovdağ-Bəndovan və 
Kürovdağ-Neftçala antiklinal zonaları arasında yerləşir. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
74
Kürs
əngi və Cənubi-Kürsəngi qaxımlarından ibarət olan bu 
antiklinal zona böyük d
ərinliyə gömülməsi ilə fərqlənir. 
M
əhsuldar Qat çöküntüləri üzrə bir-birindən ensiz yastı yə-
h
ərlə ayrılan Kürsəngi və Cənubi-Kürsəngi strukturları, Orta 
Abşeron çöküntüləri üzrə vahid bir Kürsəngi qalxımından 
ibar
ətdir. 
Kürovdağ-Neftçala antiklinal zonası Aşağı Kür çökək-
liyinin m
ərkəzi hissəsində yerləşir. Şimal-qərbdən cənub-
şərqə doğru 100 km-dən artıq məsafədə uzanan bu antiklinal 
zona üz
ərində Kürovdağ, Qarabağlı, Babazanan-Durovdağ, 
Xıllı-Duzdağ və Neftçala antiklinalları, zonanın dənizdə 
davamında isə Neftçala-dəniz, Kürdaşı antiklinalları yerləşir-
l
ər. Bu antiklinal zonanın əksər strukturlarının tağyanı his-
s
ələri onların ox müstəvilərinə paralel yerləşən iki uzununa və 
bir neç
ə eninə qırılmalarla, çox saylı tektonik bloklara par-
çalanmışlar. Strukturların geoloji quruluşlarını mürəkkəb-
l
əşdirən palçıq vulkanları və onların qrifonları uzununa qırıl-
ma
ların eninə qırılmalarla kəsişdiyi zonalarda yerləşirlər. 
Y
uxarıda adları çəkilən antiklinal zonalar Aşağı Kür 
çök
əkliyinin əsas neftqaztoplanma zonalarıdırlar. Bu zona-
larda 
əsas neftli-qazlı obyektlər olan Məhsuldar Qatın 
qumlu horizontları ilə yanaşı bəzi sahələrdə Ağcagil və 
Abşeron mərtəbələrinin qumlu horizontları da kiçik neft-
qaz y
ığımlarına malikdirlər. Pirsaat-Hamamdağ zonasında 
MQ-nin “Fasil
ə” lay dəstəsinin analoqu olan VII 
horizontundan, Surax
anı lay dəstəsinə aid olan II Pirsaat 
v
ə Pirsaataltı qumlu laylarında neft, orta Abşeronun qumlu 
horizontlarında isə qaz yataqları işlənmədədir. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
75 
K
əlaməddin-Mişovdağ-Bəndovan neftqaztoplanma 
zonasının Kəlaməddin qalxımının cənub-qərb qanadında 
M
əhsuldar Qatın I-IV horizontlarında tektonik ekranlaş-
mış, Mişovdağ qalxımında Məhsuldar Qatın I-III qumlu 
horizontlarında tektonik və litoloji ekranlaşmış yataqlar 
işlənmədədir. Qalmaz qalxımında Məhsuldar Qatın I-III 
horizontları qaz yataqlarına, IV horizont isə kiçik neft 
yatağına malikdirlər.
Kürs
əngi və Cənubi Kürsəngi yataqlarında Məhsuldar 
Q
atın I-VIII horizontlarında aşkar edilmiş neft və qaz-kon-
densat yataqları əsas istismar obyektləridirlər. Alt Abşeron 
çöküntül
ərində qaz papağına malik neft yatağı aşkar olunub.
Aşağı Kür NQR-in əsas neftqaztoplanma zonası olan 
Kürovdağ-Neftçala neftqaztoplanma zonasında əsas neft-
qaz yataqları Kürovdağ və Qarabağlı qalxımlarının cənub-
q
ərb qanadında müvafiq olaraq I-V və I-VI qumlu horizont-
larda yerl
əşirlər. Kürovdağda Məhsuldar Qatın alt hissə-
sind
ə (IX horizont daxil olmaqla) yatan horizontlar, eyni 
zamanda 
Ağcagil və Abşeron mərtəbələrinin qumlu hori-
zont
ları da lokal neft-qaz yataqlarına malikdirlər. Neftçala-
da strukturunun h
ər iki qanadında neftli-qazlı olan Məhsul-
dar Q
atın I-VIII horizontları əsas istismar obyektləridirlər. 
Orta Ab
şeronun I-III qumlu horizontları isə, strukturun 
ayrı-ayrı tektonik bloklarında tektonik ekranlaşmış və 
litoloji m
əhdud neft-qaz yataqlarına malikdirlər. 
Aşağı Kür NQR-in neft-qazlılıq perspektivliyi KH eh-
tiy
atlarının işlənmədə olan neft-qaz yataqlarında Məhsul-
dar Q
atın alt horizontlarında və Ağcagil, Abşeron mərtəbə-
l
ərinin qumlu horizontlarının pazlaşma zonalarında yeni 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
76
neft-
qaz yığımlarının tapılması ilə yanaşı Aşağı Kür çökək-
liyinin 
şimal-şərq və cənub-qərb bortlarında Məhsuldar 
Q
atın üst horizontlarında stratiqrafik və tektonik ekranlaş-
mış yataqların axtarışı ilə əlaqədardır.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə