Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə64/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   60   61   62   63   64   65   66   67   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
235 
qiymətləndirilir 
[
61, 62, 96
]
. Şimali Qobustanın cənub-şərq 
hissələrində Paleosenin Danimarka mərtəbəsi kəsilişində pis 
çeşidlənmiş qumdaşıları və gilli alevritlər fərqlənirlər. 
Qumdaşı laylarının qalınlığı 10 m-ə çatır. Bu süxurlardan 
qazma prosesində neft-qaz təzahürləri qeyd olunmuşdur. 
Paleogen-
Miosen çöküntülərinin qalınlığı cənub və 
cənub-qərb istiqamətdə artır. Belə perspektivli zonalar 
sırasına Nabur-Cəngiçay antiklinal zonasını daxil etmək 
olar. Sakit geoloji quruluşa malik bu zonada terrigen-
karbonatlı kollektorların neftli-qazlı olması üçün əlverişli 
geoloji şərait olmuşdur. 
Aparılmış axtarış-kəşfiyyat işlərinin təhlili göstərir ki, 
rayonun mərkəzi hissəsində (Mərkəzi Qobustanda) Eosen, 
Oliqosen və Miosen çöküntülərinin kəsilişində az qalınlıqlı 
(0,5-1,0 m) qumlu-
alevritli təbəqəciklər iştirak edir və 
qazma prosesində onlarla əlaqədar neft-qaz təzahürləri qeyd 
edilmişdir. Lakin qumlu-alevritli təbəqəciklər sahə boyu və 
dərinlik üzrə qeyri-bərabər yayıldığına görə yataq aşkar 
edilməmişdir. Bununla belə, qumlu təbəqəciklərin qalınlığı-
nın artdığı və litofiziki xassələrinin yaxşılaşdığı sahələrdə 
(zonanın cənub hissəsində) onlar müəyyən maraq doğurur.
Paleogen-
Miosen çöküntü kompleksinin kəsilişində əl-
ve
rişli neft-qaz kollektorlarının iştirakı baxımından Cənubi 
Qobustan ərazisi xüsusi əhəmiyyət daşıyır. Cənubi Qobus-
tanın şimal sahələrində Orta Eosenin kəsilişində qalınlığı 25-
30 m olan qumlu-gilli qatlar neft-
qazlılıq cəhətdən diqqəti 
cəlb edirlər. Üst Eosen əsasən gilli fasiya ilə təmsil olunur. 
Mərkəzi Qobustanın cənub hissələrində (Boyanata, 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
236
Bayquşdağ və b. sahələr) 20-25 m-lik gilli-qumlu laylar 
perspektivli ola bilər.
Yüksək tutumlu neft-qaz kollektorları Cənub-Qərbi 
Qobustanda, Maykop və Çokrak çöküntülərinin kəsilişlərin-
də müəyyən edilmişdir. Bu zonada Üst Maykopun kəsi-
lişində müxtəlif dənəli və qalınlıqlı qum və qumdaşı layları 
iştirak edir. Qumlu layların qalınlığı şimaldan-cənuba doğru 
2,0-2,5 m-
ə, bəzən 8-10 m-ə (Çeyildağ, Umbakı, Hacıvəli) 
çatır. Qumlu laylar kəsilişin müxtəlif intervallarında 
cəmləşərək, qalınlığı 20-50 m arasında dəyişən, qumlu-
alevritli dəstələr (horizontlar) əmələ gətirirlər. Zonanın 
mərkəzi hissəsində Üst Maykopun kəsilişində 6 belə dəstə 
(mədən bölgüsü ilə Ia, II, III, IV, V, VI horizontlar) ayrılır 
və onlar biri-birindən qalın (15-20 m-dən 45-50 m-ə qədər) 
gil araqatları ilə ayrılırlar. 
Umbakı sahəsində qeyd olunan horizontların hamısı, bu 
ya digər dərəcədə, neftli-qazlıdırlar. Qazma ilə yaxşı 
öyrənilməsi və məhsuldarlığına görə III horizont seçilir. 
Qalınlığı 50-60 m-ə çatan bu horizont lay dəstəsinin tavanın-
dan 180-
200 m aşağıda, təxminən 1400-1800 m dərinlikdə 
yatır. Horizontun kəsilişində iştirak edən qumlu layların 
ümumi 
məsaməliyi 15-36%, orta məsaməliyi 20%, effektiv 
məsaməliyi orta hesabla 6%, keçiriciliyi isə orta hesabla 
245x10
-3
mkm
2
-
dir. Maykopun III horizontunun Şərqi 
Hac
ıvəli sahəsində də sənaye neftliliyi müəyyən edilmişdir. 
CQ Qobustanda qalınlığı 400-500 m olan Çokrak 
horizontunun yuxarı hissəsində onun tavanından 110-160 m 
aşağıda, qalınlığı 50-55 m-ə çatan qumlu-alevritli dəstə (I 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
237 
horizont) yatır. Horizontun kəsilişində iştirak edən qumlu 
layların ümumi məsaməliyi 19%, effektiv məsaməliyi 6,6%, 
keçiriciliyi 235x10
-3
mkm
2
-dir.
CQ Qobustanda qumlu-
gilli litofasiyada yayılan Sarmat 
çöküntüləri arasında tez-tez qum və qumdaşı təbəqəciklərinə 
rast g
əlinir. Onların qalınlığı sahə üzrə şimaldan-cənuba-
cənub-şərqə, dərinlik üzrə isə aşağıdan yuxarıya doğru artır. 
Qumlu təbəqəciklərin qalınlığı kəsilişin aşağısında 0,2-0,5 m, 
orta hissəsində 0,5-1,0 m, yuxarısında 1,5-2,0 m-ə qədər artır. 
Ümumi məsaməliyi 15-20%, keçiriciliyi (51-71)x10
-3
mkm
2
arasında dəyişir. 
Altda yatan stratiqrafik vahidlər kimi, Sarmat çöküntü-
lərinin də litofasial tərkibi və kollektorluq xüsusiyyətləri 
cənub-şərq istiqamətdə yaxşılaşır. CQ Qobustanın Əzani-
Qlıc antiklinalının cənub-şərq periklinalında (Qlıc sahəsin-
də) qazılmış axtarış quyularının məlumatlarına görə, burada 
qalın Pliosen qatı altında açılmış Sarmat çöküntülərinin 
kəsilişində böyük bucaq altında yatan və görünən qalınlığı 
65-75 m olan qumlu-
gilli horizontlar ayrılır. Burada qumlu 
layların görünən qalınlığı 10-12 m-ə çatır, və onlardan 
sənaye əhəmiyyətli qaz və neft axımları alınmışdır. 
Müəyyən edilmişdir ki, CQ Qobustanın en istiqamətli 
Paleogen-
Miosen qalxım zonaları (Gicəkiaxtarma-Süley-
manaxtarma, Sündü-
Çeyildağ, Girdə-Güngörməz-Umbakı 
və Şəkixan-Ərzani-Qlıc)
qanunauyğun surətdə cənub-şərq 
istiqamətdə, Ceyrankeçməz depressiyasına doğru dərinliyə 
gömülür və burada onların müxtəlif dərəcədə aşınmış 
səthləri qalın (3,5 km-ə qədər) Pliosen qatı ilə örtülmüşlər. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
238
Pliosen çöküntüləri litofasial xüsusiyyətlərinə görə altda 
yatan Miosen çöküntülərindəki neft yataqları üçün qeyri-
keçirici örtük rolu oynaya bilər. 
Şamaxı-Qobustan NQR-nin Paleogen-Miosen çöküntü-
lərində karbohidrogenlərin əmələgəlməsi və onların yığılıb 
saxlanılması üçün münasib paleotektonik və geokimyəvi 
şərait cənub-şərq istiqamətdə - Orta Xəzər çökəkliyinə doğru 
yaxşılaşır. Bundan başqa Oliqosen-Miosen çöküntülərinin 
kəsilişində iştirak edən məhsuldar horizontların kollektorluq 
xassələri də həmin istiqamətdə yaxşılaşır, neft-qazlılıq 
mərhələsi artır, qazla doyma əmsalı çoxalır 
[
61, 62
]

Qeyd edilən faktlar onu deməyə əsas verir ki, Ceyran-
keçməz depressiyasında və qonşu ərazilərdə Üst Maykop, 
Ç
okrak və Sarmat çöküntüləri daha yaxşı süzmə xassələrinə 
və həcm tutumuna malik olacaqdır. Bu çöküntülərin yüksək 
perspektivliyini sübut edən bir sıra amillər vardır. Birinci 
amil, regionda palçıq vulkanlarının geniş yayılmasıdır. 
Dəvəlidağ, Kənizədağ, Duvannı (Ceyrankeçməz depres-
siyası), Daşgil (Ələt zonası), Xərə-Zirə (Bakı arxipelaqı 
palçıq vulkanlarının püskürdüyü bərk məhsulların arasında 
Maykop və Çokrak yaşlı neft hopmuş və qaz iyi verən 
qumdaşılarına rast gəlinir. Qumdaşılarının tərkibində kvars 
mi
neralının miqdarı 45-90% arasında dəyişir. 
İkinci amil, singenetik neftli-qazlı Miosen-Paleosen 
çöküntülərinin Ceyrankeçməz depressiyası və qonşu zona-
larda dərin axtarış quyularında açılması və onlarda Oliqosen-
Miosen çöküntüləri ilə əlaqədar sənaye əhəmiyyətli neft-qaz 
axımlarının alınmasıdır.



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə