Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma


Üst Paleosen (Sumqayıt lay dəstəsi)



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə43/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   39   40   41   42   43   44   45   46   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Üst Paleosen (Sumqayıt lay dəstəsi)
çöküntül
əri 
Az
ərbaycanın depressiya zonalarında geniş yayılmışdır. 
Əsasən az qalınlıqlı qumlu-alevritli, karbonatlı və tufogen 
laycıqlarına malik gillərlə təmsil olunurlar. Bu çöküntülər 
Siy
əzən monoklinalında alt və üst yarımmərtəbələrə ayrı-
lır. Alt yarımmərtəbə nadir əhəngdaşı, konqlomerat və 
əhəngli, xırdadənəli qumdaşı təbəqəcikləri olan tünd boz 
əhəngli gillərdən ibarətdir. Üst yarımmərtəbə boz, narın-
d
ənəli əhəngli qumdaşı təbəqəcikli tünd boz, qırmızı, zəif 
karbonatlı, sıx gillərdən təşkil olunub. Monoklinal cənub-
şərqdə gilli, şimal-qərbində isə qumlu-gilli litofasiya ilə 
s
əciyyələnir. Ümumi qalınlıq yamac hissədə 40-50 m, 
şimal-şərq batımda 200-250 m arasında dəyişir. Şurabad 
sah
əsində Sumqayıt lay dəstəsi gil və linzaşəkilli
mikrokonqlomerat t
əbəqəcikli mergellərdən təşkil olunub. 
Çöküntül
ərin qalınlığı 160 m-dir. Samuryanı zonada isə 
qalınlığı 55 m-ə çatan mergel və boz mergelli gillərlə 
s
əciyyələnir. 
Şamaxı-Qobustan NQR-də Sumqayıt lay dəstəsi çö-
küntül
əri Şimali Qobustanın şərq hissəsində dərin sinkli-
nal
ları dolduraraq Tabaşir yaşlı qalxımların uzaq qanadla-
rını əhatə edir. Kəsiliş alt və üst yarımmərtəbələrə ayrılır. 
Alt yarımmərtəbə (qalınlığı 30-50 m) nazik, bərk qumdaşı 
v
ə mergel təbəqəciklərinə malik olan şistli gillərin növbə-
l
əşməsilə səciyyələnir. Qalınlığı 35-170 m-ə çatan üst 
yarımmərtəbə aralarında nazik qumdaşı təbəqələri iştirak 
ed
ən kərpici-qırmızı gillərdən ibarətdir. Mərkəzi və Cənubi 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
163 
Qobustanda Sumqayıt çöküntüləri böyük dərinliklərdə 
yatdıqlarından qazıma ilə öyrənilməyib. Abşeron yarıma-
da
sının qərb zonasında Sumqayıt lay dəstəsi əhəngli qum-
daşı və mergellərdən ibarətdir. Qalınlığı 240 m-dir.
Aşağı Kür çökəkliyində Paleosen-Eosen çöküntüləri 
ancaq palçıq vulkanlarının püskürmə materiallarına əsasən 
öyr
ənilib. Əsasən gil, bəzən isə qumdaşı, qum, alevrit və 
mergell
ərdən təşkil olunub. Kəsilişin güman olunan qalın-
lığı 2500 m-ə çatır. 
Qanıx-Əyriçay çökəkliyində Sumqayıt lay dəstəsi əsa-
s
ən qum, mergel və gillərdən ibarət fliş fasiyasında 
yayılmışdır. Qalınlıq 100-150 m arasında dəyişir. Kiçik 
Qafqazqarşısı zonada, Tabaşir dövründə olduğu kimi, mak-
simum çökm
ə amplitudu ilə xarakterizə olunan Qarayazı və 
Ağcabədi çökəkliklərində Sumqayıt lay dəstəsi çöküntülə-
ri
nin qalınlığı xeyli artır. Şəmkir çıxıntısında isə çöküntü-
l
ərin qalınlığının 100 m-ə qədər azalması müşahidə olunur. 
Burada qumlu laycıqların qalınlıq və saylarının artması da 
müşahidə olunur.
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq yamacında 
Sumqayıt lay dəstəsi çöküntüləri tünd, tünd-boz gil və gilli 
alevritl
ərdən ibarətdir. Muradxanlı qalxımının cənub-qərb 
qanadında çöküntülərin qalınlığı 100 m-ə çatır. 
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı 
rayonunda Sumqayıt lay dəstəsi kəsilişində litoloji xüsusiy-
y
ətlərinə görə əsasən çökmə və tufogen süxurlardan təşkil 
olunan alevritli tuffit, alevritli v
ə tuflu qumdaşı horizontları 
ayrılır. Ümumi qalınlıq 1400 m-ə çatır. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
164
Sumqayıt lay dəstəsi çöküntülərinin neft-qazlılığı 
Siy
əzən monoklinalının kəsilişində iştirak edən mergel, 
qum v
ə gilli süxurlarla əlaqədar kollektorlarla, Yevlax-
Ağcabədi çökəkliyində lay dəstəsinin alt hissəsində yerlə-
şən qumlu-karbonatlı çöküntülərlə əlaqədardır.
Siy
əzən monoklinalında Sumqayıt çöküntülərindən 
t
əbii neft və qaz çıxışları qeyd olunmur. Lakin qazıma pro-
sesind
ə müşayiət olunan neft-qaz təzahürlərinə Candahar-
Zarat, Siy
əzən-Nardaran, Saadan, Əmirxanlı və Zağlı-
Zeyv
ə sahələrində hamısında rast gəlinir. Alınmış məlu-
mat
ların analizi göstərir ki, Sumqayıt lay dəstəsi çökün-
tül
əri ilə əlaqədar olan neft doyumluluq və neft-qaz təza-
hürl
əri cənub-şərq istiqamətində azalır. Belə ki, 454 saylı 
Candahar-Zarat v
ə 371 saylı Siyəzən-Nardaran quyuları 
qazılan zaman, uyğun olaraq 1901 m və 921 m dərinlikdən 
z
əif neft-qaz təzahürləri qeyd olunmuşdur. 
Saadan sah
əsinin bir sıra quyularında Sumqayıt lay 
d
əstəsi çöküntülərinin analizi zamanı debitin yüksəlməsi 

əyyən olunmuşdur. Sumqayıt lay dəstəsi çöküntülərindən 
neft-qaz t
əzahürü və neft axını 526, 537, 561, 574 və s. saylı 
Əmirxanlı quyularında da qeyd olunmuşdur. 526 saylı 
quyuda debitin yüks
əlməsi 1,5 t/gün, 562 saylı quyuda isə 
1,6 t/gün qeyd olunmuşdur. Zağlı-Zeyvə sahəsinin 1105, 
1172, 1228, 1235 v
ə s. quyularında Sumqayıt lay dəstəsi 
çöküntül
ərindən debiti 2,4-60 t/gün və sıxlığı 845-870 kq/m
3
olan neft axını alınmışdır. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
165 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə