327
gün
-ci
BÖYÜK
SADİQLİK
Başqa
bir böyük poema
RUSİYA: ALEKSANDR ZAÇEPA
Kommunist ordusunda olan rus əsgəri Aleksandr Zaçepa döyüşdə həlak olanda, onun paltarın-
da bu poema tapıldı:
Eşit məni, ay Allah; Heç vaxt həyatım boyu
mən Səninlə danışmamışam.
Amma indi mən hiss edirəm ki, Sənə öz sa-
lamlarımı göndərirəm.
Bilirsən, uşaqlıq vaxtlarımdan bəri onlar
həmişə
mənə deyirdilər ki, Sən mövcud
deyilsən.
Mən bir axmaq kimi, onlara inandım. Mən
heç vaxt kainat haqda fikirləşməmişəm.
Buna baxmayaraq, səngərdə durub yu-
xarıya baxanda mən göydəki parlayan
ulduzlara valeh oldum və birdən yalanın
qəddarlığını anladım.
Mənə maraqlıdır, mənim Allahım,
Sən mənə
əlini uzadarsan?
Amma mən Sənə deyəcəyəm və Sən başa
düşəcəksən.
İşığın mənim üzərimə düşməsi və bu
cəhənnəm gecəsinin yarısında Səni
görməyim qəribə deyilmi?
Buna baxmayaraq, mən əvvəllər Sənin dos-
tun olmamışam,
Amma mən gəlsəm,
Sən hələ də mənə daxil
olmağa izin verərsənmi?
Niyə mən ağlayıram! Ay Allah, mənim
Rəbbim, Sən görürsən mənimlə nə baş
verir.
Bu gecə mənim gözlərim açıldı.
Hələlik, mənim Allahım. Mən gedirəm və
çox güman ki, qayıtmayacağam.
Qəribədir, elə deyilmi? Amma, mən artıq
ölümdən qorxmuram.
Şəhidlər Allahın sadiqliyi, onun sül-
hü, onun məhəbbəti, və onun müdafiəsi
haqda bizi öyrədirlər. Buna baxmayaraq,
şəhidlərin hekayələri yalnız onların özləri
haqda deyil, həm də onların düşmənləri
haqdadır. Kommunizmdən məsihçiliyə tərəf
keçənlər hekayənin başqa tərəfini bizə
göstərir. Onlar Allahın səbrini, onun lüt-
fünü və onun mərhəmətini diləyən hətta ən
pis günahkarı belə bağışlamasına hazır ol-
masını aşkar edirlər. Aleksandrın poeması
həqiqətə “gözləri açıq olan” hər bir tövbə
edən günahkarın yalvarışını ifadə edir.
Onun hekayəsi bizə xatırladır ki, İsanın kim
olduğunu anlamağımızı və xilas üçün Ona
yaxınlaşmağımızı səbirsizliklə gözləyən
Allaha xidmət edirik. Bu, şəhidlərin böyük
bir xəbəridir. Sənin də xəbərindir?
Lakin O, sizə görə səbir edir. Çünki
O, heç kəsin həlak olmasını istəmir,
amma hər kəsin tövbə etməsini
istəyir.
2 Peter 3:9
328-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük
təhlükə
ƏFQANISTAN: ERİK VƏ İV BARENDSEN
Adamlar bir neçə kilometr keçib İv Barendsen və onun həyat yoldaşı Erikdən dərman və
kömək axtarmaq üçün gəlmişdilər. Onların Əfqanıstanda, Kabulda olan balaca evləri, minlərlə
müsəlman və məsihçi kimi əfqanların ümid yerinə çevrilmişdi. Soruşan hər bir kəsə onlar
deyirdilər ki, İsa Məsihə xidmət edirlər. Buna baxmayaraq, onların xidməti qarşıdurma üçün
onları hədəfə çevirdi.
Erik və İv 1980-ci ildə qısa
bir məzuniyyət
götürdülər, amma tezliklə onların evinə
çevrilən müharibənin viran etdiyi ölkəyə qa-
yıtdılar. “Siz axı necə ora qayıda bilərsiniz?”
– deyə, bəziləri soruşdu. “Siz məgər narahat
olmursunuz? Axı bu, təhlükəlidir?”
Erik və İv təhlükəni görmədilər; onlar
fürsəti gördülər. Onlar mümkün olan qatilləri
görmədilər; onlar mümkün olan məsihçiləri
gördülər. “Mən ancaq bir böyük təhlükəni
anlayıram,” – İv dedi. “Yeganə
təhlükə Alla-
hın iradəsinin mərkəzində olmamaqdır.”
Onlar beş və üç yaşlı uşaqları ilə birlikdə
Əfqanıstana qayıtdılar. Onların qayıdışın-
dan qısa bir müddət sonra, imana gəlmiş
məsihçilərlə görüşdükləri evlərində onlara
hücum olundu. Onlar qatlanan bıçaqla öldü-
rülmüşdü və uşaqları yetim qalmışdı. Buna
baxmayaraq, hətta bu axırıncı anlarda onla-
rın sülhü var idi.
Qətldən
bir gün əvvəl, İvin anası vəhy
görmüşdü ki, mələklər Erik və İvin göylərdə
başına qızıl taclar qoyur. Hətta sonra o, on-
ların qətlə yetirilməsi haqda öyrənəndə, bu
vəhy onun kədərində ona güc verdi.
Müsəlman ölkəsində fəal məsihçi olmaq
ən təhlükəli işlərdən biridir. Buna baxma-
yaraq, İv və Erik təhlükə ideyasına yeni
bir məna verir. Onların dostları Kabulda
olmağın yolverilməz olduğunu deyərkən,
Erik və İv bundan başqa bir yerdə olmağın
yolverilməz olduğunu dedilər. Onlar bunu
özlərinin bir çağırışı kimi gördülər. Onlar
bunu Allahın iradəsi kimi gördülər. Deyilənə
görə, əgər biz Allahın təminatından kənara
çıxırıqsa, biz Allahın müdafiəsini itirmək
riski ilə üzləşirik. Əgər yeganə təhlükə Al-
lahın iradəsinin mərkəzindən kənarda ol-
maqdırsa, bu, sənin üçün yolverilməz olan
yeganə təhlükədir. Sən tez-tez özünü qoru-
maq naminə, Allahdan kənara çəkilib özü-
nü daha böyük təhlükəyə qoyursanmı? Bö-
yük itaətkarlıq gözlənilən şeyləri təhlükə
altına qoyur.
Çünki əvvəldən bizdə olan etimadı
sonadək möhkəm saxlasaq,
Məsihlə ortaq olarıq.
İbr. 3:14