Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə75/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   71   72   73   74   75   76   77   78   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
279 
yax
şı öyrənilmədiyindən bu çöküntülər üzrə neft-qazlılıq 
perspektivliyi haqqında tam fikir söyləmək çətinlik yaradır. 
Paleosen çöküntülərinin püskürmə materiallarından ibarət 
olması, onların oksidləşdirici mühitdə toplanması, üzvi alə-
min çox kasıb olması, kollektorluq xassələrinin zəif olması 
və başqa kriteriyalar göstərir ki, bu çöküntülərin perspektiv-
liyi çox zəifdir. Əsasən vulkanogen və tufogen süxurlardan 
təşkil olunmuş Alt Eosen çöküntüləri bölgənin böyük bir 
ərazisində perspektivsiz sayılır. 
Orta Eosenin 
kəsilişi litoloji xüsusiyyətlərinə görə (əsa-
sən çökmə süxurlardan ibarətdir) Şərəfxanlı-Tumarxanlı-
Gərməli-Ağdaş tektonik zonasında neftli-qazlı ola bilərlər. 
Orta Eosen 
süxurları kollektor xassələrinə görə (məsaməlik 
10-25%, keçiricilik 10-12x10
-15
m
2
) fərqlənirlər. Burada 
qalınlığı 4000 m-ə çatan Eosen çöküntüləri əsasən vulkano-
gen, vulkanogen-
çökmə süxurlardan təşkil olunmuşdur. Bu 
çöküntülərin vulkanogen litofasiyası şimal-şərq istiqamətin-
də Talışönü zonada terrigen-tufogen litofasiya ilə əvəz olu-
nur. Araşdırmalar göstərir ki, bu zona neftqaztoplanma zo-
nası kimi perspektivli ola bilər. Şərəfxanlı-Ağdaş tektonik 
zonasının lokal strukturlarının perspektivliyinin yüksək 
olma
sı güman edilir. 
Saatlı-Lənkəran MNQR-in Uzuntəpə sahəsində qazıl-
mış 3 saylı axtarış quyusunda Eosenin kollektorlarından 
(məsaməlik 10-30%, keçiricilik 112 md-ə qədər) neft-qaz 
təzahürləri qeyd olunub. Seysmik materiallara görə bu çö-
küntü
lərlə əlaqədar litoloji-stratiqrafik tələlər mövcuddur. 
Talışqarşısı (Cəlilabad) mümkün NQR-də Oliqosen-
Miosen (Maykop, Çokrak, Sarmat) çöküntülərinin neft-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
280
qazlılıq perspektivliyi əsasən Talışqarşısı zonanın qalxımları 
(Şərəfxanlı, Tumarxanlı, Gərməli, Cəlair, Boyxana, Ağdaş 
və b.) ilə əlaqədardır.
Maykop burada əsasən gilli fasiyadan ibarətdir. Lakin 
kəsilişdə qalın qumdaşı və alevrit laylarına da rast gəlinir. 
Zonanın şimal-qərbində kəsilişin alt hissəsində gilli və 
əhəngli qumdaşılarının qalınlığı 28 m-ə çatır. 
Bu laylardan Ağdaş sahəsində 11 saylı dərin kəşfiyyat 
quyusunda güclü neft-
qaz fontanı qeydə alınmışdır. Mayko-
pun üst hissəsi (210 m qalınlıqda) Şərəfxanlı-Ağdaş zonasın-
da qazıma ilə öyrənilmişdir. Nəzərə alsaq ki, bu tektonik 
zona
da Maykopun açılmayan alt hissəsi müəyyən qalınlığa 
malik 
qum, alevrit, qumdaşı, tuflu qumdaşılarından təşkil 
olunmuşdur, onda bu çöküntülər Tumarxanlı, Ağdaş, Cəlair 
və b. qalxımlarında perspektivli güman oluna bilərlər.
Uzuntəpə sahəsində qazıma prosesində Maykop lay 
dəstəsinin kəsilişində olan qumdaşı və alevrit laylarından 
zəif neft-qaz təzahürləri müşahidə olunmuşdur. Aparılan 
tədqiqatlara əsasən deyə bilərik ki, Maykop rezervuarları 
əlverişli geoloji şəraitlərdə neftli-qazlı ola bilərlər. 
Çokrak horizontunun qalınlığı Talışqarşısı (Cəlilabad) 
bölgəsinin Gərməli, Boyxana sahələrində 250-550 m olduğu 
halda, şimal-şimal-şərqdə Saatlı-Lənkəran bölgəsinin 
sahələrində (Uzuntəpə, Biləsuvar və b.) bu çöküntülər 
kəsilişdə iştirak etmirlər. Əsasən gilli litofasiya ilə təmsil 
olunan Çokrakın qumlu-alevritli kəsilişindən Cəlair sahəsin-
də təmiz neft fontanı (4 saylı quyu) qeyd olunmuşdur.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
281 
Neft-
qaz əlamətləri Miosenin Karaqan, Konk, Sarmat 
çöküntülərində də müşahidə olunmuşdur. Lakin Oliqosen-
Miosenin qumlu-
alevritli süxurlarının kollektor xassələri 
yüksək göstəricilərə malik olmadığından onların neft və 
qazla doyması da öz dəyişkənliyi ilə fərqlənir. 
Belə nəticəyə gəlmək olar ki, Saatlı-Lənkəran və Talış-
qarşısı (Cəlilabad) mümkün NQR-lərində Oliqosen-Miosen 
çöküntüləri əlverişli şəraitdə neftli-qazlı ola bilərlər. Bu 
çöküntülər litoloji cəhətdən kəskin dəyişkənliyə məruz qal-
dıqlarından güman olunan neft-qaz yığımları əsasən litoloji-
stratiqrafik tip tələlərlə əlaqədar olmalıdır.
Naxçıvan MNQR-in Paleogen-Miosen çöküntülərinin 
neft-
qazlılıq perspektivliyi haqqında demək olar ki, bu çökün-
tülər əsasən vulkanogen süxurlardan təşkil olunduğundan 
onun neft-
qazlılıq potensialını yüksək qiymətləndirmək ol-
maz. 
Lakin burada Eosen rezervuarları əlverişli şəraitdə 
neftli-
qazlı ola bilərlər. Rayonun Böyükdüz və Nehrəm sahə-
lərində qazılmış quyularda Eosenin açılmış qalınlığı 900 m-ə 
çatır. Kəsilişin alt hissəsi vulkanogen süxurlar, orta hissəsi 
çökmə süxurlar (əsasən terrigen) və üst hissəsi isə tufogen-
çökmə süxurlardan təşkil olunmuşdur. Qazıma prosesində bu 
çöküntülərdən neft-qaz təzahürləri qeyd olunmayıb. Lakin nə-
zərə alsaq ki, qonşu İran ərazisində bu çöküntülərdən sənaye 
əhəmiyyətli neft-qaz axınları alınıb, onda bu çöküntüləri 
(xüsusilə Orta Eosen) əlverişli geoloji-geokimyəvi şəraitə 
malik sahələrdə axtarış obyektləri kimi qəbul etmək olar. Belə 
sahələrdən biri Naxçıvan regional qırılmasından cənub-
qərbdə Əlincəçay-Naxçıvançay çaylararasındakı zona sayıla 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
282
bilər. Seysmik kəşfiyyat işləri nəticəsində Orta Eosenin 
kəsilişində qalınlığı 100 m-ə çatan kollektorların pazlaşma 
zonası (Çeşməbasar sahəsi) aşkar olunmuşdur. Bu litoloji-
stratiqrafik tipli tələlər karbohidrogenlərin akkumulyasiyası 
üçün əlverişli hesab oluna bilərlər. Naxçıvan mümkün NQR-
in ərazisində yayılmış Oliqosen-Miosen çöküntüləri, əsasən, 
tuflu brekçiyalar, tuflu konqlomeratlar, tuflu q
umdaşılarından 
ibarətdir. Ərazinin şimal-şərq və cənub-şərq hissələrində bu 
çöküntü
lərin yer üzərinə çıxması və ya kəsilişdə iştirak etmə-
məsi bu çöküntülərdə neft-qazəmələgəlmə şəraitinin əlverişli 
olma
dığını göstərir. Burada qazılmış çoxsaylı struktur-axtarış 
və kəşfiyyat quyularında bu çöküntülərdən neft-qaz təzahür-
ləri qeyd olunmayıb. 
Bel
əliklə, yuxarıda aparılmış tədqiqat işlərinin nəticələ-
rinin v
ə Azərbaycanın neftli-qazlı rayonlarında Kaynozoy 
eras
ında çöküntütoplanmanın paleotektonik, paleocoğrafi və 
paleostruktur şəraitlərinin kompleks şəkildə analizinə 
əsaslanaraq, Paleogen-Miosen çöküntülərində neft-qaz ya-
taq
larının güman olunan əmələgəlmə və formalaşma sahələ-
rinin x
əritələri tərtib olunmuşdur (şəkil 84, 85, 86, 87).


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
283 
Şəkil 84. Eosen çöküntülərinin KH yataqlarının güman 
olunan əlverişli əmələgəlmə şəraiti və formalaşma
sahələri (B. Məhərrəmov, B. Aslanov).
 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
284
 
Şəkil 85. Maykop çöküntülərinin KH yataqlarının güman 
olunan əlverişli əmələgəlmə şəraiti və formalaşma
sahələri (B. Məhərrəmov, B. Aslanov). 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə