Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə40/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   36   37   38   39   40   41   42   43   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Maastrixt m
ərtəbəsi
çöküntül
əri Böyük Qafqazda 
geniş, Kiçik Qafqazda isə məhdud ərazilərdə yayılıblar. Bu 
çöküntül
ər Şahdağ və Sudur zonalarında, Qızılqaya dağı 
ətrafında və Xızı tektonik zonasında geniş yayılıblar. 
Yalama v
ə Xudat sahələrində isə qazılmış axtarış-kəşfiyyat 
quyuları ilə açılıb. Şahdağ zonası və Qızılqaya dağı ətrafında 
Maastrixt çöküntül
əri açıq, yaşılımtıl və boz qumdaşılı gil, 
boz, q
əhvəyi əhəngdaşı və boz, açıq qəhvəyi əhəngli, xırda-
d
ənəli qumdaşılarından təşkil olunub. Qalınlığı 125 m-ə 
çatır.
Maastrixt çöküntül
ərinin nisbətən tam kəsilişi Buduq 
sinklinalında öyrənilib. Burada çöküntülərin tərkibi boz, 
açıq-boz pelitamorf əhəngdaşı, mergel, boz mergelli gil, 
tünd-boz 
əhəngli qumdaşı və dəyişkən, nisbətən çox qalın-
lığa malik konqlomerat laylarından ibarətdir. Çöküntülərin 
qalınlığı 285-300 m-ə çatır. 
Qusar-D
əvəçi törəmə çökəkliyində Maastrixt mərtəbəsi 
boz, tünd-boz, b
ərk və çatlı əhəngdaşı və mergellərlə təmsil 
olunurlar. K
əsilişdə eyni zamanda az qalınlıqlı boz karbonat-
lı gil və qumdaşı aralaycıqlarına da təsadüf edilir. Quyu 
m
əlumatlarına əsasən burada alevrolitlərin də iştirakı qeydə 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
157 
alınmışdır. Çöküntülərin qalınlığı 170-180 m-dir. Təngi-
Beşbarmaq antiklinoriumu və Xızı sinklinoriumunda Maas-
trixt çöküntül
əri əsasən qravelit aralaylarına malik karbonatlı 
gil, qumdaşı və qumlu əhəngdaşılardan ibarətdir. Dübrar 
zonasında isə çöküntülər tipik fliş xarakterlidir. 
Şamaxı-Qobustan rayonu ərazisində Maastrixt çökün-
tül
əri şimal zonada yer səthinə çıxır. Burada Maastrixt 
çöküntül
ərinə Ağburun lay dəstəsinin üst yarısı aid edilir. 
Çöküntül
ər açıq rəngli olmaları ilə xarakterizə olunur. 
C
ənub-qərb zonada Maastrixt çöküntüləri açıq-boz qumlu 
əhəngdaşı, əhəngli qumdaşı, boz, yaşılımtıl-boz mergelli 
gil v
ə qumlu mergellərin növbələşməsindən ibarətdir. 
Pirsaat çayının mənbəyi istiqamətində Maastrixt çöküntü-
l
əri açıq-boz gil, nazik təbəqəli boz, çatlı qumlu əhəngdaşı 
v
ə əhəngli qumdaşıları ilə təmsil olunurlar. Burada çökün-
tül
ərin qalınlıqları 60-65 m-dən artıq deyil. 
Dübrar 
zonasında isə çöküntülər boz, tünd-boz, bəzən 
açıq-boz əhəngli gil, açıq-boz çatlı əhəngdaşı, mergel və boz 
əhəngli çəplaylı qumdaşılarından təşkil olunub. Qalınlıq 55-
60 m-dir. C
ənub istiqamətində kəsilişdə karbonatlı və qumlu 
süxurların miqdarının artdığı nəzərə çarpır. 
Bel
əliklə, Maastrixt çöküntüləri Böyük Qafqazın 
c
ənub-şərq batımında iki fasiyada intişar tapıb. Belə ki, 
şimal rayonlarda gillər, cənub rayonlarda isə əhəngdaşıları 
üstünlük t
əşkil edir. Maastrixt çöküntülərinin qalınlıqları 
c
ənub-qərb sahələrdə 200-355 m, şimal-şərq və cənub-şərq 
sah
ələrdə isə 100-250 m arasında dəyişir.


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
158
Böyük Qafqazın cənub yamacında Maastrixt çökün-
tül
əri məhdud ərazidə yayılıb. Öyrənilən kəsiliş üzrə çö-
küntül
ər boz, ağımtıl və çəhrayı boz, pelitamorf, bəzən 
mergelli, çox çatlı əhəngdaşı, boz əhəngli qumdaşı, az 
qalınlıqlı yaşılımtıl gil, mergel və gillərdən ibarətdir [12].
Girdimançay vadisind
ə Maastrixt çöküntüləri karbo-
natlı fasiyada intişar tapıb. Burada qalın bazal konqlomerat-
ları kəsilişin əsasını təşkil edir və transqressiv şəkildə 
Senoman çöküntül
ərinin yuyulmuş səthi üzərində yatırlar. 
Kiçik 
Qafqazın şimal-qərb dağətəyi zonasında Maas-
trixt çöküntül
əri əsasən pelitamorf qumlu, çatlı əhəngdaşı-
ları ilə təmsil olunurlar. Bəzən kəsilişdə əhəngdaşıları ara-
sında əhəngli kobud və iri dənəli qumdaşı laylarına təsadüf 
edil
ir. Şimal-qərb dağətəyi zonada Maastrixt çöküntüləri-
nin qalınlıqları 25 m-dən 140 m-ə qədər dəyişir. Şimal-şərq 
dağətəyi zonanın mərkəzi hissəsində, Gəncə və Qarqar 
çayları arasındakı sahədə Maastrixt çöküntüləri qumdaşı və 
alevrolit layları olan boz, sarımtıl-boz, bəzi yerlərdə qumlu 
əhəngdaşılardan təşkil olunub. Bəzən kəsilişdə yaşılımtıl-
boz, yağlı gil aralaycıqları rast gəlir. Güllücə və Goranboy 
sah
ələrində qazılan quyuların məlumatlarına görə, Maas-
trixt çöküntül
ərinin qalınlıqları 240-280 m-dir. Qarqar və 
Araz çayları arasındakı sahədə, çöküntülər boz, sarımtıl-
boz, qumlu, artıq dərəcədə çatlı, bəzən əhəngdaşıları ilə 
t
əmsil olunur. 
Naxçıvanda Maastrixt çöküntüləri əsasən əhəngdaşı, 
qumdaşı, gil və argillitlərin növbələşməsindən ibarətdir. 
B
əzən kəsilişdə konqlomerat laylarına da təsadüf edilir.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
159 
Maastrixt m
ərtəbəsi çöküntülərinin (Ağburun lay dəstə-
si) neft-
qazlılığı əsasən kəsilişində çatlı-karbonatlı çöküntü-
l
ərdən ibarət olan qalın dəstə və məhdud yayılan qumdaşı 
t
əbəqəciklərilə əlaqədardır. Belə dəstə və təbəqəciklər ən çox 
Şimali Qobustan və Şimal-Qərbi Abşeronda yayılıb. 
Şurabad sahəsində 11 saylı quyuda qazıma zamanı Maastrixt 
m
ərtəbəsi çöküntülərindən qaz təzahürləri alınmışdır. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə