Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə65/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   61   62   63   64   65   66   67   68   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
239 
Ceyrankeçməz depressiyasının qərb bortunda (Çeyil-
dağ-Rəhim-Qlıc) və cənub hissəsində (Duvannı) qazılmış 
axtarış quyuları çöküntü kompleksini Üst Maykopun 
tavanına, mərkəzində (Ütəlgi, Kənizədağ) Sarmata, Bakı 
arxipelaq
ında (Səngəçal dəniz)-Çokraka, Ələt zonasının 
Daşmərdan sahəsində Eosenə, Solaxayda Üst Maykopa, 
Daşgildə isə Üst Miosenə qədər açmışlar. 
Ceyrankeçməz depressiyasında Oliqosen-Miosen çö-
küntü
lərinin neft-qazlılığı barədə əhəmiyyətli nəticə Du-
van
nı, Qərbi Duvannı, Ütəlgi və Qlıc sahələrində qazılmış 
quyularda alınmışdır. 
Əgər CQ Qobustanda əsas neftli-qazlı horizontlar Üst 
Maykop 
və Çokrakla əlaqədardırsa, depressiyanın qərb bor-
tunda yerləşən Qlıc sahəsində, MQ çöküntüləri altında 
quyularla açılmış Sarmatın kəsilişində qumdaşı, qum və gil 
laylarının növbələşməsindən ibarət qumlu-gilli horizontlar 
iştirak edir. Mənimsəmə prosesində həmin horizontlardan 
gündəlik debitləri 50-70 min m
3
qaz və 2,5-10 t neft 
alınmışdır. 
Depressiyanın mərkəzində yerləşən Ütəlgi sahəsində 
Məhsuldar qata qazılmış 7 və 8 saylı axtarış quyularında, 
300-370 m-
ə qədər açılmış Sarmat çöküntülərində intensiv 
neft və qaz təzahürləri qeyd olunmuşdur.
Duvan
nı qalxımının tağ hissəsində qazılmış 70 saylı 
axtarış quyusunda 2975-2920 m intervalında (Miosenin 
səthindən 782-727 m aşağıda) qalınlığı 55 m olan qumlu-
gilli dəstənin (CQ Qobustanda Çokrakın I horizontuna 
uyğun gəlir) aşağısında 2970-2964 m dərinlikdə yatan 6 m-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
240
lik qumdaşı layından güclü fontan vurmuşdur. Quyunun 
məhsuldarlığı 50 m
3
/gün kondensat, 250 min m
3
/gün qaz 
olmuşdur. Qərbi Duvannıda 75 saylı axtarış quyusu 2890-
2878 m dərinlikdə Çokrakdan güclü qaz fontanı vurmuş-
dur. Quyunun itkin debiti 1,0 milyon m
3
/gün olmuşdur. 
Ceyrankeçməz depressiyasının Paleogen-Miosen çökün-

lərinin neft-qazlılığını yüksək qiymətləndirən amillərdən 
biri də burada struktur-tektonik şəraitin əlverişli olmasıdır. 
Yuxa
rıda qeyd edildiyi kimi, Şamaxı-Qobustan NQR-in 
Paleogen-
Miosen çöküntülərinin regional planda Cənubi-
Xəzər çökəkliyinə doğru meyl etməsi şəraitində 
karbohidrogenlərin ilkin lateral miqrasiyası, yüksək təzyiq və 
temperatur zonasından şimal-qərbə, layların regional qalxımı 
istiqamətinə yönəlmişdir. Belə şəraitdə miqrasiya edən 
karbo
hidrogenlərin əsas kütləsi neftqazəmələgəlmə zonası 
yaxınlığında yerləşən tələlərdə toplanır. Bu baxımdan, 
Ceyrankeçməz depressiyasının kəsilişində yüksək həcm 
tutumuna və süzmə qabiliyyətinə malik kollektor layların 
iştirak etdiyi, Qafqaz istiqamətli Paleogen-Miosen qalxımları 
əlverişli yer tuturlar və onlar neft-qaz yataqları aşkar etmək 
üçün mühü
m obyektlərdir.
Yuxarıda qeyd edilən faktlar onu deməyə əsas verir ki, 
Ceyrankeçməz depressiyası, qalınlığı 3,5 km-ə çatan 
Paleogen-
Miosen çöküntülərində neft-qaz yataqları aşkar 
etmək üçün, Respublikamızın ən perspektivli ərazisidir. 
Depressiyanın Duvannı, Kənizədağ, Toraqay, Ütəlgi və 
Ş.Çeyilaxtarma qalxımlarının perspektivliyi daha yüksək 
qiymətləndirilir. Həmin qalxımların quruluşunda iştirak 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
241 
edən Üst Maykop, Çokrak və Sarmat çöküntülərində tekto-
nik e
kranlaşmış və litoloji-stratiqrafık tip tələlərin, eyni za-
manda onlarla əlaqədar karbohidrogen yataqlarının mövcud 
olması üçün elmi əsaslar vardır. Qeyd edilən qalxımların 
depressiyanın mərkəzinə yönələn qanadları və cənub-şərq 
periklinalları perspektivli obyektlərdir. Bundan başqa, dep-
res
siyanın Oliqosen-Miosen çöküntülərinin regional pazlaş-
dığı şimal bortu (Kaftaran-Qarğabazar zonası) stratiqrafık 
tip yataqların axtarışı üçün praktiki əhəmiyyət daşıyır. 
Abşeron yarımadasının Mezokaynozoy kəsilişində 
Paleogen-
Miosen çöküntüləri regional yayılmış əsas neftli-
qazlı çöküntü kompleksindən biri hesab olunur. Yarıma-
danın bir sıra sahələrində qazma və sınaq işləri zamanı, bu 
çöküntülərin müxtəlif intervalları ilə bağlı olan intensiv neft-
qaz təzahürləri qeydə alınmış və karbohidrogen yataqları 
açılmışdır. 
Yarımadada böyük qalınlığa (2,5-3,5 km) malik olan və 
geniş yayılmış bu çöküntülər sənaye əhəmiyyətli neft və qaz 
yataqlarının əmələgəlməsi üçün lazımı geoloji-geokimyəvi 
şəraitə malikdir. Bu çöküntü kompleksinin yüksək 
perspektivli olmasını onun kəsilişində sənaye əhəmiyyətli 
neft və qaz axımı alınmış horizontların olması təsdiq edir. 
Belə neft-qaz axımları Miosen çöküntülərinin müxtəlif inter-
vallarından Qərbi Abşeronun Qaradağ, Şübanı, Sulutəpə, 
Binəqədi, Masazır və b. sahələrində alınmışdır. 
Paleogen-
Miosen çöküntülərinin regional neftli-qazlı 
olmasını göstərən amillərdən biri bu çöküntülərdə yüksək 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
242
miqdarda üzvü maddələrin (ÜM) olmasıdır. Aparılmış geo-
kim
yəvi tədqiqatlar göstərir ki, Paleogen-Miosen çöküntü-
lərinin gillərində ÜM-in miqdarı çox vaxt 3-4%-ə çatır, 
bəzən isə, 4%-dən artıq olur. Bu çöküntülərin müxtəlif 
horizontlarında ÜM-in orta qiyməti 0,1 %-dan 1,0%-ə qədər 
və daha çox olur. Belə ki, Qərbi Abşeronun Maykop 
çöküntülərində üzvi karbonun (C
üzv
) miqdarı 1,17 (Çaxnaq-
lar) - 
1,55% (Şorbulaq) arasında dəyişir, orta qiymət 1,33% 
təşkil edir. Çöküntülərdə bitumların yüksək miqdarına görə 
Çokrak, Konk, Karaqan h
orizontları və Sarmat, Meotis 
mərtəbələri fərqlənirlər. Sarmat mərtəbəsində üzvi C-nin 
miqdarı 1,18%-ə çatır 
[
61, 62
]

Paleogen-
Miosen çöküntülərində ÜM-in yüksək miq-
dar
da olması bu çöküntülərin yüksək neft-qaz generasiya 
etmə xüsusiyyətlərinə və əlverişli şəraitdə yataq əmələgətir-
mə imkanlarına malik olmasını göstərir. 
Aparılmış axtarış-kəşfiyyat işlərinin nəticələri göstərir 
ki, Paleogen-
Miosen çöküntülərinin tərkibində gillərin miq-
darı üstünlük təşkil edir. Kəsilişdə gilli materialların miqdarı 
bəzən 95%-dən artıq olur, müxtəlif horizontlarda isə bu 
miqdar 97%-
ə çatır. Kəsilişdə iştirak edən və az qalınlığa 
malik olan qumlu-alevritl
i təbəqələr kifayət qədər lazımı 
məsafədə izlənilmirlər. Bir sahədə kəsilişin hər hansı bir 
hissəsində ayrılan qumlu-alevritli dəstə qonşu sahədə eyni 
int
ervalda qeyd olunmur. Onların qalınlıqları isə bəzən eyni 
sah
ədə kəskin dəyişir və sıfıra qədər azalır. 
Deyilənlərdən göründüyü kimi, Paleogen-Miosen 
çöküntüləri kəsilişində qumlu-alevritli təbəqələr kəsilişin çox 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə