Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə59/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   55   56   57   58   59   60   61   62   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
215 
üçün əlverişli sayıla bilməz. Bu cəhətdən ancaq Alt Tabaşir 
və Yura süxurları maraq doğura bilər. 
Şəkil 81. Tabaşir üzrə karbohidrogenlərin kəşf olunmuş
(C
3
+D) resurslarının sıxlıqlar xəritəsi 
(Ə.M.Süleymanov, 
B.İ.Məhərrəmov)

Palçıq vulkanlarının sülb püskürmə məhsullarının 
məlumatına görə Abşeron yarımadasında cənub istiqamətdə 
Üst 
Tabaşir çöküntüləri neft-qazlılıq üçün daha münasib 
olan karbonat fasiyaya keçir. Lakin burada Mezozoyun səthi 
çox dərində (6-8 km və daha artıq) yatır.
Abşeron yarımadasında güman edilən neftli-qazlı 
obyektlər Alt Tabaşirin qalınlığı 80 m-ə çatan Alb (Küllülü) 
q
umdaşıları, Valanjin-Hoteriv intervalı kəsilişində qalınlığı 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
216
40 m olan gilli, alevritli və qumlu dəstə, Üst Tabaşirin 
(Senoman, Turon, Konyak) 40-
50 m qalınlığında qumlu-
alev
ritli kollektorlarla əlaqələndirilməlidir. Mezozoy üzrə ən 
perspektivli sahə Şorbulaq sayılmalıdır.
Şamaxı-Qobustan NQR-də onun şimal tektonik zona-
sında böyük həcmdə struktur-xəritəalma və struktur-axtarış 
quyularında intensiv neft-qaz təzahürləri müşahidə edilmə-
si
nə baxmayaraq indiyə qədər burada yataq aşkar edilmə-
mişdir. Buna baxmayaraq bu zona Yura (qumlu-alevritli 
Aalen və Bayos mərtəbələri, zoogen əhəndaşılı, qumdaşılı və 
alevritli Üst Yura), Alt Ta
başir çöküntüləri axtarış- kəşfiyyat 
işləri üçün perspektivli obyekt sayılır. Şimali Qobustanın 
cənub hissəsində Yura çöküntüləri 5-6 km dərinlikdə yatır. 
Üst 
Tabaşirin altında yatan Alt Tabaşir çöküntüləri qapalı 
qırışıqlar əmələ gətirir və neft-qaz yığımları üçün əməli 
əhəmiyyət daşıyarlar. Kəsilişdə Alb mərtəbəsinin Küllülü 
qumdaşıları, Barremin bir-birindən qalın (150-200 m) gil 
qatları ilə ayrılan və qalınlığı 40-50 m arasında dəyişən 
qumdaşı və alevrit layları daha çox maraq doğurur. 
Qeyd edək ki, Mərkəzi Qobustanın Şeytanud, Şərbət-
dağ, Şıxzəyirli və d. sahələrində Mezozoyun səthi geofiziki 
məlumatlara görə nisbətən az dərinlikdə yatır. Burada Ta-
ba
şir çöküntüləri terrigen və karbonatlı fasiya ilə səciy-
yələnirlər. 
Beləliklə, Şimali Qobustanın cənub hissəsində, Mər-
kəzi Qobustanın Mezozoy səthinin yer üzərinə yaxınlaşan 
sahələrdə Üst Tabaşir çöküntüləri axtarış-kəşfiyyat qaz-
ması üçün ilk növbəli obyekt sayılmalıdır. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
217 
Cənubi Qobustanda Üst Tabaşirin kəsilişində Seno-
man (çatlı-məsaməli qumdaşıları, alevrit və əhəngdaşıları), 
Turon-
Konyak (çatlı əhəngdaşıları) və Üst Kampan-Maas-
trixt (qumlu-
alevritli və çatlı əhəngdaşıları) neftli-qazlı dəs-
tələrə aid edilir. Lakin burada Mezozoy çöküntüləri 6-7 km 
və daha çox dərinlikdə yatır. 
Tabaşir və qismən Yura çöküntüləri Qızmeydan, 
Cənubi Hilmilli, Şahandağ və Qabandağ sahələrində daha 
çox maraq kəsb edir. Belə ki, Qızmeydan qalxımı ərazisin-
də çoxsaylı struktur-axtarış quyularında intensiv neft-qaz 
təzahürləri müşahidə edilmiş, bəzi quyularda isə Tabaşir 
çöküntülərindən 1,5-3,5 m
3
/gün hasilatla neft axımları 
alınmışdır. Burada Albın qumlu layları daha böyük maraq 
doğurur.
Kürkeçidağ, Şərqi Qabandağ, Zeynalabdin sahələrində 
iştirak edən Yura və Alt Tabaşirin (Valanjin, Hoteriv, Alb) 
qumlu-
alevritli, çatlı-karbonatlı kollektorları axtarış-
kəşfiyyat qazıması üçün əlverişli obyektlər ola bilər. Bəzi 
sahələrdə 100 m qalınlıqda Albın Küllülü qumdaşılarından 
intensiv neft-
qaz təzahürləri qeyd olunmuşdur. 
Mərkəzi və Cənubi Qobustan sərhədində Yavandağ-
Səngəçal qravitasiya maksimumunda yerləşən strukturlarda 
(Şeytanud, Şıxzəyirli və s.) Üst Tabaşir kəsilişinin çatlı 
əhəngdaşıları neft-qazlılıq cəhətdən daha çox maraq 
doğurur.
Ümumiyyətlə, Şamaxı-Qobustan rayonunda Tabaşirin 
kəsilişində böyük qalınlıqda qumlu-alevritli kollektorların, 
antiklinal tipli tələlərin iştirakı, intensiv neft-qaz təzahürləri 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
218
burada yerləşən qalxımların perspektivli olmasının 
göstəriciləridir. 
Respublika üzrə D
2
kateqoriyasının ən çoxu Şamaxı-
Qobustan rayonunun payına düşür. Bu rəqəm bütün Tabaşir 
resurslarının 40%-dən çoxunu təşkil edir. 
Yevlax-
Ağcabədi çökəkliyində qalınlığı 14 km-ə çatan 
çöküntü kompleksi 
toplanmışdır. Üzvi maddələrin karbohid-
rogen
lərə çevrilməsi üçün ən əlverişli şərait Üst Tabaşir və 
Paleogen-
Miosen dövrlərində olmuşdur. Bu vaxt neft və qazın 
toplanması üçün konsedimetasion inkişaf ilə səciyyələnən və 
lateral miqrasiya 
zamanı karbohidrogenlərin akkumulyasiyası 
üçün əlverişli qalxımlar formalaşmış, layların pazlaşma 
zonalarında isə stratiqrafık tip tələlər əmələ gəlmişdir. 
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb yamacında 
yerləşən qalxımlar və struktur çıxıntılar regional və lokal 
qırılmalarla mürəkkəbləşmişdir. Onlar karbohidrogenlərin 
dağılmasına, bəzi yerlərdə isə tektonik ekranlaşmış tələlə-
rin əmələ gəlməsinə səbəb olmuşdur. 
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq yamacı neft-
qazlılıq cəhətcə daha perspektivli sayılır. Burada yerləşən 
Muradxanlı qalxımında Üst Tabaşir (Santon) yaşlı vulkano-
gen çöküntülərin aşınmaya məruz qalmış üst hissəsində 
yaranan çatlı-məsaməli kollektorlarda neft-qaz yatağının 
varlığı karbohidrogenlərin çökəkliyin yamac və sentriklinal 
hissələrdə də varlığını ehtimal etməyə əsas verir. Muradxanlı 
zonasında Üst Tabaşirin D kateqoriyalı balans və çıxarıla 
bilən və (C
3
+D
1
+D
2

üzrə çıxarıla bilən neft resursları 
hesa
blanmışdır. 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə