Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə21/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   17   18   19   20   21   22   23   24   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Mümkün neftli-
qazlı rayonlar 
Acınohur mümkün neftli-qazlı rayonu (MNQR). 
Kür-C
ənubi Xəzər neftli-qazlı subəyalətinə (NQSƏ) daxil 
olan 
Böyük Qafqazarxası neftli-qazlı vilayətinin (NQV) 
şimal-qərb hissəsində yerləşən Acınohur MNQR-i qərbdə 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
97 
Qan
ıx çayı vadisində yerləşən eyni adlı qırılma ilə, şərqdə 
Girdiman çayı vadisində Qərbi Xəzər dərinlik qırılması, 
şimal-şərqdə Şimali Acınohur qırılması, cənub-cənub-
q
ərbdə isə Kür və Mingəçevir-Göyçay qırılmaları ilə 
s
ərhədlənən Acınohur çökəkliyini əhatə edir (şəkil 52).
Şəkil 52. Acınohur mümkün neftli-qazlı rayonu. Strukturların 
yerl
əşmə sxemi. 
Pliosen-
Antropogen çöküntülərindən təşkil olunmuş 
bu çökəkliyin daxilində asimmetrik quruluşlu, cənub qa-
nad
ları qırılmalarla mürəkkəbləşmiş və bir çox hallarda 
şimal qanadları ilə tektonik şəkildə örtülən və bir-birindən 
geniş, yastı sinklinal çökəkliklərlə ayrılan antiklinal zona 
məlumdur. Cənubda yerləşən Xocaşən-Göyçay antiklinal 
zonası, Çatma antiklinoriumunun Alaçıq-Eldaroyuğu anti-
klinal qurşağının şərqdə davamını təşkil edir. Mingəçevir 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
98
gölündən cənubdakı Bozdağ, Dəyirmandağ, Qaraca anti-
klinalları isə Çatma antiklinoriumunun cənub hissəsində 
yerləşən Udabno-Palantökən antiklinal qurşağının dava-
mında yerləşirlər 
[
30, 111, 112
]

Ac
ınohur çökəkliyi yer səthində Ağcagil, Abşeron və 
Antropogen çöküntül
ərindən təşkil olunmuşdur. Bəzi 
qalxımların tağ hissələrində Məhsuldar Qat və Pont çökün-
tül
əri də yer səthinə çıxırlar. Rayonun dərinlik quruluşunda 
is
ə Paleogen-Miosen və Mezozoy çöküntü kompleksləri 
iştirak edirlər (şəkil 53, 54). Çökəklikdən qərbdə Mirzaani 
v
ə şərqdə Aşağı Kür çökəkliyində olduğu kimi, Mezozoy 
çöküntül
əri böyük dərinliklərdə yatdıqları üçün, onların 
struktur-tektonik xüsusiyy
ətləri haqqında yalnız geofiziki 
t
ədqiqatların nəticələri əsasında mülahizə yürütmək olar 
(şəkil 53, 54). Qravimetrik xəritəalma nəticələrinə görə 
burada Alpa q
ədərki kristallik bünövrə 8-9 km dərinlikdə 
yerl
əşir. Kristallik bünövrə üzərində yatan vulkanogen 
süxurlardan v
ə fliş çöküntülərindən ibarət Mezozoy kom-
pleksinin qalınlığı 2,5-3,0 km-ə, Paleogen-Miosen çökün-
tül
ərinin qalınlıqları isə 3,5 km-ə çatır. Böyük dərinlikdə 
yatan Mezozoy çöküntül
əri, qalınlıqları 2200 m-ə çatan 
Neogen-Antropogen çöküntül
ərinin altında yatan çöküntü 
kompleksl
əri ilə disharmonik quruluşa malikdir.
Acınohur MNQR-i daxilində geoloji-xəritəalma və 
struktur-
axtarış qazıması ilə aşkar olunmuş antiklinal struk-
turlar şimaldan cənuba doğru olmaqla: 1. Daşyüz-
Qeyv
əndli; 2. Qüdbərəkdağ-Gənzə; 3. Acınohur-Kürd-
maşı; 4. Qocaşen-Göyçay; 5.Bozdağ-Qaraca-Qaraməryəm 
zonalarında qruplaşırlar.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
99 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
100


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
101 
Daşyüz-Qeyvəndli antiklinal zonası daxilində qərbdə 
Qanıx çayından, şərqdə Girdiman çayına qədər uzanan mə-
saf
ədə: Qərbi Daşyüz, Şərqi Daşyüz, Aydınbulaq, Şimali 
Aydınbulaq, Çaykənd, Söyüdlü və Qeyvəndli antiklinal 
qırışıqları yerləşirlər. 
Qüdb
ərəkdağ-Gənzə antiklinal zonası Daşyüz antikli-
nal zona
sından cənubda yerləşir. Bu zona Mirzaani-Ərəş 
sinklino
riumunun tektonik elementi sayılır. Zonanın qərb 
hiss
əsində Qüdbərəkdağ və Gəmiqaya-Acıbulaq antiklinal 
qırışıqları yerləşirlər. Şimal-qərb cənub-şərq istiqamətində 
uzanan bu zonanın qalxımları Əlicançayın sağ sahilində 
Ərəş sinklinalının böyük qalınlıqlı Dördüncü dövr çökün-
tül
əri altında gömülürlər. Şərq istiqamətdə isə, Qaraküllük 
v
ə Gənzə qırışıqları yerləşirlər. 
Acınohur-Kürdmaşı antiklinal zonası daxilində qərb-
d
ən şərqə doğru Acınohur, Çayqaraqoyunlu, Olmaz, Sava-
lan, Surxayxan v
ə Təklə antiklinal qalxımları yerləşirlər. 
Üst
əgəlmə qırılmaları ilə mürəkkəbləşmiş antiklinal qırı-
şıqların cənub qanadları dik, şimal qanadları az mailli yatı-
ma malik olmaqla asimmetrik quruluşludurlar.
Qocaşen-Göyçay antiklinal zonası Acınohur-Kürdma-
şı antiklinal zonasından cənubda yerləşir və daxilində 11 
antiklinal qalxım: Qərbi Qocaşen, Mərkəzi Qocaşen, Şərqi 
Qocaşen, Nalbənddağ, Pirseyid, Qoşaqovaq, Yuxarı 
Ağcayazı, Ağcayazı, Ərəbli, Göyçay, Şərqi Göyçay qeydə 
alınıb 
[
109
]
. Qırışıqlıqların hamısının cənub-qərb qanadları 
dik, 
şimal-şərq qanadları isə az mailli yatımlı asimmetrik 
qurul
uşa malikdirlər. Strukturların dik qanadları boyu 
Göyçay üst
əgəlmə qırılması keçir. Quyu məlumatlarına 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
102
əsasən üstəgəlmə qırılmasının amplitudu 1200-1300 m, 
üfüqi yerd
əyişməsi isə 2 km-dir.
Bozdağ-Qaraca-Qaraməryəm zonası Acınohur çökək-
liyinin c
ənub kənarında, şimalda yerləşən antiklinal zona-
lara paralel uzanır. Bu antiklinal zona Qocaşen-Göyçay an-
ti
klinal zonasından Xanabad və Qarayazı sinklinalları ilə 
ayrılır. Qaraməryəm antiklinalı Dördüncü dövr çöküntü-
l
ərinin üst hissəsinə görə, bir-birinə paralel uzanan iki ensiz 
Qaram
əryəm və Cənubi Qaraməryəm antiklinallarından 
ibar
ətdir. Daha qədim çöküntülər üzrə, onlar birləşərək 
vahid antiklinal qırışığa çevrilirlər.
Acınohur MNQR-də yerləşən bütün antiklinal zonalar 
üçün 
əsas xarakterik xüsusiyyət quruluşların düzxətli ol-
ması, böyük məsafədə uzanması, ensiz antiklinal qırışıqla-
rın asimmetrik olması və kulis şəkilli yerləşməsi, dik yatı-
ma malik c
ənub-qərb qanadının üstəgəlmə xarakterli qırıl-
ma il
ə mürəkkəbləşməsidir. Qərbdən şərqə doğru qırışıq-
ların geoloji quruluşunda iştirak edən çöküntülər daha ca-
van çöküntül
ərlə əvəz olunurlar.
Rayonun neft-
qazlılıq əlamətləri antiklinal zonaları 
mür
əkkəbləşdirən üstəgəlmə tipli qırılmalarla əlaqədar olan 
t
əbii çıxışlarda su üzərində neft pərdələri və qaz 
qabarcıqları şəklində, həmçinin, Şərqi Qocaşen qalxımında 
2 saylı, Gəmiqaya-Acıbulaq qalxımında 1 saylı quyuların 
qazılması zamanı müşahidə olunmuşdur. Qonşu Bozdağ 
sah
əsində Ağcagil mərtəbəsi çöküntülərinin yerüstü çıxışı 
il
ə əlaqədar olan Acıbulaq adlı bulaqdan çıxan su intensiv 
qaz ayrılması ilə fərqlənir. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
103 
Ac
ınohur MNQR-in neft-qazlılıq perspektivliyi Üst 
Tabaşirin karbonatlı-çatlı, Eosenin, Maykop lay dəstəsinin, 
Çokrak horizontunun, Sarmat m
ərtəbəsinin, eləcə də
M
əhsuldar Qatın qranulyar kollektorları ilə əlaqədardır. 
Rayonun c
ənub hissəsində yerləşən Qocaşen-Göyçay və 
Bozdağ-Qaraca-Qaraməryəm antiklinal zonalarının qal-
xımları neft-qaz yataqlarının axtarışı baxımından daha 
perspektivli sayılırlar. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə