Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə37/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   33   34   35   36   37   38   39   40   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Konyak m
ərtəbəsi
çöküntül
əri nisbətən geniş sahədə 
yayılıb. Qusar-Dəvəçi törəmə çökəkliyində Konyak çökün-
tül
əri mergel, əhəngdaşı və gillərdən ibarətdir. Cənub 
istiqam
ətində kəsilişdə qumdaşı laycıqları iştirak edir və
gilli layların qalınlıqları artır. Yalama-Xudat zonasında 
Konyak çöküntül
ərinin qalınlığı 100 m-ə çatır. 
Qusar-D
əvəçi rayonunun cənub zonasında kəsilişin alt 
hiss
əsində 25-30 m-lik konqlomerat layı yatır. Kəsiliş 
əsasən boz, zeytunu-yaşıl mergelli gil və nazik laycıqlardan 
ibar
ət olan ağ, ağımtıl-yaşıl pelitamorf çatlı əhəngdaşı-
lardan t
əşkil olunub. Şərq istiqamətində kəsilişdə fliş 
çöküntül
əri üstünlük təşkil edir.
T
əngi-Beşbarmaq zonasında Konyak mərtəbəsinin kə-
si
lişi xeyli dəyişərək əhəngdaşı, mergel, qumdaşı, gil və 
konqlomeratların fliş növbələşməsindən təşkil olunub. Bəzi 
sah
ələrdə kəsilişdə qravelit laycıqları iştirak edir.
Bel
əliklə, Qusar-Dəvəçi rayonunda karbonatlı çökün-
tül
ər şimaldan-cənuba və cənub-şərqə doğru fliş növbələş-
m
əsindən ibarət çöküntülərlə, daha sonra konqlomerat 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
150
laycıqlarının iştirak etdiyi çöküntülərlə əvəz olunurlar. 
Q
alınlıqlar 40-50 m-dən 90-100 m-ə qədər dəyişir.
Şamaxı-Qobustan rayonunda Konyak mərtəbəsinin 
karbonatlı çöküntüləri geniş yayılıb. Kəsiliş çatlı pelitamorf 
əhəngdaşı, mergel və çəplaylı, az qalınlıqlı, əhəngli qumdaşı 
laylarının boz rəngli, qumlu gillərlə növbələşməsindən 
ibar
ətdir. Qalınlıq 40-100 m arasında dəyişir. 
Böyük Qafqazın cənub yamacında Konyak mərtəbəsi 
çöküntül
əri məhdud ərazidə məlumdur. Burada çöküntü-
l
ərin kəsilişi tünd-boz, boz, qumlu-əhəngli mergel, boz, 
ç
əhrayı-qırmızı, çatlı, pelitamorf əhəngdaşı, yaşıl, boz, 
tuflu qumdaşı, boz gil, boz, qırmızımtıl-boz əhəngdaşı, boz 
qumlu mergel v
ə gillərdən təşkil olunub.
Kiçik Qafqazda Konyak m
ərtəbəsi çöküntüləri nisbə-
t
ən geniş ərazidə yayılıb. Əksər ərazilərdə transqressiv 
şəkildə, bucaq uyğunsuzluğu ilə Orta Yuranın vulkanik 
çöküntül
ərini, Üst Yuranın vulkanik çökmə süxurlarını və 
Alt 
Tabaşirin vulkanik çökmə süxur qatlarını örtürlər [12]. 
Kiçik Qafqaz 
ərazisində Konyak çöküntülərinin kəsilişi 
əsasən az qalınlıqlı, boz yağlı gil aralaycıqlarına malik, boz, 
a
çıq-boz, yüksək dərəcədə çatlı, əhəngdaşı, boz əhəngli gil, 
mergel v
ə argillitlərdən ibarətdir. Bəzən kəsilişdə qumdaşı, 
tuflu qumdaşı, tuflu konqlomerat və porfiritlər də iştirak 
edirl
ər. Kiçik Qafqazın Azərbaycan ərazisinin şimal-qərb 
hiss
əsində çöküntülərin qalınlığı 260 m-ə çatır. 
Konyak m
ərtəbəsinin neft-qazlılığı kəsilişindəki qum-
daşı və alevritli qumdaşı layları ilə əlaqədardır. Bu laylar 
ən çox Dübrar geosinklinal zonasında yayılıb. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
151 
G
ədisu sahəsində 11 saylı quyuda Turon-Konyak çö-
küntül
ərindən 1000 m
3
/gün, 13 saylı quyuda 800 m
3
/gün, 
12 saylı quyuda isə 600 m
3
/gün qaz axını alınmışdır.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə