Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
166
Şamaxı-Qobustan rayonunda Eosen çöküntüləri geniş
ərazidə yayılıblar. Əsasən yerüstü çıxışlara (Ağdərə, Hil-
milli, Qırdağ və b.) və quyulara görə (Tuva, Şıxzəyirli,
C
əngiçay, Zərbəçi) öyrənilib.
Alt Eosen (A
lt Qovundağın alt horizontu) az qalınlıqlı
qumdaşı təbəqəciklərinə malik ağımtıl-boz, yaşılımtıl-boz
gill
ərdən ibarətdir. Bəzən sıx mergel, vulkan külü və açıq-
yaşıl bentonit (gilabı) gilləri də rast gəlir. Şimali Qobustanda
Alt Eosen çöküntül
ərinin qalınlığı 35-70 m olub, nadir
hallarda 100 m-
ə çatır, Mərkəzi Qobustanda isə 150-200 m-
ə qədər artır ( şəkil 75).
Orta Eosen çöküntül
əri (Alt Qovundağın üst horizon-
tu) iç
ərisində yanar şist təbəqəcikləri olan bozumtul-qonur,
tünd-qonur, b
əzən qəhvəyi-boz rəngli gillərdən ibarətdir.
Şıxzəyirli, Cəngiçay və Tuva sahələrində kəsilişdə qum və
qumdaşı təbəqəciklərinə də təsadüf edilir. Cənub
istiqam
ətində qumdaşı təbəqəciklərinin artması hesabına
Orta Eosen
in ümumi qalınlığı artır. Hilmilli sahəsində Orta
Eosen çöküntül
ərinin qalınlığı 65-85 m, Cəngiçay çayı
boyu 220-235 m old
uğu halda,
daha cənubda, Ərzani
sah
əsində qalınlıq 350 m-dən çoxdur.
Üst Eosen (orta v
ə üst Qovundağ dəstəsi) nadir və az
qalınlıqlı (bəzən 0,5 m-ə qədər) karbonatlı qumdaşı təbəqə-
cikl
ərinə malik yaşılımtıl-boz, bəzən yaşılımtıl-qonur
gill
ərin növbələşməsindən ibarətdir. Qalınlığı Şimali
Qobustanda 30-
60 m arasında dəyişir. Mərkəzi və Cənubi
Qobustanda qalınlığın şimaldan cənuba doğru 100-500 m-
ə qədər, bəzən daha çox artacağı gözlənilir.
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
167
Eosen çöküntül
əri Abşeron yarımadasının
qərb və
şimal-qərb sahələrində (Ziyilpiri, Kürdəxanı və s.) qazıma
il
ə açılıblar. Kəsiliş üç şöbə ilə təmsil olunur, ümumi
qalınlıq 800 m-ə qədərdir.
Kiçik Qafqazqarşısı zonada və Qanıx-Əyriçay çökək-
liyind
ə Eosenin qalınlığı qalxım sahələrində 400 m-dir.
Maksimum qalınlıq isə 1000-2000 m-ə çatır (şəkil 75).
Şimalda yerləşən çökəklikdə fliş formasiyasında yayılan
çöküntül
ər qumlu-mergelli-gilli süxurlardan ibarət olub,
açıq dəniz şəraitini xarakterizə edən foraminifer komplek-
sin
ə malikdir. Cənubdakı çökəklikdə
isə kobud terrigen
çöküntül
ər - arkoz qumdaşı, konqlomerat və brekçiyalar
yayılmışdır [10].
Kiçik Qafqazqarşısı çökəkliyin cənubunda terrigen-
vulkanogen (q
ərb hissədə) və terrigen qumlu-gilli fasiya
(şərq hissədə) üstünlük təşkil edir.
Çök
əkliklərdə Eosen çöküntülərinin qalınlıqları quyu
m
əlumatlarına görə müvafiq olaraq 1000-1600 m (Poylu)
v
ə 1000-1200 m-dən (Sovetlər) artıqdır (bax: şəkil 75).
Eosen çöküntül
əri Yevlax-Ağcabədi çökəkliyinin şi-
mal-
şərq
bortunda gil, qumdaşı, alevrit, mergel, dolomit,
əhəngdaşı, tuflu qumdaşı və qravelitlərdən ibarətdir.
Eosenin alt şöbəsi üçün gillər, orta şöbəsi üçün tufogen
çöküntül
ər, üst şöbəsi üçün isə gil, qumdaşı və mergellər
daha çox xarakterikdir. Muradxanlı, Cəfərli sahələrində bu
çöküntül
ərin ümumi qalınlıqları 800 m-ə çatır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Eosen çöküntül
əri geniş yayılıb və əksər hallarda
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
168
Paleosen layları üzərini transqressiv şəkildə örtürlər. Burada
da çöküntü kompleksinin tam k
əsilişi üç şöbə ilə təmsil
olunur. Alt şöbə rayonun cənub
və mərkəzi hissələrində
geniş yayılaraq, bazalt, tuf və tuflu brekçiyalardan ibarətdir.
Şəkil 75. Eosen çöküntülərinin yayılma sahələri (B.İ.Məhərrəmov).
Orta Eosen çöküntül
ərinin kəsilişində tuf-qumdaşı,
tufogen, alevrit, gil v
ə mergellər üstünlük təşkil edirlər.
Bölg
ənin qərbinə doğru tuflu qumdaşılarının qalınlığı artır.
Üst Eosenin alt hiss
əsi bazalt, andezit və tuflarla təmsil
olduğu halda, üst hissəsi tuflu qumdaşı, argillit və gillərlə
s
əciyyələnir. Eosen çöküntülərinin ümumi qalınlıqları
3500-3600 m-
ə çatır.