Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə63/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   59   60   61   62   63   64   65   66   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
231 
Burada Miosen çöküntüləri Pontun qalın (300-500 m) gil 
qatı ilə örtülmüşdür. Qazılmış quyular Maykopun litofasial 
xüsusiyyətlərinin şimal-şərq istiqamətdə yaxşılaşmasını 
göstərir. Çokrak horizontu isə litoloji cəhətdən zəif 
karbonatl
ı, adətən qumlu gillərdən və nazik qum laycıqla-
rından ibarətdir, qalınlığı 450-500 m-ə çatır. 
Tələbi qalxımının cənub-qərb qanadında Sarmatın qalın 
qumlu laylarından 12 saylı quyuda sınaq işləri aparılan 
zaman 4447-
4565 m intervalından neft axını alınmışdır. Bu 
fakt Tələbi-Qaynarca antiklinal zonasında qalxımların qanad 
hissələrində Sarmatın qumlu-alevritli süxurlarında neft-qaz 
yığımlarının göstəricisidir. 
Samur ətrafı zonada hal-hazırda Paleogen-Miosen 
komplek
si ilə əlaqədar neft-qaz yataqları aşkar olunmayıb. 
Bununla belə qonşu Cənubi Dağıstanda yerləşən Şərq və 
Qərb antiklinal zonalarında çatlı və kavernalı mergel və 
qum
lu əhəngdaşılardan təşkil olunmuş Eosen-Oliqosen 
yaşlı çöküntülərlə əlaqədar qaz yataqları (Xoşmənzil, Duz-
laq, Berikey, Selli 
və b.) istismar olunur. 
Yalama-
Xudat çıxıntısında yerləşən Xudat və Şirvan 
sahələri Paleogen-Miosen çöküntüləri ilə əlaqədar neft-qaz 
yataqlarının aşkar olunması baxımından daha böyük maraq 
kəsb edir. Xudat qalxımının tağ hissəsində Məhsuldar qatdan 
aşağıda Sarmat, Çokrak, Maykop, onlardan aşağıda isə Üst 
Tabaşir çöküntüləri yatır. Qazılmış axtarış quyuları burada 
tağdan qanada doğru Oliqosen-Miosen kəsilişinin qalınlıq-
larının artmasını göstərir. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
232
Samur ətrafı zonada stratiqrafik və litoloji tipli 
yataqlar 
Zeyxur çökəkliyinin Yalama-Xudat və Qusar-
Xaçmaz gömül
müş qalxımlarına keçid zonalarında aşkar 
oluna bilər. Geoloji-geofiziki məlumatlara əsasən Zeyxur 
çökəkliyinin Yalama-Xudat qalxımı ilə təmas zolağında 
A
lt Sarmatın gilli süxurları monoklinal yatan Torton yaşlı 
layların üzərini transqressiv və qeyri uyğun örtür, nəticədə 
Torton mərtəbəsi çöküntülərində stratiqrafik tələlərin 
əmələ gəlməsi üçün şərait yaranmışdır. 
Paleosen-
Eosen çöküntüləri neft-qazlılıq cəhətcə daha 
çox Qusar-
Xaçmaz çıxıntısının cənub-qərb yamacında bö-
yük maraq kəsb edir. Çünki, burada Quba-Dəvəçi çökək-
liyinin ən dərin hissəsindən karbohidrogenlərin miqrasiyası 
hesabına terrigen və karbonatlı kollektorlarda stratiqrafik 
tipli yataqlar əmələ gələ bilər. Siyəzən monoklinalında Alt 
Maykop
un kəsilişindəki qumlu-alevritli kollektorlarda 
sənaye əhəmiyyətli neft-qaz yataqlarının olmasını nəzərə 
alsaq, həmin kollektorların eyni hövzənin şimal-şərq 
yamacında da iştirak etməsini güman etmək olar. Burada 
Siyəzən monoklinalında olduğu kimi, çökəkliyin dərin his-
sələrindən flyüidlərin formasiya daxili miqrasiyası nəticəsin-
də lay tipli stratiqrafik və litoloji ekranlaşmış yataqlar əmələ 
gələ bilər. 
Çokrak və Karaqan dövrlərində karbohidrogenlərin 
əmələ gəlməsi üçün ən əlverişli paleocoğrafi şərait Yalama-
Xudat zonasının şimal-şərq və cənub-qərb hissələrində 
(Yalama və Şirvan sahələri) olmuşdur. Başqa sahələrdə bu 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
233 
vaxt ya kontinental şərait mövcud olmuş və yaxud da 
Çokrak-
Karaqan çöküntüləri yuyulmuşdur 
[
73, 74
]

Yalama və Şirvan sahələrində Çokrakın aşağı və orta 
hissələrində 200-225 m qalınlıqda zəif qumlu və karbonatlı 
gil qatı, ondan üstdə isə karbonatlı qum və qumdaşının 
növbələşməsindən ibarət olan dəstə yerləşir. Ayrı-ayrı qum 
dəstələrinin qalınlığı 2-4 m-ə çatır. Dəstənin qalınlığı 45-79 
m, qumlu layların ümumi qalınlığı isə 17-21 m təşkil edir. 
Çokrak horizontunun üst hissəsi (qalınlığı 50-66 m-dir) zəif 
karbonatlı gillədən ibarətdir. Onun tavanında 20-26 m, 
aşağı hissəsində isə 10-15 m qalınlığında ikinci qumlu dəstə 
ayrılır. Qumlu layların ümumi qalınlığı 15 m-ə qədər artır. 
Çokrakın ümumi qalınlığı burada 293-377 m təşkil edir. 
Karaqan dövründə də çöküntütoplanma şəraiti əlverişli 
olmuşdur. Kəsilişin aşağı hissəsində 60-70 m qalınlıqda 
qumlu gillərdən, xırda və orta dənəli, bəzən gilli qumlarla 
növbələşməsindən ibarət dəstə yatır. Qumlu təbəqələrin 
qalınlığı 4-6 m, qumlu layların ümumi qalınlığı isə 8-26 m 
təşkil edir. Kəsilişin orta hissəsində 50-60 m qalınlığında 
mergelli gillər qeyd olunur. Onun üstündə isə xırdadənəli 
qumların gillərlə növbələşməsindən ibarət olan qumlu dəstə 
yatır. Qumlu layların ümumi qalınlığı 13-23 m arasında 
dəyişir. Kəsiliş 14-25 m qalınlıqda gil dəstəsi ilə tamamlanır. 
Karaqan
ın ümumi qalınlığı 211-284 m təşkil edir. 
Çokrak və Karaqan çöküntülərinin litoloji tərkibi və 
geokimyəvi xüsusiyyətləri onlarda neft-qazın əmələgəlməsi 
üçün əlverişli şəraitin olmasını göstərir. Lakin Yalama sahə-
sində neft və qazın toplanması üçün qapalı tələ olmayıb. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
234
Burada Çokrakın tavanına görə qurulmuş struktur xəritədə 
az meylli 
hemiantiklinal ayrılır. Şirvan və İmamqulukənd 
sahələrində isə şimal-şərq istiqamətində 1,5-2° bucaq altında 
monoklinal layların yatması qeydə alınmışdır. Çokrak 
çöküntülərinin yatma şəraiti və kəsilişdə iştirak edən qumlu 
layların litoloji dəyişkənliyi bu çöküntülərdə yalnız lay tipli 
litoloji tələlərin intişar etməsinin mümkünlüyünü göstərir. 
Belə tələlərin mövcudluğu Yalama-Xudat çıxıntısının 
cənub-qərb yamacında-Şirvan sahəsində güman olunur. 
Yalama-
Xudat çıxıntısının cənub-qərb yamacında 
Karaqan h
orizontunun qumlu dəstələri layların qalxımı boyu 
A
lt Sarmatın gilli süxurları ilə qeyri-uyğun örtülür. Ona görə 
də burada litoloji-stratiqrafık tipli tələlərdə neft-qaz 
yataqlarının əmələ gəlməsi üçün şəraitin olmasını güman 
etmək olar. 
Sarmat çöküntülərinin yalnız alt hissəsi (Alt Sarmat) 
geokimyəvi xüsusiyyətlərinə görə neft törədici lay dəstəsi 
sayıla bilər. Yalama-Xudat və Qusar-Xaçmaz çıxıntılarında 
Sarmat üzrə struktur tələlərin olması, Meotis-Pont dövrlə-
rində onların yuyulması və MQ-nin pis çeşidlənmiş süxurları 
ilə örtülməsi burada Sarmat əsrində əmələ gələ bilən neft və 
qaz yataqlarının saxlanması üçün əlverişli şəraitin olmama-
sını göstərir. Ona görə də Sarmat laylarının perspektivliyi 
Qusar-
Xaçmaz qalxımının yalnız cənub-qərb qanadında, 
onlar
ın Meotis və Pontun gilləri ilə örtüldüyü zonada, 
stratiqrafik və litoloji tipli tələlərlə əlaqələndirilə bilər 
[
77, 
79, 103, 108, 110
]

Şamaxı-Qobustan NQR-də Paleogen-Miosen çöküntü-
lərinin neft-qazlılıq perspektivliyi kifayət qədər yüksək 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə