Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə44/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   40   41   42   43   44   45   46   47   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

 
Eosen çöküntül
əri (Qovundağ lay dəstəsi)
Böyük 
Qafqazın cənub-şərq batımında, Kiçik Qafqazqarşısı zona-
da v
ə Qanıx-Əyriçay çökəkliyində geniş yayılıblar. Böyük 
Qafqazın cənub-şərq batımında bu çöküntülər üç yarım-
m
ərtəbəyə ayrılırlar.
Alt Eosen çöküntül
əri Samuryanı zonada gil və mer-
gell
ərin növbələşməsindən ibarət olub, az qalınlığa (10-20 m) 
malikdir. Orta Eosen terrigen (qumlu-gilli) litofasiya il
ə 
seçilir. Qalınlığı cənub-qərbdən şimal-şərq istiqamətində 10 
m-d
ən 40 m-ə qədər artır. Üst Eosen çöküntüləri isə karbonatlı 
(mergelli) litofasiya il
ə səciyyələnir [12, 30]. 
Siy
əzən monoklinalında Eosen çöküntüləri transqres-
siv şəkildə Paleosenin üzərini örtür. Alt Eosenin kəsilişi 
qumdaşı və alevrolit təbəqəcikləri olan gillərdən ibarətdir. 
Maksimum qa
lınlıq 200-300 m-ə çatır. Cənub-şərq istiqa-
m
ətində qumlu laylar mergel, daha cənub-şərqdə - Şurabad-
da is
ə gillərlə əvəz olunur. Qalınlıq burada 100 m-dən artıq 
deyildir (şəkil 75).
Siy
əzən monoklinalında Orta Eosen gil, mergel və 
qumdaşılarının növbələşməsindən ibarət olub, maksimal 
qa
lınlığı 400-500 m olacağı güman edilir. Cənub-şərq 
istiqam
ətində kəsiliş gilli litofasiyaya keçir. Şurabad sahə-
sind
ə Orta Eosenin qalınlığı 20-25 m-dən artıq deyildir.
Üst Eosen çöküntül
əri monoklinalın şimal-qərbində 
gilli litofasiya il
ə səciyyələnir, cənub-şərqdə isə kəsilişdə 
mergel v
ə alevrolitlər iştirak edirlər. Qalınlıq 300-400 m-ə 
çatır. Daha cənub-şərqdə, Şurabad sahəsində yenidən gilli 
litofasiya üstünlük t
əşkil edir. Qalınlıq 100-200 m-dir.


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
166
Şamaxı-Qobustan rayonunda Eosen çöküntüləri geniş 
ərazidə yayılıblar. Əsasən yerüstü çıxışlara (Ağdərə, Hil-
milli, Qırdağ və b.) və quyulara görə (Tuva, Şıxzəyirli, 
C
əngiçay, Zərbəçi) öyrənilib. 
Alt Eosen (A
lt Qovundağın alt horizontu) az qalınlıqlı 
qumdaşı təbəqəciklərinə malik ağımtıl-boz, yaşılımtıl-boz 
gill
ərdən ibarətdir. Bəzən sıx mergel, vulkan külü və açıq-
yaşıl bentonit (gilabı) gilləri də rast gəlir. Şimali Qobustanda 
Alt Eosen çöküntül
ərinin qalınlığı 35-70 m olub, nadir 
hallarda 100 m-
ə çatır, Mərkəzi Qobustanda isə 150-200 m-
ə qədər artır ( şəkil 75).
Orta Eosen çöküntül
əri (Alt Qovundağın üst horizon-
tu) iç
ərisində yanar şist təbəqəcikləri olan bozumtul-qonur, 
tünd-qonur, b
əzən qəhvəyi-boz rəngli gillərdən ibarətdir. 
Şıxzəyirli, Cəngiçay və Tuva sahələrində kəsilişdə qum və 
qumdaşı təbəqəciklərinə də təsadüf edilir. Cənub 
istiqam
ətində qumdaşı təbəqəciklərinin artması hesabına 
Orta Eosen
in ümumi qalınlığı artır. Hilmilli sahəsində Orta 
Eosen çöküntül
ərinin qalınlığı 65-85 m, Cəngiçay çayı 
boyu 220-235 m old
uğu halda, daha cənubda, Ərzani 
sah
əsində qalınlıq 350 m-dən çoxdur.
Üst Eosen (orta v
ə üst Qovundağ dəstəsi) nadir və az 
qalınlıqlı (bəzən 0,5 m-ə qədər) karbonatlı qumdaşı təbəqə-
cikl
ərinə malik yaşılımtıl-boz, bəzən yaşılımtıl-qonur 
gill
ərin növbələşməsindən ibarətdir. Qalınlığı Şimali 
Qobustanda 30-
60 m arasında dəyişir. Mərkəzi və Cənubi 
Qobustanda qalınlığın şimaldan cənuba doğru 100-500 m-
ə qədər, bəzən daha çox artacağı gözlənilir.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
167 
Eosen çöküntül
əri Abşeron yarımadasının qərb və 
şimal-qərb sahələrində (Ziyilpiri, Kürdəxanı və s.) qazıma 
il
ə açılıblar. Kəsiliş üç şöbə ilə təmsil olunur, ümumi 
qalınlıq 800 m-ə qədərdir. 
Kiçik Qafqazqarşısı zonada və Qanıx-Əyriçay çökək-
liyind
ə Eosenin qalınlığı qalxım sahələrində 400 m-dir. 
Maksimum qalınlıq isə 1000-2000 m-ə çatır (şəkil 75). 
Şimalda yerləşən çökəklikdə fliş formasiyasında yayılan 
çöküntül
ər qumlu-mergelli-gilli süxurlardan ibarət olub, 
açıq dəniz şəraitini xarakterizə edən foraminifer komplek-
sin
ə malikdir. Cənubdakı çökəklikdə isə kobud terrigen 
çöküntül
ər - arkoz qumdaşı, konqlomerat və brekçiyalar 
yayılmışdır [10]. 
Kiçik Qafqazqarşısı çökəkliyin cənubunda terrigen-
vulkanogen (q
ərb hissədə) və terrigen qumlu-gilli fasiya 
(şərq hissədə) üstünlük təşkil edir.
Çök
əkliklərdə Eosen çöküntülərinin qalınlıqları quyu 
m
əlumatlarına görə müvafiq olaraq 1000-1600 m (Poylu) 
v
ə 1000-1200 m-dən (Sovetlər) artıqdır (bax: şəkil 75). 
Eosen çöküntül
əri Yevlax-Ağcabədi çökəkliyinin şi-
mal-
şərq bortunda gil, qumdaşı, alevrit, mergel, dolomit, 
əhəngdaşı, tuflu qumdaşı və qravelitlərdən ibarətdir.
Eosenin alt şöbəsi üçün gillər, orta şöbəsi üçün tufogen 
çöküntül
ər, üst şöbəsi üçün isə gil, qumdaşı və mergellər 
daha çox xarakterikdir. Muradxanlı, Cəfərli sahələrində bu 
çöküntül
ərin ümumi qalınlıqları 800 m-ə çatır. 
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı 
rayonunda Eosen çöküntül
əri geniş yayılıb və əksər hallarda 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
168
Paleosen layları üzərini transqressiv şəkildə örtürlər. Burada 
da çöküntü kompleksinin tam k
əsilişi üç şöbə ilə təmsil 
olunur. Alt şöbə rayonun cənub və mərkəzi hissələrində 
geniş yayılaraq, bazalt, tuf və tuflu brekçiyalardan ibarətdir.
Şəkil 75. Eosen çöküntülərinin yayılma sahələri (B.İ.Məhərrəmov). 
Orta Eosen çöküntül
ərinin kəsilişində tuf-qumdaşı, 
tufogen, alevrit, gil v
ə mergellər üstünlük təşkil edirlər. 
Bölg
ənin qərbinə doğru tuflu qumdaşılarının qalınlığı artır.
Üst Eosenin alt hiss
əsi bazalt, andezit və tuflarla təmsil 
olduğu halda, üst hissəsi tuflu qumdaşı, argillit və gillərlə 
s
əciyyələnir. Eosen çöküntülərinin ümumi qalınlıqları 
3500-3600 m-
ə çatır. 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə