Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə67/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   63   64   65   66   67   68   69   70   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
247 
Xırdalan, Qaraheybət, Güzdək, Korgöz-Qızıltəpə, Gülbaxt, 
Qaradağ və başqa sahələrdə sənaye əhəmiyyətli neft və qaz 
axımı alınıb. Göstərilən məlumatlar Abşeron yarımadasında 
sənaye əhəmiyyətli yataqların axtarışı üçün Üst Miosen 
(Diatom lay dəstəsi), Orta Miosen (Çokrak horizontu), 
Oliqosen-Alt Miosen (Ma
ykop lay dəstəsi) və Eosen 
(Qovunda
ğ lay dəstəsi) çöküntülərinin daha çox maraq 
doğurduqlarını təsdiq edir. 
Deyilənləri nəzərə almaqla, Abşeron NQR-da Miosen 
çöküntüləri üzrə neft və qaz yataqlarının axtarış və kəşfiyyatı 
perspektivliyini Qərbi Abşeronun sahələri və Abşeron 
ya
rımadasının cənub sahil zonası ilə əlaqələndirmək olar. 
Birinci halda Bibi-
Heybət, Lökbatan, Qaradağ strukturları 
və daha sonra Şonqardan keçərək şimal-qərbə doğru 
Sarınca-Gülbaxt və Güzdək muldasının şimal və şimal-şərq 
bortuna meyll
i olan Qaraheybət, Şabandağ və Atəşgah 
sahələri, ikinci halda isə Qaradağ-dəniz, Lökbatan-dəniz, 
Bibiheybət-dəniz və başqaları ilə təmsil olunan Cənubi 
Abşeron gömülmüş qalxımı və bu qalxım boyu şərqə Zirə 
sahəsinə qədər yerləşən qırışıqlar (Suraxanı, Qaraçuxur, 
Hovsan, Türkan, Dübəndi və b.) nəzərdə tutulur. Lakin 
nəzərə almaq lazımdır ki, Miosen kollektorlarında neft-qaz 
yataqlarının yerləşməsində struktur amillərlə yanaşı, litoloji 
amillər də əsas rol oynayırlar. 
Abşeron NQR-də Eosen çöküntülərinin kəsilişi onun 
şimal sahələrində (Binəqədi, Ziyilpiri, Qırməki, Kürdəxanı və 
b.) gilli litofasiyada açılmış və qazma prosesində heç bir neft-
qaz təzahürləri qeyd olunmayıb. Kompleks araşdırmaların 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
248
nəticələrinə görə bu çöküntülərin neft-qazlılıq perspektivliyi 
yarımadada yüksək qiymətləndirilmir. 
Aşağı Kür çökəkliyi Mezo-Kaynozoy zamanında inten-
siv çökməyə (çökmə süxurların qalınlığı 20 km-ə qədərdir) 
məruz qalaraq böyük qalınlığa malik çöküntü kompleksi 
top
lanmış və kəsilişdəki zəngin üzvi maddələrin karbohidro-
genlərə çevrilməsi üçün əlverişli geoloji şərait olmuşdur.
Çökəkliyin Şirvan və Muğan-Salyan sınklinallarında çox 
güman ki, 6-
8 km dərinliklərə gömülmüş Alt Pliosen-Paleo-
gen çöküntülərində əmələ gəlmiş karbohidrogenlər miqrasiya 
edərək, mövcud struktur və litostratiqrafik tipli tələlərdə 
toplana biliblər. Bu sinklinallarda böyük həcmdə çökmə 
materialların toplanmasına və onların tərkibində olan üzvi 
maddələrin karbohidrogenlərə çevrilməsinə əlverişli şəraitin 
olması ehtimal olunur. Perspektivlik cəhətdən konsedimen-
tasion inkişafa malik mövcud lokal antiklinal qalxımların 
gömülmüş hissələri ilə əlaqədar litoloji-stratiqrafik tələlər də 
maraq doğururlar. Bununla yanaşı, Kürovdağ, Babazənən, 
Mişovdağ, B. Hərami və K. Hərami kimi intensiv paleoinki-
şafa malik lokal qalxımların tağyanı hissələrində bu çöküntü-
lərdə yataqların mövcudluğu üçün əlverişli geoloji şəraitin 
olması gözlənilir. Bu baxımdan lokal qalxımların depres-
siyanın ən dərin hissələrinə tərəf yönəlmiş qanadları və 
periklinalları neft-qaz yığımları üçün daha əlverişli sayıla 
bilər. Aşağı Kür çökəkliyinin şimal-şərq bortu - Ələt tektonik 
zonasının cənub-qərb qanadı son zamanlar aparılmış seysmik 
kəşfiyyat profillərinə görə dik yatımlı monoklinal quruluşa 
malikdir. Bu istiqamətdə Paleogen-Miosen çöküntülərinin 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
249 
pazlaşması qeyd olunur. Ona görə də qonşu Nəvahi depres-
siyasının dərin hissəsindən neft və qazın miqrasiyası nəticə-
sində göstərilən zonada qeyri-antiklinal tipli (tektonik ekran-
laşmış, litoloji-stratiqrafik tipli) yataqların əmələgəlməsi 
mümkündür. Güman olunan yataqlar 6000-
7000 m dərin-
liklərdə nəzərdə tutulur. Bu halda tələlərdə qaz-neft və qaz-
kondensat yataqlarına daha çox üstünlük verilir. 
Paleogen-
Miosen çöküntülərinin pazlaşma zonaları 
seysmik kəşfiyyatın ÜDN üsulu ilə çökəkliyin cənub-qərb 
bortunda da (Kürd-
Sarxanbəyli-Şərqi Xəlfəli zonası) dəqiq-
ləşdirilmişdir. Paleogen-Miosen çöküntülərinin kəsilişinin 
geoloji quruluşu və neft-qazlılığı haqqında tam təsəvvür 
yaratmaq üçün bu zonada dəqiq seysmik kəşfiyyat işlərinin 
aparılması məqsədəuyğun olardı. 
Qeyd edildiyi kimi, Aşağı Kür çökəkliyinin cənub-qərb 
bortunda Şorsulu və Orta Muğan sahələrində qazılmış 
axtarış quyularında Pliosenin altında Miosen-Paleogenə aid 
vulkanik-
çökmə süxurlar açılmışdır. Tuflu qumdaşıları, por-
firit
lər, tuffitlər və bazaltlardan ibarət bu süxurların keçirici-
liyi zəifdir. Lakin bəzən (1 saylı Orta Muğan quyusu) bu 
göstəricilər yüksək (54-126 md) qiymətlərlə səciyyələnirlər. 
Kompleks araşdırmaların nəticələrinə görə, belə fikir söylə-
mək olar ki, Muğan tektonik zonasından ona qonşu Muğan-
Sa
lyan sinklinalına doğru Paleogen-Miosenin vulkanik və 
tufogen süxurları böyük qalınlığa malik terrigen və karbonat 
süxurlarla əvəz oluna bilər. Belə halda sinklinalın bort 
hissələrində litoloji-stratiqrafik tipli karbohidrogen yığımla-
rının varlığı (5 km-dən dərinlikdə) ehtimal olunur. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
250
Yevlax-
Ağcabədi çökəkliyi və Kür-Qabırrı çaylararası 
sahədə Paleogen-Miosen çöküntüləri əsas neftli-qazlı kom-
plekslərdən biri sayılır. Yevlax-Ağcabədi çökəkliyində 
Qazanbu
laq, Dəliməmmədli, Naftalan, Tərtər, Acıdərə kimi 
kiçik ölçülü neft yataqları uzun müddətli olmasalar da 
müəyyən müddətdə istismarda olmuşlar. Bu yataqlarda 
sənaye əhəmiyyətli neft əsasən Maykop seriyası və Eosenin 
foraminifer layları ilə əlaqədardır. 
70-
ci illərdə bu regionlarda neft yataqları Muradxanlı 
(Eosen, Maykop, Çokrak), Cəfərli (Eosen) və Tərsdəllər 
(Eosen) sahələrində aşkar edilmişdir. Son illərdə aparılmış 
tədqiqat işləri nəticəsində bu regionların və eləcə də ayrı-ayrı 
zonaların quruluşu dəqiqləşdirilmişdir.
Paleosenin Danimarka əsrində Kür-Qabırrı çaylararası 
rayonunda Qarayazı adlanan çökəkliyin mərkəzi hissəsində 
gillər və mergellər, kənar hissələrində isə gillər və mergel-
lərlə yanaşı qumlar və qumdaşıları da çökürlər. Çökəkliyin 
cənub-qərb bortunda yerləşən Məmmədtəpə sahəsində açıq-
boz rəngli qumlu gillərdən ibarət olan bu çöküntülərin 
qalınlığı 150 m-ə çatır. Çökəkliyin mərkəzi hissəsində isə 
gillər və mergellərdən ibarət olan Paleosen çöküntülərinin 
qalınlıqlarının 300-400 m-ə qədər artması güman edilir. 
Yevlax-
Ağcabədi çökəkliyində Paleosen çöküntüləri az 
qalınlığa malik mergel, əhəngli qumdaşı və əhəngdaşı layları 
olan gillərdən ibarətdir. Qalınlıqları çökəkliyin mərkəzi 
hissələrində 300-400 m-ə çatdığı güman edilir. Çökəkliyin 
cənub-qərb bortunun cənub-şərq hissəsində yerləşən 
Beyləqan sahəsində Paleogen çöküntüləri qalınlığı 190 m-ə 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə