Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə57/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   53   54   55   56   57   58   59   60   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
207 
toplana biləcək karbohidrogen yığımlarının saxlanılması 
üçün 
Tabaşir, Paleogen və Neogen komplekslərində lazımı 
qalınlıqda regional və lokal örtüklər də mövcuddur. Faktiki 
materiallar göstərir ki, neftli-qazlı horizontlar Orta Yuranın 
gil qat
ları ilə bir-birindən ayrılan qum və alevrolit süxurları 
ilə əlaqədardır. Bu kollektorların məsaməliyi 15-25%-dir. 
Keşçay, Bəyimdağ-Təkçay, Şurabad sahələrində qeyd olun-
muş neft-qaz təzahürləri həmçinin əsas verir ki, bu zonanı 
Orta Yura 
çöküntülərinə görə perspektivli qəbul edək.
Alt 
Tabaşirin neftli-qazlı obyektləri Valanjin və 
Barremin çatlı əhəngdaşı və mergelləri, Albın qumdaşıları 
ilə əlaqədardır. 
Xızı zonasının şimal-qərbində yerləşən Afurca qalxı-
mının qanadlarında Alt Tabaşir və Yura çöküntülərinin ter-
rigen və çatlı karbonatlı kollektorları neft-qaz yığımına ma-
lik axtarış obyekti kimi qiymətləndirilir. Qeyd etmək 
lazımdır ki, burada struktur-axtarış quyularında 5-10 t\gün 
neft alınmışdır.
Sitalçay sahəsində tağyanı hissədə qazılmış 1 və 3 saylı 
quyularda Valanjin, Hoteriv və Barremin yüksək 
müqavimətli kollektorlarında qazma zamanı qaz təzahürlə-
rini qeyd
ə alınmışdır.
Yaşma sahəsində qazılmış çoxsaylı struktur-axtarış 
quyularında intensiv neft- qaz təzahürləri qeydə alınmışdır.
Şurabad sahəsində Alt Tabaşir, xüsusilə Albın Küllülü 
qumdaşılarından tektonik ekranlaşmış və litoloji-
stratiqrafik tip tələlərlə əlaqədar sənaye əhəmiyyətli neft-
qaz axımları alınmışdır.


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
208
Kəsilişdə Üst Yura çöküntüləri iştirak etmədiyinə görə 
Alt 
Tabaşirin Berrias-Valanjin mərtəbəsinin gilli layları 
Orta Yura
nın üzərində transqressiv yatır və neftli- qazlı 
horizontlar üçün davaml
ı örtük rolunu oynayırlar. 
Berrias-
Valanjin yaşlı süxurlar Keşçay və Bəyimdağ 
sahələrində yer üzərinə çıxır, Şurabad, Sitalçay və Gədisu 
sahələrində isə quyularla açılmışdır. 
Keşçay qalxımının şimal-şərq qanadında açılan Berrias-
Valanjin mərtəbəsi konqlomerat, əhəngdaşı, mergel və 
gillərin növbələşməsindən ibarətdir. Berrias-Valanjinin qa-
lınlığı burada 700 m-ə çatır. Bəyimdağ-Təkçayda Berrias-
Valanjin mərtəbəsinin kəsilişi (qalınlığı 900-1000 m-dir) 
qumdaşı, əhəngdaşı və gillərin növbələşməsindən ibarətdir. 
Nadir hallarda mikrokonqlomerat layc
ıqlarına rast gəlinir. 
Qeyd etmək lazımdır ki, kəsilişin alt və orta hissələrində 
yerləşən məsaməli və çatlı karbonatlı-gilli çöküntülərində 
neftli-
qazlı obyektlər müəyyən edilmişdir. Burada Valanjin 
çöküntülərindən sınaq zamanı qaz axını və kondensat (17 
m
3
/gün) alınmışdır. 
Sitalçay və Şurabadda Berrias-Valanjin mərtəbəsi 
brekçiyaşəkilli əhəngdaşı və mergellərin, qumdaşı və gil-
lərlə növbələşməsindən təşkil olunmuşdur. Kəsilişdə gillər 
üstün
lük təşkil edir. Mərtəbənin qalınlığı 700-750 m-dir. 
Deməli, Berrias-Valanjin mərtəbəsi cənub-şərq istiqamətdə 
litoloji 
cəhətcə kobud flişdən subflişə keçir. Ümumiyyətlə, 
Xızı zonasında Valanjin çöküntüləri az kollektor xassələri, 
bərk karbonat süxurlarının çatlılığı ilə fərqlənirlər. 
Kəsilişin daban hissəsində gilli-qumlu laylar yatırlar. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
209 
Keşçay qalxımının şimal-şərq qanadında Hoterivin 
kəsilişi gil, əhəngdaşı, brekçiyaşəkilli konqlomerat və iri 
dənəli qumdaşılarından ibarətdir. Qalxımın cənub-qərb 
qanadında qumdaşılarına çox az rast gəlinir, əhəngdaşı və 
konqlomeratların qalınlığı və sayı kəskin azalır. Mərtəbə-
nin qalınlığı 750 m-ə çatır. 
Bəyimdağ-Təkçay, Sitalçay və Şurabadda Hoteriv 
mərtəbəsi də eyni litofasiya ilə səciyyələnir. Gədisuda 
kəsilişdə gil və mergel təbəqələrinin sayı artır. Mərtəbənin 
qalınlığı Bəyimdağ-Təkçayda 500-800 m, Sitalçayda 800-
850 m, Gədisuda isə 900-1000 m təşkil edir. Qazıma 
prosesində Valanjin-Hoteriv kəsilişlərində qeyd olunan 
neft-
qaz təzahürləri buradakı terrigen və karbonatlı 
kollektorların perspektivliyinə dəlalət edir. 
Qalınlığı 100-1200 m olan Barrem-Alt Apt (Xalçay 
lay dəstəsi) əsasən karbonatlı gillərdən təşkil olunmuşdur. 
Bəyimdağ-Təkçay sahəsində Barrem mərtəbəsinin 
aşağı hissəsi gil, əhəngdaşı və mergellərin mövbələşməsin-
dən ibarətdir. Bu çöküntü kompleksindən neft axını 
alınmışdır. 
Üst Apt mərtəbəsinin (Xanagah lay dəstəsi) gilli-
mergelli çöküntüləri əksər hallarda Alt Aptın yuyulmuş 
səthi üzərində transqressiv yatır. Kəsilişdə əhəngli 
qumdaşıları da iştirak edir. Üst Aptın qalınlığı Keşçayda 
105 m, Təkçayda 10-25 m, Şurabadda 20-50 m-dir. 
Maksimal qalınlıq (270 m) Sitalçayda qeyd olunmuşdur. 
Alb mərtəbəsi çöküntüləri Aptın üzərində transqressiv 
yatır. Şurabad sahəsində alt və orta Alb (Altıağac lay dəstəsi) 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
210
mergel laycıqlı gillərdən ibarətdir. Qalınlığı antiklinalın 
şimal-şərq qanadında 100 m, cənub-qərb qanadında isə 30 
m-
ə qədərdir. Həmin sahədə Üst Albın (Küllülü lay dəstəsi) 
aşağı hissəsi qumlardan, üst hissəsi qum və qumdaşılarından 
təşkil olunmuşdur. Şurabad qalxımının şimal-şərq qanadında 
K
üllülü lay dəstəsinin qalınlığının 60 m olduğu halda
cənub-qərb qanadında tədricən pazlaşır. Cənub-qərb 
istiqamətdə qumdaşıları gillə əvəz olunur və Bəyimdağ-
Təkçayda artıq gilli dəstələrin qalınlığı 10-15 m-ə çatır. 
Təkçay sahəsində yuyulmadan alt və orta Albın bir hissəsi 
saxlanılmışdır. Albın ümumi qalınlığı burada 110 m təşkil 
edir. 
Sitalçay sahəsində qalxımın şimal-şərq qanadında 
Albın Altıağac lay dəstəsi dabanında brekçiyaşəkilli kon-
qlo
merat olan gillərdən ibarətdir. Qalınlıq 0-50 m arasında 
dəyişir. 
Beləliklə, Alt Tabaşirin əsas neftli-qazlı obyektləri qu-
yu məlumatlarına əsasən Berrias-Valanjin-Barrem stratiq-
ra
fik intervallarında yerləşən terrigen-karbonatlı (çatlı 
əhəngdaşı və mergellər) və Albın terrigen süxurları ilə 
əlaqədardır. Əlverişli geoloji şəraitdə mümkün neftli-qazlı 
horizontlar Kaynozoyun qalın gilli kompleksləri altında 
yatdığından əmələ gələn neft və qaz yığımları ayrı-ayrı 
sahələrdə axtarış obyektləri ola bilərlər.
Qeyd etmək lazımdır ki, Sitalçay-Ağburun-dəniz 
qurşağında Tabaşir dövründə Böyük Qafqazın Mərkəzi 
qalxımının cənub-şərq davamını təşkil edən və cənubdan 
Germiyan qırılması ilə hüdudlanan sualtı yüksəklik 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə