Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə74/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   70   71   72   73   74   75   76   77   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
275 
1,53%, Miosen çöküntülərində 0,18-1,37% arasında dəyiş-
məsi, Paleosen çöküntüləri istisna olmaqla, bu çöküntülər 
üzvi maddələrin zənginliyinə görə bir-birinə yaxın olmuşlar. 
Bu maddələrin faizlə miqdarının eyni yaşlı çöküntülərdə 
əhəmiyyətli dərəcədə dəyişməsi, çöküntütoplanma prosesi-
nin hövzənin müxtəlif sahələrində paleocoğrafi şəraitinin 
dəyişkənliyi ilə əlaqədardır.
Yevlax-
Ağcabədi çökəkliyi daxilində ümumi istilik 
impulsunun 
Σ
τ-nin Eosen çöküntüləri üzrə 70-110 arasında, 
Maykop çöküntüləri üzrə 30-80 arasında dəyişilməsi, bu 
çöküntülərin əsas neftəmələgəlmə zonasında olduqlarını 
göstərir. Eosen çöküntüləri üzrə ümumi istilik impulsunun 
100-
dən atıq olduğu Naftalan, Tərtər, Şirvanlı, Güllücə, 
Zərdab sahələrində və çökəkliyin daha çox gömülmüş 
mərkəzi hissələrində karbohidrogenlərin generasiyası daha 
erkən başlanmış və daha intensiv şəkildə getmişdir.
Maykop çöküntülərində ümumi istilik impulsunun 
Eosen çöküntülərinə nisbətən az olması, bu çöküntü kom-
plek
sinin neftəmələgətirmə potensialının az olmasına gətirib 
çıxarır. Belə ki, 
Σ
τ-nin yalnız 70-80 vahidi arasında yerləşən 
ərazidə Maykop lay dəstəsi çöküntüləri əsas neftəmələgəlmə 
zonasında olmuşdur. Bu zona çökəkliyin mərkəzi hissəsini, 
onun cənub-qərb bortunda yerləşən Naftalan, Tərtər, 
Güllücə, Ağcabədi, Ağgöl sahələrini, şimal-şərq bortunda 
isə Zərdab, Muradxanlı sahələrini əhatə edir. 
Generasiya olunmuş karbohidrogenlər çökəkliyin mər-
kəzi hissələrindən kənar hissələrinə doğru miqrasiya etmiş-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
276
lər. Bu miqrasiya istiqamətində yerləşən antiklinal struktur-
lar, Paleogen-
Miosen vaxtı konsedimentasion inkişafda 
olduqlarından, karbohidrogenlərin toplanması üçün struktur 
tələlər olmuşlar. Struktur tələlərdən başqa Orta Eosenin 
kollektorlarının pazlaşma zonalarında mövcud litostra-
tiqrafik tələlərdə də karbohidrogen yataqlarının yaranması 
üçün əlverişli litostratiqrafik və struktur-tektonik şərait 
mövcud olmuşdur. Çökəkliyin şimal-şərq bortunda Maykop 
lay dəstəsi çöküntülərinin əsas etibarilə gilli fasiyada olma-
ları, bu nefttörədici ana süxurları, perspektivli bir obyekt 
kimi 
qiymətləndirməyə imkan vermir. Muradxanlı-Zərdab 
zonasında Maykopun alt hissəsində olan az qalınlıqlı alevrit 
laylarının neftliliyi nisbətən geniş bir sahəni əhatə etsə də, 
böyük potensiala malik deyildir. 
Çökəkliyin cənub-qərb bortunda Kiçik Qafqazın yu-
yul
ma zonalarından gətirilən qumlu çöküntülər hesabına 
Maykop lay dəstəsi kəsilişində kollektor laylarının sayı və 
qalınlıqları xeyli artır. Burada Paleotərtər, Paleokürəkçay, 
Paleoqarqarçay və bir sıra kiçik çayların delta zonalarında 
yayılmış qumları Qazanbulaq, Acıdərə, Tərtər, Naftalan 
sahələrində sənaye əhəmiyyətli neft yataqları əmələ gətir-
mişlər. Bu neft yataqlarında Maykop lay dəstəsinin neftli 
horizontlarının kollektor xüsusiyyətlərinin yüksək olmaması 
üzündən yataqların əksəriyyəti hal-hazırda konservasi-
yadadırlar. Göstərilən neft yataqlarında, eləcə də onların 
qonşuluğunda olan kəşfiyyat sahələrində Maykop lay dəstəsi 
çöküntülərinin qumluluğu strukturların şimal-şərq qanadla-
rında daha yüksək dərəcədədir. Bu hal isə şimal-qərbdən 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
277 
cənub-şərqə istiqamətlənmiş dəniz axınlarının fəaliyyəti ilə 
izah oluna bilər. Cənub-şərq istiqamətində dəniz dibi 
axınların zəifləməsi, eləcə də Kiçik Qafqazdan axan çayların 
fəaliyyətinin çökəkliyin cənub-qərb bortunun cənub-şərq 
hissəsində zəifləməsi nəticəsində Maykop lay dəstəsi 
çöküntülərinin qumluluq dərəcəsi və onunla əlaqədar olaraq 
neftlilik perspektivliyi azalır. 
Acınohur neftli-qazlı rayonun Paleogen-Miosen çökün-

lərinin perspektivliyini əsaslandırmaq üçün, bu rayon 
ərazisində aparılan geoloji-geofiziki işlər nəticəsində alınan 
məlumatlar kifayət deyildir. Məlum olduğu kimi, Acınohur 
çökəkliyində böyük qalınlığa malik olan Dördüncü dövr və 
Pliosen çöküntüləri toplanmışdır. Daha qədim çöküntülər isə 
yalnız, çökəkliyin cənub-şərqində Girdiman çayının sağ 
sahilində yer səthinə çıxırlar. Paleogen-Miosen çöküntüləri 
bu rayonda parametrik quyularla da öyrənilməmişdir. Belə 
olan halda, Acınohur çökəkliyində Paleogen-Miosen çökün-
tülərinin neft-qazlılıq perspektivliyini, rayonun geoloji 
quruluşunu qonşuluqda yerləşən Kür-Qabırrı və Qabırrı-
Alazan çaylararası rayonların geoloji quruluşları ilə müqa-
yisə yolu ilə qiymətləndirmək olar. 
Məlum olduğu kimi, Acınohur neftli-qazlı rayonu geo-
tektonik cəhətdən Böyük Qafqazın cənub yamacından Kür 
çökəkliyinin şimal bortuna keçid zonasında yerləşir. Alazan 
çayının meridional istiqamətində olan aşağı axınından şimal-
qərbdə Acınohur çökəkliyi Şərqi Gürcüstanın Mirzaani 
çökəkliyi ilə əlaqələnir. Mirzaani çökəkliyi şimal-şərqdən 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
278
Kaxetiya-
Daşyüz antiklinoriumu ilə Alazan-Əyriçay çökək-
liyin
dən, cənub-şərqdə isə Çatma-Göyçay antiklinoriumu ilə 
Ceyrançöl çökəkliyindən ayrılır. Mirzaani çökəkliyində 
Mirzaani, Patara-
Şiraki, Qaribani neft yataqları istismar 
olunurlar ki, bunlarda da əsas neftli horizontlar Şirak lay 
dəstəsinə və Üst Sarmat yarımmərtəbəsinə aiddirlər. 
Çökəkliyin cənub-qərb bortunda Çatma antiklinoriumunun 
şimal-şərq qanadında Maykop lay dəstəsi və orta-üst Miosen 
yaşlı çöküntülərlə əlaqədar olan çoxsaylı neft-qaz çıxışları 
və Gürcüstan ərazisində yerləşən Çatma-Bayda rayonunda 
16 saylı quyuda Sarmat mərtəbəsinin üst horizontlarından 
alınan 200 t/gün hasilatlı neft axını Paleogen-Miosen 
çöküntülərinin neft-qazlılıq perspektivliklərini göstərir. 
Acınohur rayonunda Paleogen-Miosen çöküntüləri bö-
yük dərinliklərdə yatdıqları üçün, onlarla əlaqədar olan neft-
qazlılıq əlamətləri qeydə alınmayıb. Lakin, bu çöküntülərin 
neft və qazın generasiyası üçün əlverişli paleotektonik və 
paleocoğrafi şəraitdə əmələ gəlmələri və onların böyük 
qalınlıqlı Pliosen-Antropogen çöküntü qatı ilə örtülmələri, 
bu çöküntülərin perspektivli olduğunu deməyə imkan verir. 
Bu imkan isə çökəkliyin şimal-qərb hissəsində və cənub-
qərb bortunda Paleogen-Miosen çöküntülərinin qumlu-gilli 
litofasiyada yayıldığı sahələrdə daha çoxdur. Bu cəhətdən 
Mingəçevir su anbarının şimalında yerləşən Qərbi, Mərkəzi 
və Şərqi Qocəşən antiklinallarını göstərmək olar. 
Saatlı-Lənkəran və Talışqarşısı (Cəlilabad) mümkün 
NQR-
lərində Paleogen-Miosen çöküntülərinin litofasial və 
struktur-
tektonik xüsusiyyətləri qazıma ilə kifayət qədər 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə