B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
201
Şəkil 79. Mezozoyda formalaşmış neftli-qazlı bölgələr və güman
olunan perspektivli zonalar
(B.M
əhərrəmov, B. Aslanov)
.
Tədqiqatlar
göstərir ki, təkcə Üst Tabaşir çöküntüləri
ehtiyatlarının, demək olar ki, 98%-i
bu vaxta qədər
mənimsənilməmiş qalır. Bunun əsas səbəbi ilk növbədə bu
çöküntülərə aparılmış qazıma həcminin lazımi səviyyədə
olmamasıdır. Aparılmış axtarış-kəşfiyyat işləri nəticəsində
yalnız Muradxanlı neftli-qazlı rayonunun (NQR) Muradxanlı
sahəsində Üst Tabaşirin vulkanogen süxurlarında neft yatağı
aşkar edilmişdir.
Eyni zamanda, Qusar-Dəvəçi NQR-də
Siyəzən monoklinalının Zəyli-Zeyvə, Əmirxanlı və b. sahə-
lərində Üst Tabaşirdən Paleogen-Miosen çöküntüləri ilə birgə
az miqdarda neft alınmışdır.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
202
Mezozoyun ayrı-ayrı komplekslərinin karbohidrogen
resurslarının miqdarca
müqayisəsi göstərir ki, həm üst və
həm də Alt Tabaşir çöküntüləri qənaətbəxş resurslara malik-
dir. Respublika ərazisində Tabaşir çöküntülərdə 425 mln.t
çıxarıla bilən şərti yanacaq varlığı ehtimal olunur. Mezozo-
yun ikinci perspektivli obyekti sayılan Yura çöküntülərində
şərti yanacaq 184 mln.t hesablanır ki, onun da 128 mln.t-u
Orta Yura
çöküntülərinə aid edilir.
Qusar-
Dəvəçi NQR-də geniş yayılmış Mezozoy çö-
küntü
ləri kəsilişində Yura və Tabaşir sistemlərinin müxtəlif
stratiqrafik vahidlərinə aid Yura və Alt Tabaşirin (Valanjin,
Hoteriv, Barrem, Apt, Alb) qumlu-
alevritli
və Üst
Tabaşirin (Senoman, Turon) çatlı karbonatlı kollektor-
larının mövcudluğu ilə fərqlənən lokal strukturlar (Siyəzən
monoklinalı, Yalama, Xudat, Qusar, Xaçmaz, Ağzıbirçala,
Tələbi, Qaynarca) kəşfiyyat qazımasına ilk növbədə cəlb
olunmuş və böyük həcmdə parametrik və axtarış-kəşfiyyat
quyuları qazılmış, onların əksərində neft-qaz təzahürləri və
axınları müşahidə olunmuşdur. Lakin Siyəzən monoklinalı
istisna olmaqla onların heç birində bu çöküntülərlə bağlı
yataq aşkar olunmamışdır.
Mövcud
geokimyəvi, litoloji-mineraloji və hidrokim-
yəvi analizlərin nəticələrinin araşdırılması, eləcə də, Şimali
Qafqazda Trias-
Miosen intervalında sənaye əhəmiyyətli neft
və qaz yataqlarının varlığı göstərir ki,
Mezozoy
çöküntülərinin ayrı-ayrı horizont və lay dəstələri bu bölgədə
perspektivli ola bilər. Həmçinin güman olunur ki, üzvi
maddələrin karbohidrogenlərə çevrilməsi üçün ən əlverişli