Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə68/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   64   65   66   67   68   69   70   71   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
251 
çatan gillərdən ibarətdir. Cənub-qərb istiqamətində Xaçın-
çay və Qarqarçay arasında pelitamorf, qumlu əhəngdaşıla-
rının, mergellərin üstünlük təşkil etdiyi kəsilişdə gillər və 
gilli qumdaşıları az qalınlıqlı aralayları şəklində yayılmışlar.
Bu çöküntülərdən götürülmüş süxur nümunələrinin 
tədqiqi göstərir ki, Kiçik Qafqazqarşısı çökəklikdə Paleosen 
çöküntülərinin toplanması vaxtı neytral və ya zəif reduksiya-
edici şərait mövcud olmuşdur. Bunu çöküntülərdə olan üzvi 
maddələrin 0,1-0,5% arasında dəyişilməsi və neytral 
geokimyəvi şərait üçün səciyyəvi olan siderit, qlaukonit və 
dəmir oksidi minerallarının, zəif reduksiyaedici şərait üçün 
isə siderit, pirit və qlaukonit autigen mineralların mövcud 
olması əsasında demək olar.
Paleosen çöküntüləri Kür-Qabırrı çaylararası rayonun 
və Yevlax-Ağcabədi çökəkliyinin əksər strukturlarının kəsi-
li
şində iştirak edirlər. Bu çöküntülərin daha çox karbonatlı 
olduğu Gəncə neftli-qazlı rayonu ərazisində perspektivlik-
ləri, onlardan altda yatan Üst Tabaşirin karbonatlı çöküntü-
lərinin perspektivlikləri ilə eynidir. Danimarka-Paleosen çö-
küntüləri özləri müəyyən dərəcədə nefttörətmə qabiliyyətinə 
malik olmaqla yanaşı, onlardan altda yatan Üst Tabaşirin 
karbonatlı-çatlı süxurlarında kifayət qədər təcridedici gil 
laylarının olmaması sayəsində Üst Tabaşirin karbonatlı-çatlı 
süxurlarında mövcud olan neft-qaz yığımları vertikal 
miqrasiya yolu ilə bu çöküntülərin çatlı mergelləri və 
əhəngdaşılarında da toplana bilərlər. Naftalan sahəsində 
qazılmış bir kəşfiyyat quyusunda Danimarka mərtəbəsinə və 
Paleosenin alt hissəsinə aid olan sıx, çatlı mergellər və qumlu 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
252
əhəngdaşılarından 0,2-0,3 t/gün hasilatla neftin alınması 
bunu təsdiq edir.
Şimal-qərb istiqamətində Paleosen yaşlı çöküntülər 
gil
ləşir və onlar Alt Tabaşirin karbonatlı çöküntüləri üçün 
izoləedici örtük rolunu oynayırlar. 
Eosen dövrü Kür-
Qabırrı çaylararasında çökmə tempi-
nin sürəti 60-80 m/mln. il-ə çatmaqla, burada müxtəlif lito-
loji tərkibə malik üç şöbə ilə təqdim olunmuş böyük 
qalınlığa malik Eosen çöküntüləri toplanmışdır. 
Alt Eosen Kür-
Qabırrı çaylararası sahənin cənub 
zolağında Paleosen çöküntüləri üzərinə uyğun yatmaqla, 
əsasən gilli fasiyadan ibarətdir. Eosenin əvvəlində çaylar-
arası ərazinin ayrı-ayrı sahələrində qeyri-bərabər çökmə 
prosesi gedir. Cənub hissədə Qıraq Kəsəməndən Xatınlıya 
qədər uzanan dar bir çökəklik müşahidə olunur. Qıraq 
K
əsəməndən cənuba Qazax-Dəllər-Dəliməmmədli rayonu-
nun Tovuz-
Qazax ərazisi Eosen çöküntülərinin maksimal 
qalınlıqları 600-800 m-ə çatan, ayrı-ayrı lokal çökəkliklərə 
ay
rılırlar. Şimal-qərb istiqamətlərində bu çöküntülərin qalın-
lıqlarının tədricən azalaraq 400-600 m-ə (Sacdağ, Dəmir-
təpə-Udabno) çatması qeyd olunur. Cənub-şərq istiqamətin-
də isə bu çöküntülərin qalınlıqları 100 m-dən artıq deyildir. 
Qıraq Kəsəməndə bu çöküntülərin kəsilişində çox vaxt 
qumdaşı laycıqlarına rast gəlinir. Onlar gillərlə növbələşir və 
qalınlıqları 40-45 m-ə çatan lay dəstələri əmələ gətirirlər. 
Şimal-qərb istiqamətlərində bu lay dəstələrinin qalınlıqları 
azalır, cənub-şərq istiqamətində isə qumdaşı laycıqları yoxa 
çıxırlar və kəsiliş əsasən gillərdən ibarət olur.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
253 
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunda 
Alt Eosen 
çöküntüləri gilli litofasiyada yayılmış və qalın-
lıqları 100-200 m-dir. Cənub-şərq istiqamətində bu çökün-
tülər tədricən terrigen-karbonatlı fasiyaya (gil, mergel, 
qum
daşılarının növbələşməsi) keçir. Bəzən tuf, tuflu qum-
daşı, tuflu çınqıl araqatlarına da rast gəlinir. Belə litofasi-
yaya malik Alt Eosen 
çöküntüləri çökəkliyin cənub-şərq və 
mərkəzi hissələrində (Sovetlər, Ağcabədi, Zərdab, Murad-
xanlı, Cəfərli) quyularla açılmışdır. Qalınlıq 100-400 m 
ara
sında dəyişir. Əmirarx-Zərdab-Muradxanlı-Mil zona-
sında Orta Eosenin tuflardan, tuflu qumdaşılarından, tuflu 
alev
ritlərdən, mergel və argillitlərdən ibarət olan, qalınlıq-
ları 400 m-ə çatan çöküntüləri toplanmışdır. 
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunda aş-
kar edilmiş çoxsaylı lokal qalxımlar əksər hallarda konsedi-
mentasion inkişafda olmuşlar. Burada Orta Eosen çöküntü-
ləri tufogen və mergelli-gilli fasiyada yayılmışlar. 
Kür-
Qabırrı çaylararası rayonun cənub zolağında Orta 
Eosen 
çöküntüləri tufogen-terrigen fasiyada yayılmışlar. 
Qalınlıq 100-200 m arasında dəyişir. 
Xatınlı sahəsindən başlayaraq cənub-şərq istiqamətində 
Orta Eosenin tufogen-
terrigen fasiyası tədricən terrigen-
karbonatlı fasiya ilə əvəz olunur. Qalınlıqların analizi 
göstərir ki, şimal-qərb hissədə (Sacdağ, Dəmirtəpə-Udabno) 
qalınlıq 200-300 m olduğu halda, cənub-şərq istiqamətində-
Tərsdəllərə doğru qalınlıq 40-100 m-ə kimi azalır. Böyük 
Palantökən istiqamətində isə Orta Eosen çöküntülərinin 
qalınlığı 250-300 m-ə kimi artır. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
254
Üst Eosen 
vaxtı Kür-Qabırrı çaylararası rayonunun kə-
si
lişi əsasən bərk karbonatlı qumdaşı laylarına malik 
gillərdən ibarətdir. Qumdaşı laylarının qalınlığı 1,0-1,5 m 
təşkil edir. 
Ən çox qumluluğa malik Üst Eosen çöküntüləri Qazax 
çökəkliyinin mərkəzi hissəsində müşahidə olunur. Qıraq 
Kəsəmən sahəsində 26 saylı quyuda kəsilişin qumluluğu 
30%-
ə çatır (qalınlıq-331 m). Çaylararası sahənin çox 
hissəsində Üst Eosen çöküntüləri gillərdən ibarət olub, gilli 
Maykop çöküntüləri ilə örtülmüşlər. Bu sahələrdə həmin 
çöküntülər yaxşı örtük rolunu oynaya bilərlər. 
Kür-
Qabırrı çaylararası rayonundan cənub-şərq istiqa-
mətində Üst Eosen çöküntülərinin qalınlıqlarının azalması 
(Dəliməmmədli-150 m) ilə yanaşı gilliliyin artması da 
müşahidə olunur. Burada Üst Eosenin dabanında qalınlığı 
30-40 m-
ə çatan qumlu horizont (III Qazanbulaq) yatır. Daha 
cənub-şərq istiqamətində hərəkət etdikcə Üst Eosen 
çöküntülərinin qalınlıqlarının 500-600 m-ə kimi artması 
(Borsunlu, Tər-Tər, Sovetlər) və eyni zamanda qumlu - 
alevritli layların çoxalması müşahidə olunur. 
Eosen çöküntüləri Kiçik Qafqazqarşısı çökəkliyin əksər 
rayonlarında zəif reduksiyaedici geokimyəvi şəraitdə çök-
müşlər. Bunu çöküntülərin tərkibində üzvi maddələrin (C
üzv

0,5%-
ə qədər olması və autigen minerallarda siderit, pirit və 
qloukonitin mövcudluğu təsdiq edir. Daha çox gilliliyi ilə 
fərqlənən Alt Eosen çöküntüləri karbohidrogenlərin əmələ 
gəlməsi üçün daha əlverişli sayılır. Bu hal ən çox Kür-Qabırrı 
çaylararası rayonun şimal-qərb hissəsinə aiddir. Orta Eosen 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə