Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə62/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   58   59   60   61   62   63   64   65   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
227 
Qusar-
Dəvəçi NQR-də neftli-qazlı yataqların və onla-
rın toplandığı əlverişli tələlərin əmələ gəlməsi bilavasitə 
regionun geoloji inkişaf tarixi və bundan asılı olaraq 
yaranan əlverişli qırışıqların varlığı və çöküntülərin litofa-
sial dəyişkənliyi ilə əlaqədardır.
Şəkil 83. Paleogen-Miosen çöküntülərinin
perspektivlik xəritəsi 
(Ə.M.Süleymanov, B.İ.Məhərrəmov)

Paleosen-
Eosen dövründə Yalama-Xudat sahəsində və 
Zeyxur çökəkliyində çöküntü toplandığı halda, Qusar-Xaç-
maz zonasında quru sahəsi yerləşmişdir. Burada Orta Yuranın 
üzərini Miosen çöküntüləri qeyri-uyğun örtürlər, kəsilişdə 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
228
Tabaşir və Paleogen çöküntüləri iştirak etmirlər. Quba-Dəvəçi 
zonas
ında Qusar-Dəvəçi NQR-in başqa tektonik zonalarından 
fərqli olaraq, Mezozoy və Paleogen-Neogen çöküntülərinin 
kəsilişdə tam iştirakı güman olunur.
Paleogen-Miosen çökün-

lərinin yerüstü çıxışları, qazılmış quyulardan qaldırılmış 
süxur nümunələri bu kompleksin daxilində karbohidrogen-
lərin əmələ gəlməsi və toplanması üçün əlverişli stratiqrafık 
vahidləri ayırmağa imkan vermişdir. 
Qusar-
Dəvəçi NQR-də Paleogen-Miosen dövründə 
top
lanmış 4000-5000 m qalınlığında çöküntü qatının lito-
fasial xüsusiyyətləri, çökmə şəraiti, üzvi qalıqların miqdarı 
və onların karbohidrogenlərə çevrilmə dərəcəsinə görə bu 
çöküntülərin kəsilişində aşağıdakı neftli-qazlı litoloji-
stratiqrafi
k kompleksləri ayırmaq olar:
1. 
Paleoseninin karbonatlı süxurları; 
2. 
Eosenin (xüsusən Orta Eosenin) qumlu-alevritli 
l
ayları; 
3. Oliqosen-Alt Miosenin qumlu-
alevritli çöküntüləri; 
4. Orta Miosen
in (Çokrak və Karaqan horizontları) 
qumlu təbəqələri; 
5. Üst Miosen
in (Sarmat lay dəstəsi) qumdaşı və qumlu 
təbəqələri. 
Bu stratiqrafik vahidlərin çöküntüləri Paleogen-Miosen 
dövrü
ndə Qusar-Xaçmaz qalxımı ilə ayrılan körfəz şəkilli 
hövzələrdə toplanmışdır. 
Tektonik sxemlərdə eyni adla ayrılan çökəkliyə uyğun 
gələn Quba-Dəvəçi zonasında stratiqrafık və litoloji tipli neft 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
229 
və qaz yataqların əmələ gəlməsi üçün əlverişli struktur-
tekton
ik şərait aşağıdakı sahələrdə yaranmışdır: 
1. 
Çökəkliyin cənub-qərb hissəsində - Təngi-Beşbar-
maq antiklinoriumunun 
Siyəzən monoklinalı ilə təmas xətti 
boyu Üst 
Tabaşirlə Paleogenin qeyri-uyğun kontaktı 
zolağında, 
2. 
Çökəkliyin şimal-şərq hissəsində - Quba-Dəvəçi çö-
kəkliyinin şimal-şərq yamacının Qusar-Xaçmaz Mezozoy 
qalxımına keçid zonasında. 
Birinci zonada Paleogen-
Miosen çöküntülərində lito-
loji-
stratiqrafik tələlərin əmələ gəlməsi üçün əlverişli 
struktur-
tektonik şəraitin varlığı burada həmin çöküntülərlə 
əlaqədar tələlərdə neft-qaz yataqlarının aşkar olunması ilə 
təsdiqlənmişdir. Quba-Dəvəçi zonasında əsasən Paleogen 
və Orta Eosen çöküntüləri ilə əlaqədar neft-qazlılıq 
Paleogenin Üst 
Tabaşirin karbonatlı süxurları ilə qeyri-
uyğun kontaktı boyu müəyyən edilmişdir 
[
73, 74
]

Siyəzən monoklinalının Çandahar-Zarat sahəsində neft 
yataqları Eosen və Maykop lay dəstələri və qismən də 
Çokrak horizontunda aşkar olunmuşdur. Siyəzən-Nardaran 
sahəsində neft-qazlılıq əsasən Maykop lay dəstəsi, qismən 
Eosen çökün
tüləri və Çokrak horizontu ilə əlaqədardır 
[
19
]

Monoklinalın əsas neftli sahəsi olan Saadan sahəsində 
neft-
qazlılıq geniş stratiqrafik intervalda (Maastrixtdən 
Sarmata qədər) müəyyən edilmişdir. Əmirxanlı sahəsində 
isə əsas neftli-qazlı laylar Maykopla əlaqədardır. Bununla 
belə burada Paleosen, Eosen və Çokrak horizontlarında da 
neft yataqları müəyyən edilmişdir. Zağlı-Zeyvə sahəsində 
kəşfiyyat quyularında Paleogen çöküntüləri ilə (Paleosen, 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
230
Eosen və Alt Maykop) əlaqədar böyük debitli neft axınları 
alınmışdır. Siyəzən monoklinalının şimal-qərb davamında 
da stratiqrafik 
yataqların varlığı aşkar olunmuşdur. Burada 
Paleogen-
Miosen çöküntülərinin kollektor xüsusiyyətləri-
nin və neftqazdoyma əmsalının artması müəyyən olmuşdur. 
Hal-
hazırda Paleosenin karbonatlı və Orta Eosenin 
terrigen-
karbonatlı neftli-qazlı süxurları Təngialtı sahəsinə 
qədər izlənilmişdir. Onların daha şimal-qərb sahəsinə qədər 
davam etməsi güman olunur. 
Tələbi-Qaynarca antiklinal zonasının yerləşdiyi Quba-
Dəvəçi çökəkliyinin mərkəzində isə qeyri-antiklinal tələlərin 
varlığı Tələbi və Qaynarca antiklinallarının qanadlarında 
güman olunur. Tələbi qalxımının tağ hissəsində Sarmat 
çöküntüləri böyük bucaq uyğunsuzluğu ilə Orta Yura çökün-
tülərini örtür. Qaynarca qalxımında isə geoloji quruluşda 
iştirak edən Maykop, Çokrak və Sarmatın kəsilişində ayrı-
ayrı təbəqələrin pazlaşması qeyd olunur. Bundan başqa 
qazma zamanı Qaynarca sahəsində 6 və 7 saylı axtarış 
q
uyularında müvafiq olaraq 3610-3685 m və 2850 m 
dərinliklərdə gil məhlulunda qaz, 1, 2 və 3 saylı quyularda 
Sarmat çöküntüləri açılanda isə intensiv neft-qaz təzahürləri 
müşahidə olunmuşdur. Tələbi-Qaynarca zonasında Paleo-
gen-
Miosen kompleksi çöküntülərində neft-qaz yığımları 
maraq doğurur. Siyəzən monoklinalında Paleogen-Miosenin 
neftli-
qazlı horizontları 500-2000 m dərinliklərdə yatdığı 
halda, Tələbi-Qaynarca antiklinal zonasında onlar 2000-
2500 m dərinlikdə izlənilir. Bundan əlavə, antiklinal zonada 
tektonik qırılmaların sayı dərinlik artdıqca azalır və onların 
əksəri Paleogen-Miosen çöküntülərinə çatmamış sönür. 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə