Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə56/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   52   53   54   55   56   57   58   59   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
203 
şərait Quba-Dəvəçi, Zeyxur çökəklərində və onlara bitişik 
Xəzər dənizi akvatoriyasında - Şimali Abşeronda olmuşdur. 
Qusar-
Dəvəçi rayonunda Mezozoy çöküntüləri üzrə 
karbohidrogen
lərin ilk resurslarının qiymətləndirmə nəticə-
ləri göstərir ki, bu çöküntülərlə əlaqədar 275 mln.t balans, 
155 mln.t çıxarıla bilən resurslar toplanmışdır. Bu 
resurslardan 135 mln.t balans, 45 mln.t isə çıxarıla bilən 
neft resurslarına aid edilir.
Bu böl
gədə Triasın kəsilişi qismən Ağzıbirçala sahə-
sin
də qazılmış 1 saylı quyuda 172 m qalınlıqda öyrənilmiş-
dir. Alt Yura
nın çöküntüləri ilə transqressiv örtülən Triasın 
açılmış qalınlığı vulkanogen-metamorfık süxurlardan iba-
rətdir. Aparılmış kompleks araşdırılmaların nəticələrinə 
görə ehtimal etmək olar ki, bölgənin Yalama, Xudat, 
Xaçmaz
, Ağzıbirçala sahələrində alt və orta Trias çöküntü-
ləri neftli-qazlı ola bilərlər. Dağıstanın və Şimali Qafqazın 
bir sıra sahələrində terrigen-karbonat fasiyası ilə təmsil 
olunan bu çöküntülərdən sənaye əhəmiyyətli neft-qaz axın-
la
rı alınmışdır. Güman etmək olar ki, Terek-Xəzər neftli-
qaz
lı əyalətinin cənub-şərq hissəsi olan Qusar-Dəvəçi böl-
gəsinin yuxarıda göstərilən qalxımların yerləşdiyi zonada 
Triasın alt və orta şöbələri çöküntüləri neftli-qazlı ola bilər. 
Aparılmış hesablamaya görə bu çöküntülərdə 10 mln.t 
balans, 5 mln.t çıxarıla bilən şərti yanacaq resursları 
toplanmışdır.
Qusar-
Dəvəçi NQR-də şimal-qərb-cənub-şərq istiqa-
mətində - Xəzər dənizinə doğru Yura və Tabaşir çöküntü-
lərinin qalınlıqları artmaqla yanaşı onların litofasial xüsu-
siy
yətləri də yaxşılaşır. Yalama və Xudat sahələrində 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
204
qazılmış dərin quyularda Orta Yura və Alt Tabaşir 
çöküntülərindən yüksək hasilatla suyun alınması onların 
kəsilişlərində yaxşı keçiriciliyə malik qranulyar, məsaməli 
və çatlı kollektorların iştirak etməsini göstərir.
Qusar-
Dəvəçi NQR-də Mezozoyun kəsilişində Triasın 
(əsasən də orta və alt), Alt Yuranın tufogen-terrigen, Orta 
Yura
nın (Aalen, Bayos, Bat) qumlu-alevritli, Üst Yuranın 
karbonatlı, Alt Tabaşirin (Neakom, Apt) terrigen-karbonatlı 
və Üst Tabaşirin karbonatlı süxurları neftli-qazlı kompleks-
lər kimi ehtimal olunur.
Qusar-
Dəvəçi NQR-də Alt Yura ilə əlaqədar antiklinal 
və stratiqrafik tip neft-qaz yığımları bilavasitə Yalama, 
Xudat, Xaçmaz, Qusar, Çarxı, Tələbi qalxımlarıdır. 
Ağzıbirçala qalxımında Alt Yura 320 m qalınlıqda vulkano-
gen kəsilişdə açılmışdır. Bu qırışıqların hövzənin dərin 
hissələrinə tərəf yönəlmiş qanad və periklinallarında qalın-
lığı 1600-1700 m-ə çatan Orta Yura çöküntülərinin qumlu-
lu
ğunun artdığı və metamorfizmin zəiflədiyi güman olundu-
ğundan, bu çöküntülər burada daha perspektivli sayılır.
Üst Yura
nın karbonatlı süxurlarının neft-qazlılıq pers-
pektivliyi cəhətdən Xaçmaz və Tələbi qalxımlarının cənub-
qərb qanadları, Ağzıbirçala qalxımının isə şimal-şərq və 
cənub-qərb qanadlarının uzaq batımlarında pazlaşma zona-
ları axtarış üçün maraq doğurur. Lakin bu sahələrdə Üst 
Yura
nın səthi böyük (6-8 km) dərinlikdə yatır. 
Tabaşir çöküntüləri Tələbi, Qusar, Xaçmaz və Ağzıbir-
çala sahələrində kəsilişlərdə iştirak etmir. Yalama-Xudat 
zonasında Tabaşir çöküntüləri az qalınlığa malik olduğun-


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
205 
dan və litofasial xüsusiyyətləri qeyri-bərabər səciyyə daşıdı-
ğından az perspektivli hesab olunurlar. Bu çöküntü kom-
pleksi üzrə ən perspektivli sahələr Qusar-Xaçmaz struktur 
çıxıntısı, Təngi-Beşbarmaq antiklinoriumu və Xızı zonasının 
şərq hissəsində yerləşir. 
Seysmik kəşfiyyat işləri məlumatları Qusar-Xaçmaz 
qalxımının şimal-şərq batımında Miosenin Orta Yura, 
Tab
aşir və Paleogen çöküntülərinin üzərini qeyri-uyğun 
örtməsini göstərir. Deməli burada stratiqrafik tip tələlərin 
əmələ glməsi üçün şərait mövcud olmuşdur.
 
Qusar, Xaçmaz, Cənubi Xaçmaz, Çarxı və Ağzıbirçala 
qalxımlarının Quba-Dəvəçi çökəyinə yönəlmiş cənub-qərb 
qanadları alt (Valanjin və Hoteriv mərtəbələri) və üst 
Tabaşirin terrigen-karbonatlı çöküntülərinin pazlaşma zona-
larında stratiqrafik və litoloji ekranlaşmış neft-qaz yataqları 
üçün əlverişli sahələrdir. 
Üst 
Tabaşirin Maastrixt yaşlı çöküntüləri Siyəzən 
mono
klinalının şimal-qərbində (Zeyvə-Təngi) və Təngi-
Beşbarmaq zonasında perspektivli hesab olunurlar və 
axtarış obyekti kimi daha çox maraq doğururlar. 
Xızı tektonik zonasında lokal qalxımlar əsas etibarı ilə 
Orta Yura 
və Alt Tabaşir çöküntülərindən təşkil 
olunmuşdur. Bu zonanın neft-qazlılıq perspektivliyi böyük 
qalınlığa və əlverişli litofasiyaya malik bu çöküntülərlə 
əlaqədardır. Xızı tektonik zonasında Orta Yura və Alt 
Tabaşir çöküntüləri böyük qalınlığa malik olub əlverişli 
litofasiya ilə səciyyələnirlər. Üst Yura çöküntüləri Tabaşir 
dövründən qabaq yuyulduğundan, onlar zonanın çox hissə-
sin
də kəsilişdə iştirak etmirlər. Üst Tabaşir çöküntüləri isə 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
206
ancaq qal
xımları bir-birindən ayıran sinklinallarda məlum-
dur. Burada Orta Yura 
əsasən qumdaşı və alevritlərdən 
təşkil olunmuşdur. Orta Yura çöküntüləri Keşçay sahəsində 
yer üzərinə çıxır və Şurabad və Bəyimdağ-Təkçay 
sahələrində dərin kəşfiyyat quyuları ilə açılmışdır. Keşçay 
sahəsində Bayos mərtəbəsinə aid edilən Orta Yura 
çöküntülərinin 10 m-lik qalınlıqda yer üzərinə çıxışı 
qumdaşı və gillərin növbələşməsində ibarətdir. Quyularda 
açılmış Orta Yura çöküntüləri (Bayos-Bat mərtəbələri) şist-
li, boz, tünd boz, qara gillərdən, boz qumdaşı və alev-
ritlərdən təşkil olunmuşdur. Kəsilişdə 5-ə qədər qumlu-
alevritli dəstə qeyd olunur. Keşçay sahəsində həmin dəstə-
lərdən zəif qaz təzahürləri və 75000 m
3
/gün qaz fontanı 
alınmışdır.
Qeyd etmək lazımdır ki, Xızı rayonunda Orta Yura 
çöküntülərində qazıma prosesində əsasən qaz axınının 
alınmasını (Keşçay) nəzərə aldıqda, perspektivli sahələrdə 
Orta Yura 
çöküntülərində neft-qaz yataqları gözlənildiyini 
söyləmək olar 
[
75
]

F.H.Dadaşov B.Qafqazm şimal-şərq və cənub-şərq 
batımları üzrə geoloji materiallarını müqayisə edərək belə 
hesab edir ki, "Xəzəryanı-Quba bölgəsində qaz yataqlarının 
yerləşmə zonası epihersin platformasının yamaclarına meyl 
edəcəkdir. Bu baxımdan bölgənin Xəzər dənizinin sahil 
zonasında yerləşən antiklinal qalxımları (Yalama, Xudat, 
Xaçmaz və Ağzıbırçala) xeyli maraq doğurur.
Geokimyəvi tədqiqatlar göstərir ki, Orta Yura çökün-
tüləri karbohidrogen yığımlarının yaranması üçün qənaət-
bəxş üzvi maddələrə malik olmuşdur. Yura çöküntülərində 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə