B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
163
Qobustanda Sumqayıt çöküntüləri böyük dərinliklərdə
yatdıqlarından qazıma ilə öyrənilməyib. Abşeron yarıma-
da
sının qərb zonasında Sumqayıt lay dəstəsi əhəngli qum-
daşı və mergellərdən ibarətdir. Qalınlığı 240 m-dir.
Aşağı Kür çökəkliyində
Paleosen-Eosen çöküntüləri
ancaq palçıq vulkanlarının püskürmə materiallarına əsasən
öyr
ənilib. Əsasən gil, bəzən isə qumdaşı, qum, alevrit və
mergell
ərdən təşkil olunub. Kəsilişin güman olunan qalın-
lığı 2500 m-ə çatır.
Qanıx-Əyriçay çökəkliyində Sumqayıt lay dəstəsi əsa-
s
ən qum, mergel və gillərdən ibarət fliş fasiyasında
yayılmışdır. Qalınlıq 100-150 m arasında dəyişir. Kiçik
Qafqazqarşısı zonada, Tabaşir dövründə olduğu kimi, mak-
simum çökm
ə amplitudu ilə xarakterizə olunan Qarayazı və
Ağcabədi çökəkliklərində Sumqayıt lay dəstəsi çöküntülə-
ri
nin qalınlığı xeyli artır. Şəmkir çıxıntısında isə çöküntü-
l
ərin qalınlığının 100 m-ə qədər azalması müşahidə olunur.
Burada qumlu laycıqların qalınlıq və saylarının artması da
müşahidə olunur.
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq yamacında
Sumqayıt lay dəstəsi çöküntüləri tünd, tünd-boz gil və gilli
alevritl
ərdən ibarətdir. Muradxanlı qalxımının cənub-qərb
qanadında çöküntülərin qalınlığı 100 m-ə çatır.
Cəlilabad (və ya Talışqarşısı) mümkün neftli-qazlı
rayonunda Sumqayıt lay dəstəsi kəsilişində litoloji xüsusiy-
y
ətlərinə görə əsasən çökmə və tufogen
süxurlardan təşkil
olunan alevritli tuffit, alevritli v
ə tuflu qumdaşı horizontları
ayrılır. Ümumi qalınlıq 1400 m-ə çatır.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
164
Sumqayıt lay dəstəsi çöküntülərinin neft-qazlılığı
Siy
əzən monoklinalının kəsilişində iştirak edən mergel,
qum v
ə gilli süxurlarla əlaqədar kollektorlarla, Yevlax-
Ağcabədi çökəkliyində lay dəstəsinin alt
hissəsində yerlə-
şən qumlu-karbonatlı çöküntülərlə əlaqədardır.
Siy
əzən monoklinalında Sumqayıt çöküntülərindən
t
əbii neft və qaz çıxışları qeyd olunmur. Lakin qazıma pro-
sesind
ə müşayiət olunan neft-qaz təzahürlərinə Candahar-
Zarat, Siy
əzən-Nardaran, Saadan, Əmirxanlı və Zağlı-
Zeyv
ə sahələrində hamısında rast gəlinir. Alınmış məlu-
mat
ların analizi göstərir ki, Sumqayıt
lay dəstəsi çökün-
tül
əri ilə əlaqədar olan neft doyumluluq və neft-qaz təza-
hürl
əri cənub-şərq istiqamətində azalır. Belə ki, 454 saylı
Candahar-Zarat v
ə 371 saylı Siyəzən-Nardaran quyuları
qazılan zaman, uyğun olaraq 1901 m və 921 m dərinlikdən
z
əif neft-qaz təzahürləri qeyd olunmuşdur.
Saadan sah
əsinin bir sıra quyularında Sumqayıt lay
d
əstəsi çöküntülərinin analizi zamanı debitin yüksəlməsi
mü
əyyən olunmuşdur. Sumqayıt lay dəstəsi çöküntülərindən
neft-qaz t
əzahürü və neft axını 526, 537, 561, 574 və s. saylı
Əmirxanlı quyularında da qeyd olunmuşdur. 526 saylı
quyuda debitin yüks
əlməsi 1,5 t/gün, 562 saylı quyuda isə
1,6 t/gün qeyd olunmuşdur. Zağlı-Zeyvə sahəsinin 1105,
1172, 1228, 1235 v
ə s. quyularında Sumqayıt
lay dəstəsi
çöküntül
ərindən debiti 2,4-60 t/gün və sıxlığı 845-870 kq/m
3
olan neft axını alınmışdır.