Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma


Naxçıvan mümkün neftli-qazlı rayonu



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə27/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   23   24   25   26   27   28   29   30   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Naxçıvan mümkün neftli-qazlı rayonu. 
Naxçıvan 
MNQR 
Naxçıvan Muxtar Respublikasının CQ hissəsində 
yerl
əşir (şəkil 71). Cənub və cənub-qərbdən Araz çayı 
vadisil
ə, şimal və şimal-şərqdən Dərələyəz və Zəngəzur 
yaylaları ilə sərhədlənir. Çox mürəkkəb relyefə malik olan 
bu rayon Araz çayı istiqamətində az mailli geniş dağlararası 
çök
əklikdən ibarətdir.
Tektonik c
əhətdən mürəkkəb quruluşa malik olan və 
Araz tektonik zonasına uyğun gələn Naxçıvan MR-in əra-
zisind
ə tədqiqatlara əsasən Baykal metamorfik bünövrəsi-
nin üz
ərində yaranan, onun mərkəz hissəsində şimal-şimal-
q
ərb və cənub-cənub-şərq istiqamətlərindən keçən Şərur-
Culfa Hersin yaşlı antiklinoriumu, ondan şərqdə miogeo-
sinklinal substrat üz
ərində əmələ gələn, ümumqafqaz isti-
qam
ətli Ordubad sinklinoriumu, Zəngəzur horst qalxımı, 
q
ərb istiqamətində isə Şərur-Culfa antiklinoriumu və Ordu-
bad sinklinoriumunu ç
əp istiqamətdə kəsən Naxçıvan qon-
darma çök
əkliyi ayrılmışdır (Ş.Ə. Əzizbəyov və b.).


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
122
Şəkil 71. Naxçıvan mümkün neftli-qazlı rayonu. 
Strukturların yerləşmə sxemi. 
Bu tektonik vahidl
ər daxilində Mezozoy (Trias, Yura, 
Tabaşir) və Kaynozoy (Paleogen-Miosen) çöküntüləri üzrə 
lokal antiklinal qalxımlar aşkar olunmuşdur. Rayonda düz-
xətli qırışıqlığa malik antiklinal və sinklinal zonalar da möv-
cuddur. 
Rayonun geoloji quruluşunda Devondan Antropo-
gen
ə qədər çöküntülər iştirak edirlər (şəkil 72, 73, 74) 
[
30
]

Şərur-Culfa antiklinoriumu Naxçıvan MR ərazisində 
Naxçıvan qondarma çökəkliyi ilə iki hissəyə - Şərur və 
Culfa seqmentin
ə ayrılır. Bu hissələr arasında tektonik 
əlaqə Naxçıvan qondarma çökəkliyinin mərkəzi hissəsində 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
123 
Trias 
yaşlı dolomitlərin axtarış quyuları ilə nisbətən kiçik 
(1600-1900 m) d
ərinliklərdə açılması ilə sübut olunmuşdur. 
Şəkil 72. Çeşməbazar qalxımı. Seysmogeoloji profil. 
Şəkil 73. Yayıcı-Dizə-Şimali Gilançay istiqamətində
seysmogeoloji profil. 
Şərur-Culfa antiklinoriumunda qırışıqlıq istiqamətləri 
d
ərinlik qırılmalarının uzanma istiqamətləri ilə uyğunlaşırlar. 
Bel
ə dərinlik qırılmalarından biri antiklinoriumu Ordubad 
sinklinoriumundan ayırır ki, bu da yer üzündə meridional və 
şimal-şərq istiqamətində uzanan qırılıb-qalxma və üstəgəlmə 
pozğunluqlarından ibarət zona şəklində əks olunmuşdur. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
124


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
125 
Antiklinoriumun 
əsas hissəsi İran ərazisində yerləşən 
Culfa seqmentinin Naxçıvan ərazisində yerləşən şimal-şərq 
qanadı qırılıb-qalxma pozğunluqları ilə mürəkkəbləşmiş 
Perm v
ə Trias çöküntülərindən təşkil olunmuşdur. Ordubad 
sinklinoriumu vulkanogen v
ə çökmə mənşəli Yura, Üst 
Tabaşir və Paleogen çöküntülərindən təşkil olunmuşdur.
Sinklinoriumun k
ənar hissələrində olan qırılmalar 
şimal-qərb istiqamətində uzanan qırılıb-qalxma və 
üst
əgəlmələrdən, mərkəzi hissəsində isə şimal-şərq istiqa-
m
ətli qırılıb-düşmə pozğunluqlarından ibarətdir.
Ordubad sinklinoriumunun geoloji quruluşunda karbo-
nat-terrigen Aalen-Kellovey, Turon-Konyak, Üst Eosen 
yaşlı, karbonat (Santon-Kampan), terrigen (Maastrixt-Dani-
marka-Paleosen) v
ə vulkanogen (Leyas, Kimmeric, Eosen, 
Oliqose
n) süxurları, qranitoid batolitləri iştirak edir. 
Ordubad sinklinoriumunun c
ənub-qərb hissəsində Neogen 
çöküntül
əri ilə örtülən böyük ölçülü mulda yerləşir. O 
c
ənub-şərq istiqamətində çökəkliyin xeyli hissəsini əhatə 
edir. 
Son zamanlar burada aparılmış geofiziki kəşfiyyat 
n
əticəsində muldanın mərkəzi hissəsində Trias çöküntüləri 
üzr
ə Qıvraq, Şahtaxtı, Böyükdüz, Əliabad braxiantiklinal-
ları, cənub-şərq hissəsində isə Yura-Üst Tabaşir çöküntü-
l
əri üzrə Çeşməbazar, Nehrəm, Culfa və s. qalxımlar aşkar 
olunmuşlar (şəkil 72, 74). 
T
ədqiqatçılar Ordubad sinklinoriumunun cənub-şərq 
hiss
əsinə Mehri-Ordubad batoliti hüdudunda Zəngəzur və 
onun şimal-şərqində yerləşən Oxçu horst qalxımlarını, 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
126
Qafan antiklinoriumu s
ərhədində tikiş zonası və Mehri 
qrabenini aid edirl
ər 
[
23
]

Zəngəzur horst-qalxımı hər iki tərəfdən dərinlik qırıl-
ma
ları ilə hüdudlanır. Bu qalxımın Naxçıvan MR ərazisin-
də yerləşən cənub-qərb qanadı Üst Tabaşir və Alt Eosen 
çöküntülərindən təşkil olunmuşdur. Qalxımın bünövrəsi isə 
Kembri-
Kembriyəqədər yaşlı intensiv qırışıqlığa uğramış 
qneyslər, mikalı şistlər, amfibolitlər və mərmərlərdən təşkil 
olunmuşdur. Bu kompleks özü Eosenin sonu və Miosenin 
əvvəllərində yaranmış Mehri-Ordubad qranitoid batoliti ilə 
yarılmışdır. 
Naxçıvan qondarma çökəkliyi Oliqosenin sonunda 
formalaşmağa başlamış və Miosenin molass çöküntüləri ilə 
doldurulmuşdur. Çökəkliyin geoloji kəsilişində çökmə 
m
ənşəli orta və üst Paleozoy, Mezozoy və Paleogen 
çöküntül
əri iştirak edir. Orta və üst Paleozoy və Trias 
çöküntül
ərinin qalınlığı cənub-qərb istiqamətində artaraq 
6-7 km-
ə çatır. Çökəkliyin əksər sahəsi qalın Oliqosen və 
Neogen-Dördüncü dövr çöküntül
ərilə örtülüb. Naxçıvan 
çök
əkliyində Miosen çöküntülərinin qalınlığı 2600 m-dən 
artıqdır. 
Çök
əkliyin geoloji quruluşunda iştirak edən Üst 
Tabaşir-Paleogen çöküntü kompleksi hələ Oliqosenə qə-
d
ərki tektonik hərəkətlərlə qırışıqlığa məruz qaldığı üçün, 
bu kompleksin qırışıqları ilə üstə yatan Miosen kompleksi 
qırışıqları arasında 
disharmoniya
mövcuddur. 
Naxçıvan üstəgəlmə çökəkliyinin şərq hissəsi Şərur-
Culfa antiklinoriumunun üz
ərində yerləşir. Bu çökəklik 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
127 
şimalda və şərqdə dərinlik qırılmaları ilə hüdudlandığı 
halda, İran və Türkiyə ərazilərində geniş sahəni tutur. 
Üst Oliqosen-Miosen çöküntül
əri qalınlıqlarının dəyi-
şilmə qradiyentinin çox böyük olması, Naxçıvan çökəkliyi 
v
ə Ağqaya qalxımı qırışıqlığının uzlaşma xüsusiyyətləri
üst
əgəlmə çökəkliyin yaranmasının dərinlik qırılması və ak-
tiv tektonik h
ərəkətlərlə əlaqədar olduğuna güman yaradır. 
Bünövr
ə üzrə Üst Paleozoy-Trias kompleksində əks 
olunan V
əlidağ, Şərur, Culfa, Zəngəzur horst-qalxımları 
ayrılır (D.X. Babayev, İ.S. Həsənov T.S. Əmiraslanov).
T.S. Əmiraslanova görə Naxçıvan MR-in düzənlik 
hiss
əsində qeyd olunan lokal qravitasiya anomaliyaları Üst 
Paleozoy-Trias v
ə Mezozoy çöküntüləri üzrə yaranan qal-
xımları əks etdirirlər. Sədərək, Vəlidağ, Sarıdağ və Şərqi-
V
əlidağ lokal maksimumları - Devon; Şərur, Qıvraq, Təzə-
k
ənd, Xok, Böyükdüz, C.Böyükdüz, Keçəltəpə, Sovetabad 
maksimumları - Trias; Şəkərabad qravitasiya maksimumu 
is
ə Üst Tabaşir-Alt Eosen çöküntülərində olan qalxımlarla 
izah olunur.
Naxçıvan MNQR-in neft-qazlılıq ehtimalı rayonun 
c
ənub-şərq hissəsində Neogen çöküntülərilə örtülən böyük 
ölçülü mulda il
ə əlaqəlidir. Bu mulda Ordubad 
çök
əkliyinin cənub-şərq hissəsini əhatə edir. Onun mərkəzi 
hiss
əsində Sarmat çöküntülərindən təşkil olunmuş bir neçə 
braxiantiklinal qalxım aşkar olunmuşdur. Miosenin 
terrigen və Mezozoyun karbonatlı çöküntülərindən ibarət 
olan bu MNQR daxilində neft-qazlılıq baxımından əhə-
miy
yət kəsb edən Böyükdüz və Dəhnə-Vəlidağ mümkün 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
128
neft-
qaz toplanma zonaları mövcuddur. Mezozoy çöküntü-
l
əri kəsilişində neft-qazlılıq baxımından Trias və Üst 
Tabaşirin karbonatlı-terrigen kollektorları daha çox maraq 
doğurur. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
129 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə