Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə73/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   69   70   71   72   73   74   75   76   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
271 
Bu çök
üntülər ilə əlaqədar olan neft-qazlılıq əlamətləri 
Duzd
ağ sahəsində qazılmış quyularda qeydə alınmışdır. 
Sarmat mərtəbəsinin çöküntüləri Şirvanlı, Bərdə, 
Duzdağ sahələrində yaşımtıl-boz rəngli gillərin, müxtəlif 
rəngli qumdaşı araqatları ilə növbələşməsindən ibarətdir. 
Bərdə sahəsində qazılmış 1, 2, 3 saylı quyularda az qalınlıqlı, 
qumlu lay dəstəsindən götürülmüş süxur nümunələrində və 
qazma prosesində gilli məhlul üzərində neft-qaz əlamətləri 
müşahidə olunmuşdur. Bozdağ sahəsində qazılmış 
quyularda Sarmat mərtəbəsi çöküntülərində qumdaşıların 
neftliliyi, gillərin çatlarında neft əlamətləri müşahidə olunur. 
Bu zonada Orta Sarmat 
çöküntüləri kəsilişində qalınlıqları 
80-90 m-
ə çatan iki qumlu horizont mövcuddur. Bu qumlu 
horizontlardan 6 saylı quyuda qazla birlikdə 75-150 m
3
/gün 
su axınının alınması, qumdaşı laylarının kollektorluq 
xassələrinin kifayət qədər yüksək olduğunu göstərir. Bu isə 
göstərilən qumlu horizontların Yevlax-Ağcabədi çökək-
liyinin struktur-
tektonik cəhətdən daha münasib olduğu 
sahələrdə neftli-qazlı ola biləcəyini göstərir. 
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq bortunda orta 
və üst Miosenin Çokrak horizontu, Sarmat və Meotis 
mərtəbələri çöküntülərindən təşkil olunmuşlar. Qum, alevrit 
və mergel aratəbəqələrinə malik olan tünd-boz rəngli gillər-
dən ibarət olan bu çöküntülərin ümumi qalınlıqları 250-500 
m arasında dəyişilir. Burada neftlilik baxımından Çokrak 
horizontunun qumdaşı və mergellərdən ibarət olan az qalın-
lıqlı layları daha çox əhəmiyyət kəsb edir. Bunu Muradxanlı 
qalxımının tağ hissəsində qazılmış 18 saylı kəşfiyyat 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
272
quyusunda 2834-
2787 m intervalından perforasiyadan sonra 
4 mm ştuserlə 100-110 m
3
/gün hasilatla sənaye əhəmiyyətli 
neftin alınması təsdiq edir. Litofasial xüsusiyyətlərinin sabit-
liyi ilə fərqlənən Çokrak çöküntüləri Muradxanlı və onun 
qonşuluğunda yerləşən qalxımların tağ hissələrində qazılmış 
quyularda da neftli ola bilərlər. Çokrak çöküntülərinin 
regional neftli-
qazlı bir obyekt olması heç kəsdə şübhə 
doğurmur, lakin Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb 
bortunun batım hissələrində və Yevlax-Ağcabədi çökəkliyi-
nin şimal-şərq bortunda bu çöküntülərin qalınlıqlarının 100-
200 m arasında dəyişməsi və kəsilişdə qumdaşı və mergel 
araqatlarının az qalınlıqlı olması, onları mühüm neftli-qazlı 
obyektlər kimi qiymətləndirməyə imkan vermir. 
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Kür-
Qabırrı çaylararası rayonda və Yevlax-Ağcabədi çökəkliyin-
də neft-qazlılıq Paleogen-Miosen kompleksi kəsilişində əsas 
etibarı ilə Eosen, Maykop, qismən də Çokrak və Sarmat 
çöküntüləri ilə əlaqədardır. Göstərilən çöküntülərin 
karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli sayılan 
reduksiyaedici, zəif reduksiyaedici və neytral geokimyəvi 
şəraitdə toplandıqları göstərilmişdir. Bu çöküntülərin neft-
qazlılıq potensiallarını qiymətləndirmək üçün paleocoğrafi 
və geokimyəvi cəhətdən əlverişli şəraitdə toplanmış çökün-

lərin neftin, qazın generasiyası üçün lazım olan paleotek-
tonik və termodinamik şəraiti araşdırılmışdır. Çöküntülərin 
neft-
qazlılıq potensialını təyin etmək üçün yaranmış termo-
dinamik şəraitdən asılı olaraq üzvi maddələrin katagen 
dəyişkənliyi müəyyən edilmişdir. Neftin əsas generasiyası 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
273 
vitrinitin əks etdirici qabiliyyətinin (R
o
) 0,6-1,15, karbo-
hidrogenlərin maksimum generasiya temperaturunun 435-
465
o
C və ümumi istilik impulsu (
Σ
τ) 60-260 intervallarında 
baş verir. Ümumi istilik impulsu 
Σ
τ =70-85 arasında olanda 
neft generasiyasının əsas fazası, 170-210 arasında olduqda 
isə karbohidrogenlərin maksimum miqrasiyası başlanır və 
Σ
τ= 380-400 olduqda proses başa çatır. İstilik impulsları daha 
yüksək 
Σ
τ =550-650 olduqda isə qaz karbohidrogenlərinin 
generasiyası baş verir. 
Kür-
Qabırrı çaylararası rayonda Paleogen-Miosen çö-
kün
tülərində neftin və qazın generasiya prosesləri göstərilən 
meyarlar əsasında bir sıra kəşfiyyat sahələrində öyrənilmiş-
dir. Gürzündağ, Qərbi Gürzündağ, Tərsdəllər, Molladağ, 
Ağdərə, Böyük Palantökən sahələrində Orta Eosen çöküntü-
lərində T
max
400-446°C, R°-0,51-0,70 ara
sında Üst Eosen 
çöküntülərində isə, T
max
425-453°C, R°-0,43-
0,78 arasında, 
ümumi istilik impul
sunun τ =60-80 arasında dəyişməsi gös-
tərilən sahələrdə orta və üst Eosen çöküntülərinin neftin əsas 
generasiya zonalarında yerləşdiyini göstərir. Adları çəkilən 
parametrlərin qiymətlərinin şimal-şərq istiqamətində mütə-
ma
di olaraq artması, əsas neftəmələgəlmə prosesinin Kür-
Qabırrı çaylararası rayonun şimal-şərq hissəsində, yəni 
Eosen çöküntülərinin böyük dərinliklərə gömüldükləri və 
da
ha çox qalınlıqlara malik olduqları sahələrdə daha tez baş-
la
dığını göstərir. Çöküntü toplanmanın sürətindən asılı ola-
raq, bu proses müxtəlif sahələrdə, müxtəlif geoloji dövrlərdə 
başlanmış və sona çatmışdır. Məsələn, Gürzündağ sahəsində 
Alt Eosen çöküntü
ləri Üst Pliosen dövründə (
Σ
τ =80), Orta 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
274
Eosen 
çöküntüləri isə Antropogen dövründə (
Σ
τ =65) əsas 
neftəmələgəlmə zonasına (ƏNZ) daxil olmuşlar. Tərsdəllər 
sahəsində isə Alt Eosen çöküntüləri ümumi istilik impulsu-
nun 
Σ
τ =115 olduğu üçün daha tez, yəni Orta Pliosendə 
başlanmışdır. Məmmədtəpə sahəsində isə ümumi istilik 
impulsu çox az (
Σ
τ=30) olduğu üçün Eosen çöküntüləri əsas 
neftəmələgəlmə zonasına daxil ola bilməyiblər. 
Maykop lay dəstəsi çöküntülərinin neftəmələgətirmə 
xüsusiyyətləri Kür-Qabırrı çaylararası rayonun yalnız Tərs-
dəllər, Ağtəpə və Böyük Palantökən sahələrində öyrənil-
mişlər. Bu sahələrdə vitrinitin əksetdirmə qabiliyyətinin 0,4-
0,45 arasında, maksimal generasiya temperaturalarının 419-
425°C arasında olması, Maykop çöküntülərinin göstərilən 
sahələrdə neftin generasiyasının əsas fazasına hələ də daxil 
olmadığını göstərir. Maykop və Miosen çöküntülərinin Kür-
Qabırrı çaylararası rayonu ərazisində neftli olmaması, bu 
çöküntülərin əsas neftəmələgəlmə zonasına daxil olmadıq-
ları ilə izah oluna bilər. Çatma antiklinoriumunun şimal-şərq 
q
anadında Maykop və Miosen çöküntülərində qeyd edilən 
neftlilik əlamətləri isə, şimal-şərqdə Gürcüstan Respublikası 
ərazisində yerləşən Mirzaani çökəkliyində göstərilən çökün-

lərin əsas neftəmələgəlmə zonasında yerləşdiyini və gene-
rasiya olunan karb
ohidrogenlərin Çatma zonası istiqamətinə 
miqrasiya etdiyini göstərir. 
Yevlax-
Ağcabədi çökəkliyində üzvi karbonun (C
üzv

miqdarının Paleosen çöküntülərində 0,06-0,25%, Eosen çö-
küntülərində 0,14-1,42%, Maykop çöküntülərində 0,16-



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə