IV HİSSƏ: KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRU
neçə əsas korporasiyanın ixtiyarında olan «oliqopolilər» olmuşdur
(oliqopoli siyasi iqtisadiyyat termini kimi, çox az sayda
istehsalçıların, satıcıların və ya səhmdarların nəzarəti altında olan
bazann vəziyyəti deməkdir).
Eyni zamanda, son illərdə bir çox iri Birləşmiş Ştatlar
korporasiyalarının rəqabətin yeni formalarına münasibətdə zəif
olduğu da göstərilmişdir. Birləşmiş Ştatlar istehlakçılan malı xarici
istehsalçıdan ala bilər: avtomobildən söhbət gedirsə, onlar
Hondanın, Toyotanm, Hyundayın və ya Volvonun istehsal etdiyi
malları ala bilərlər. Bir çox hallarda, alıcılar və ya istehsalçılar
lazımi malları əvəz edən başqa mallara da diqqət yönəldə bilərlər;
məsələn, onlar polad əvəzinə alümindən, şüşədən, plastikdən və ya
betondan istifadə edə bilərlər. Daha yeni sənaye sahələrində,
məsələn, kompüter sənayesində kiçik kompaniyalar sübut etmişlər
ki, onlar yeni texnologiyanın tətbiqində nəhəng korporasiyalardan
daha çevik olurlar.
Bə’zi adamlar mübahisə edirlər ki, iqtisadi gücün
mərkəzləşdirilməsi təhlükəlidir, çünki bu ona gətirib çıxara bilər ki,
menecerlər şəxsi və ya korporasiya mənafeyini xalqın rifah halının
yaxşılaşdırılmasının fövqündə tutar. Birləşmiş Ştatlar hökuməti
irimiqyaslı təşkilatların faydalı olması üçün əlindən gələni etmiş və
bununla da Ştatlararası Ticarət Qanunu, Şerman Antitrest Qanunu
kimi qanunvericilik aktlan ilə təhlükəni minimuma endirmişdir.
Federal Ticarət Komissiyasına və Ədliyyə Departamentinin
Antitrest Bölməsinə səlahiyyət verilmişdir ki, onlar potensial
monopoliyalara nəzarət etsinlər və onların birləşmələrinə mane
olsunlar, ya da rəqabətin olmaması nəticəsində alıcıya zərər
müşahidə edilirsə, kompaniyaların bağlanması üçün müvafiq
addımlar atsınlar.
Antimonopoliya cəhdləri uzun müddət dünyanın ən iri və ən
inkişaf etmiş telerabitə şəbəkəsi olan Amerika Telefon və Teleqraf
Kompaniyasının (AT&T) süqutuna tə’sir göstərməkdə Ədliyyə
Departamentinin uğuru ilə ölçüləcəkdir. Amerika Telefon və
Teleqraf Kompaniyası telefon sənayesini inhisara almağa cəhd
göstərərkən. Ədliyyə Departamenti 1974-cü ildə onun əleyhinə
məhkəmə məsələsi qaldırdı. 1982-ci ildə razılıq e’lan olundu ki,
Amerika Telefon və Teleqraf Kompaniyası 1984-cü il yanvarın 1
-nə kimi fəaliyyətdə olan 22 kompaniyadan məhrum edilsin.
Amerika Telefon və Teleqraf Kompaniyasına icazə verildi ki.
84
AMERIKA
İQTİSADİYYATININ
ƏSAS
CƏHƏTLƏRİ
Qərb Elektrik Kompaniyasını (onun istehsal filiallarını), Zəng
Telefonları Laboratoriyalannı (onun tədqiqat filiallarını) və özünün
uzaqmənzilli telefon biznesini əlində saxlasın. Bundan əlavə, ona icazə
verildi ki, keçmişdə ona qadağan edilmiş sahələri,
0
cümlədən
mə’lumatlarm işlənilməsi, telefon və kompüter avadanlığının satılması
və kompüter rabitə vasitələri işlərini genişləndirsin. Amerika Telefon
və Teleqraf Kompaniyası tə’cili şəkildə kompüter biznesinə doğru
hərəkət etdi; bir qədər gözlədikdən sonra və əsasən uğursuz cəhdlərdən
sonra, 1991-ci ildə Amerika Telefon və Teleqraf Kompaniyası əsas
Amerika kompüter kompaniyalarından biri NCR Korporasiyasını öz
əlinə keçirdi.
Birləşmiş Ştatlar antitrest qanunlarının güclü tə’sirinin və rəqabətin
müdafiəsi cəhdinin nümayiş etdirilməsində Amerika Telefon və
Teleqraf Kompaniyasının süquta uğraması qeyri- qanuni uğurdur.
Amerika Telefon və Teleqraf Kompaniyası 1990-cı illərin əvvəllərində
uzaqmənzilli telefon marketinin üçdə ikiyə qədər hissəsini öz
ixtiyarında saxlamaqda davam etdiyinə baxmayaraq, o, artıq inhisar
aparmırdı. Güclü rəqabət MCI Rabitələri və Birləşmiş Ştatlar Sprint
(yaxmməsafəli) Rabitələrindən gəlirdi; bunlardan heç biri 20 il əvvəl
mövcud deyildi. Yenə də, Amerika Telefon və Teleqraf
Kompaniyasının süqutu 1990-cı illərə qədər əsas müzakirə obyekti
kimi qalmaqda davam edirdi. Amerika Telefon və Teleqraf
Korporasiyasının məhrum edilmiş bir hissəsi kimi - «Uşaq Zəngi»
adlanan kompaniyalar çalışırdılar ki, tam yeni bizneslərə daxil olsunlar
və bir çox mənzil və biznes telefonlarından istifadə edən adamlar
telefon xidməti qiymətinin artacağından və bə’zilərinin güman
etdikləri kimi, telefon xidmətlərinin daha e’tibarsız olacağından
qorxurdular. Buna baxmayaraq, başqaları ən’ənəvi telefon sistemində
sür’ətli texnoloji dəyişiklikdən gözlənilən mənfəəti ruh yüksəkliyi ilə
mənimsəyirdi. İstehsal edənin və alıcının ehtiyaclarının ödənilməsi
üçün qanun-qayda nə qədər optimal ola bilər məsələsi 1990-cı illərdə
də ciddi şəkildə müzakirə edilirdi.
İRİLƏŞMƏ,
ZƏİFLƏMƏ
* İllərdə Birləşmiş Ştatlar sənayesini
\.y
O V/ “ L/1 yenidənqurma dalğası əhatə etdi, çünki
korporasiyalar çalışırdılar ki, rəqabətdə özlərinə daha yaxşı mövqe
85
IV HİSSD; KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOĞRU
tutsunlar. Birliklər, nəzarətçilər, hüquqdan məhrum olunmuşlar,
birgə müəssisələr - firmalar bunlardan və başqa üsullardan istifadə
etməyə tələsdilər ki, tələb olunmayan mal istehsalından imtina
edərək, rəqiblərlə birləşsinlər və ya iqtisadi şəraitin dəyişməsinə
cavab olaraq, (yeni və daha təhlükəli rəqiblər də daxil olmaqla)
yüksəliş və çiçəklənmə ümidi ilə rəqiblərin saqqızım oğurlasınlar.
Yenidənqurma avadanlıqları istehsal olunan malların çeşidlərini
ya müxtəlifləşdirmək üçün, ya da birləşdirmək üçün istifadə oluna
bilər. Birlik iki və daha artıq kompaniyanın birikməsi deməkdir.
Belə halda birikən kompaniyalann hər ikisi nəzarətdən fərqli olaraq,
birləşmək arzusunda olur, nəzarət isə kompaniyanın istəyinin əksinə
olaraq baş verir. Çeşidləşdirməyə doğru gedərkən idarəetmənin ən
yaxşı izahı budur ki, «yumurtalarm hamısını bir zənbilə yığmaq»
ağıllı hərəkət deyil. Əgər bir məhsul növünə olan tələb zəifləyirsə,
biznesin başqa istehsal sahəsi bunu tənzimləyə bilər.
Şirkət məhsul istehsalı, onun satışı ilə bağlı işə girişirsə və bu,
şirkətin əvvəl məşğul olduqlarından tam fərqlənirsə, onda şirkət
konqlomerata çevrilir. Konqolomerat elə biznes təşkilatıdır ki, o,
ümumiyyətlə, tə’sisçi kompaniyadan və müxtəlif sahələrdə fəaliyyət
göstərən bir qrup filial kompaniyalardan ibarət olur.
Ötən bir neçə ildə bir sıra konqlomeratlar müəyyən etmişlər ki,
onlar ya maliyyə baxımından, ya da səlahiyyətinə daxil olmayan
sahəyə əl atmaq yolu ilə öz funksiyalarını çox genişləndirmişlər.
Bunun da nəticəsində onlar əldə etmiş olduqlarını itirmək təhlükəsi
qarşısında qalmışlar.
Bu korporasiya fəaliyyətinin çoxu 1960-cı illərdə və 1970-ci
illərin əvvəllərində Birləşmiş Ştatlar korporasiyalarını əhatə edən
müxtəlifləşdirmə cərəyanı ilə bağlıdır. O zaman şöhrət dalınca qaçan
bir çox kompaniyalar aralarında əlaqə olmayan biznes vərdişləri əldə
etdilər, bu isə ən azı, bir hissə də olsa, antitrest qanunlarının tam
təzyiqinə cavab idi və həmin cavab eyni sahə ilə məşğul olan
kompaniyalar arasında birlik ideyasını çətinləşdirirdi. Lakin zaman
keçdikcə, biznes başçıları müəyyən etdilər ki, belə müxtəlif sahələri
olan müəssisələri idarə etmək əksər hallarda çətin olur, az məhsuldar
və istehsal etdiyi malın çeşidi az olan korporasiyalardan daha az
fayda verir.
Bir qədər əvvəl yaradılmış bir çox birliklər öz qüvvələrini xüsusi
sənaye istehsalı sahəsində, xüsusən xırdavat malları, hava
86
Dostları ilə paylaş: |