Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə60/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   56   57   58   59   60   61   62   63   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
219 
Zərdab sahəsində neft axınları Üst Tabaşirin karbonatlı 
və vulkanogen-çökmə süxurlarından alınmışdır. Zərdabdan 
Əmirarxa qədər uzanan yamacda qapalı struktur və çıxıntılar 
müəyyən edilməmişdir. Üst Tabaşirin yuyulmuş səthi 
üzərində qeyri-uyğun yatan Paleogenin gilləri ilə örtülmüş-
dür. Burada 
Tabaşir yaşlı karbonat və vulkanogen çöküntü-
lərdə stratiqrafık tip tələlərin əmələ gəlməsi güman olunur. 
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-şərq sentriklina-
lında 3500-5000 m dərinlikdə yatan Üst Tabaşir çöküntü-
ləri Şirinqum, Qərbi Şirinqum və İmişli struktur çıxıntı-
larında perspektivli sayılır. 
Yevlax-
Ağcabədi çökəkliyinin Gəncə NQR-də nisbə-
tən az dərinlikdə yatan Üst Tabaşirin karbonatlı-çatlı süxur-
ları ilə əlaqədar olan Sovetlər sahəsində su ilə birlikdə 18 
m
3
/gü
n hasilatla neftin alınması bu intervalla əlaqədar 
yüksək kollektorluq xassələrinə malik olan neftli obyekt-
lərin iştirak etdiyini göstərir. Qeyd olunan yamacda Üst 
Tabaşirin üst hissəsində karbonatlı, orta hissədə tufogen, alt 
hissədə isə vulkanogen süxurlar üstünlük təşkil edir. 
Ümumiyyətlə, Tabaşir üzrə Gəncə NQR-də proqnoz 
çıxarıla bilən resurslar hesablansa da, kəsilişin qalınlığı 
1000 m 
və axtarış-kəşfiyyat işləri üçün əlverişli yatma 
dərinliyi (4200 m-ə qədər) olan karbonatlı hissəsinin 
(Borsunlu, T
əzəkənd, Ziyadxan, Çaylı və b. strukturlar) 
perspektivliyi hələ də qiymətləndirilməmişdir.
Qazanbulaq sahəsində neftin alınması burada axtarış-
kəşfiyyat işlərinin davam etdirilməsinin səmərəli nəticələr 
verəcəyi inamını artırır. Bu qalxımla qonşu sahələrdə 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
220
yerləşən Çaylı, Ziyadxan qalxımlarında Üst Tabaşir çökün-
tüləri 600-700 m dərinlikdə yatır.
Kürdəmir-Saatlı gömülmüş qalxımlar zonasında Qara-
callı, Sorsor, Carlı, Şorsulu və s. sahələrdə qazılmış axtarış 
quyularında müsbət nəticə alınmamışdır. Yalnız Carlı 
sahəsində qazılmış 1, 3, 5 saylı quyularda Üst Tabaşir 
çöküntülərindən su-qaz təzahürləri alınmışdır. 
Bu tektonik zonanın əsas xüsusiyyətlərindən biri Pale-
ogen çökü
ntülərinin kəsilişdə iştirak etməməsidir. Burada 
Üst 
Tabaşirin karbonatlı-vulkanogen süxurları Miosen və 
ya Pliosen çöküntüləri ilə örtülmüşdür. Deməli, bu zonada 
Tabaşir çöküntüləri uzun müddət denudasiyaya məruz 
qalmışlar. Ona görə də burada Üst Tabaşir çöküntüləri 
neftli-
qazlı obyekt kimi hesab olunmur. 
Alt 
Tabaşir və Yura çöküntülərinin neft-qazlılıq pers-
pektivliyini qiymətləndirmək üçün hal-hazırda kifayət qədər 
geoloji məlumatların olmadığını qeyd etməklə yanaşı 
göstərmək lazımdır ki, onların kəsilişlərində vulkanogen-
çökmə süxurların üstünlük təşkil etməsi bu kompleksin az 
per
spektivli olması haqqında fikir söyləməyə imkan verir. 
Kür-
Qabırrı çaylararası NQR-də hövzənin dərin zona-
sında çöküntü qatının qalınlığı 13 km təşkil edir və həm 
uzununa, həm də eninə qırılmalarla ayrı-ayrı bloklara 
ayrılmışdır. Burada Mezozoy və Eosendən ibarət olan alt 
struktur mərtəbə, orta-üst Miosen, Pliosen və Dördüncü dövr 
çöküntülərindən təşkil olunmuş üst struktur mərtəbə qeyd 
olunur. Mezozoyun səthinə görə Mezozoy çöküntüləri lokal 
qalxımlar və struktur terraslarla mürəkkəbləşmiş monoklinal 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
221 
qur
uluşa malikdir. Mezozoyun səthi cənub-qərbdə 1000 m, 
şimal-şərqdə isə 5600 m dərinlikdə yatır. Dərinliyin belə 
dəyişməsi əmələ gələn karbohidrogenlərin şimal-şərqdən 
cənub-qərb istiqamətdə miqrasiya etməsinin göstəricisi kimi 
sayılmalıdır. 
Nisbətən kəskin qırışıqlığa məruz qalan sahələr şimal-
qərbdə (Cahandar, Məmmədtəpə) və cənub-şərqdə (Gür-
zün
dağ, Kiçik Palantökən) yerləşirlər. Üst Tabaşir çöküntü-
ləri maksimal qalınlıqda (980 m) Məmmədtəpə və Tərs-
dəllərdə açılmışdır. Kəsilişin üst hissəsi karbonatlı (300 m), 
orta hissəsi tufogen (490 m), alt hissəsi isə karbonatlı tufo-
genlərdən (açılmış qalınlığı 296 m-ə çatır) ibarətdir. Süxur-
lar az məsaməliyə və çox zəif keçiriciliyə malikdirlər. Ona 
görə də daha çox qırılma zonalarına üstünlük verilməlidir. 
Geokim
yəvi tədqiqatlar Üst Tabaşir çöküntülərinin 
çox da yüksək neft-qazlılıq potensialına malik olmamasını 
göstərir. Bu çöküntülər üzrə ilk balans neft ehtiyatları 45 
mln.t miqdarında qiymətləndirilir ki, bunun da 13 mln. 
tonunu çıxarıla bilən resurslar təşkil edir. Bunu nəzərə 
alaraq, böyük dərilikdə yatan Alt Tabaşir və Yura çöküntü-
ləri generasiya mənbəyi kimi qəbul edilə bilər. Belə olan 
halda vertikal miqrasiya nəticəsində Üst Tabaşirin karbo-
nat
lı-çatlı kollektorlarında sənaye əhəmiyyətli yataqların 
əmələ gəlməsi məntiqi görünür. 
Burada neft-
qaz yataqlarının əmələ gəlməsi üçün əlve-
rişli şərait şimal-qərbdə yerləşən Sacdağ-Dəmirtəpə, Udab-
no-
Cahandar, cənub-qərbdə isə Eldar-Gürzündağ-Tərsdəl-
lər qalxımlar zonasında mövcud olmuşdur. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
222
Axtarış-kəşfiyyat işləri əsasən Kür və Udabno-Göyçay 
qırılma zonalarına yönəlməlidir. Burada qalxımların qırılıb-
düşən qanadlarında tektonik ekranlaşmış tələlərin yaranması 
üçün şərait olduğunu nəzərə alaraq, Üst Tabaşirin Eosen və 
Maykopun singenetik neftli-
qazlı obyektləri ilə təmasda olan 
sahələr daha perspektivli sayılmalıdır. 
Talışqarşısı (Cəlilabad) mümkün NQR-də Talış dağ-
larının şimal-şərq kənarında yerləşən Tumarxanlı-Gərməli 
neftqaztoplanma zonasında Miosen çöküntülərindən təşkil 
olunmuş çox mürəkkəb tektonik quruluşa malik olan Tumar-
xanlı, Gərməli və Burovar silsiləsinin dağətəyi zonada yer-
l
əşən Boyxana antiklinalları yerləşirlər. Bu antiklinal struk-
tur
ların tağ hissələri uzununa və eninə qırılmalarla mürək-
k
əbləşmişlər. Eninə qırılmalarla bu neftqaztoplanma zonası 
Şirinsu, Şərəfxanlı, Gərməli, Novruzlu, Tumarxanlı, Cəlair 
v
ə Ağdaş sahələrinə ayrılmışlar. 
Bu sah
ələrdə çoxsaylı təbii neft-qaz çıxışları mövcud-
dur. Qazılmış bəzi struktur-xəritəalma və struktur-axtarış 
quyularında Maykop lay dəstəsi və Çokrak horizontunun 
qumlu-gilli çöküntül
ərilə əlaqədar olan sənaye əhəmiyyətli 
neft-
qaz axınları alınmışdır. Paleogen-Miosen çöküntü-
l
ərilə əlaqədar olan çoxsaylı neft-qaz əlamətləri və axınları, 
eyni zamanda bu çöküntül
ərin nisbətən az dərinliklərdə 
yerl
əşmələri onları orta dərəcədə perspektivli obyektlər 
kimi qiym
ətləndirməyə imkan verir.
Naxçıvan mümkün neftli-qazlı rayonunda neft-qazlılıq 
cəhətdən Mezozoy kəsilişində Trias və Üst Tabaşir 
çöküntüləri maraq doğurur. Bu çöküntülər üzrə şərti yanaca-
ğın proqnoz resursları hesablanmışdır. Bunlardan da 70%-ə 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
223 
qədəri neft resurslarıdır. 2-5 km dərinlikdə yatan Trias çö-
kün
tüləri Arazboyu - qərbdə Şərur, cənub-şərqdə isə Nehrəm 
arasında yerləşən Şaxtaxtı, Qıvraq, Xok, Böyükdüz, Püsyan 
və b. qalxımlar daha perspektivli sayılır. Bu çöküntülər üzrə 
karbohidrogenlərin ilk balans resursları 11 mln.t təşkil edir. 
Şimal-şərq istiqamətində Trias çöküntülərinin qalınlığının 
azalaraq pazlaşması, Yura və Miosen çöküntüləri ilə 
transqressiv uyğunsuzluqla örtülməsi litoloji və stratiqrafık 
tipli neft-
qaz yataqlarının əmələ gəlmə ehtimalını artırır. 
Böyükdüz sahəsində qazılmış quyularda Triasın öyrənilmiş 
qalınlığı 900 m-dən artıqdır. 
Naxçıvanda ümumi qalınlığı 800-2000 m-ə çatan Üst 
Tabaşirin Turon, Kampan və Maastrixt mərtəbələrinin 
çöküntüləri litofasiya və struktur-tektonik xüsusuyyətlərinə 
görə neft-qazlılıq cəhətcə daha çox maraq doğurur. Bu 
çöküntülərə görə hesablanmış ilk balans resursları 5 mln.t 
miqdarında qiymətləndirilir. 
Neft-
qaz əmələgəlmə zonasının maksimal dərinliyi 
Qazançı, Xanagah və Dəstə sahələrindən keçir. Culfa, 
Yayıcı, Dizə, Darıdağ və s. qalxımlarının bura yönəlmiş 
cənub-qərb qanadlarının perspektivliyi daha yüksək qiy-
mətləndirilir. Çünki Üst Tabaşir çöküntülərinin hövzənin 
kənarına doğru pazlaşan layları neft-qazın akkumulyasiyası 
üçün tələ rolu oynaya bilərlər. 
Hövzənin cənub-qərb hissəsinin yamacı da (Qahab-
Culfa xəttindən qərbə) perspektivli sayılır. Burada da Üst 
Tabaşir çöküntüləri hövzənin kənarlarına doğru pazlaşır. 
Bu yamacda yerləşən Çeşməbazar, Naxçıvan-2, Nehrəm, 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
224
Culfa-
1 və s. struktur çıxıntılarında stratiqrafik və litoloji 
tip tələlər neft-qaz yığımları üçün maraq doğurur. 
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisinin Mezo-
zoy üzrə hesablanmış C

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə