Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


IV HİSSƏ: KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRU



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə18/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

IV HİSSƏ: KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRU
 
neçə əsas korporasiyanın ixtiyarında olan «oliqopolilər» olmuşdur 
(oliqopoli siyasi iqtisadiyyat termini kimi, çox az sayda 
istehsalçıların, satıcıların və ya səhmdarların nəzarəti altında olan 
bazann vəziyyəti deməkdir). 
Eyni zamanda, son illərdə bir çox iri Birləşmiş Ştatlar 
korporasiyalarının rəqabətin yeni formalarına münasibətdə zəif 
olduğu da göstərilmişdir. Birləşmiş Ştatlar istehlakçılan malı xarici 
istehsalçıdan ala bilər: avtomobildən söhbət gedirsə, onlar 
Hondanın, Toyotanm, Hyundayın və ya Volvonun istehsal etdiyi 
malları ala bilərlər. Bir çox hallarda, alıcılar və ya istehsalçılar 
lazımi malları əvəz edən başqa mallara da diqqət yönəldə bilərlər; 
məsələn, onlar polad əvəzinə alümindən, şüşədən, plastikdən və ya 
betondan istifadə edə bilərlər. Daha yeni sənaye sahələrində, 
məsələn, kompüter sənayesində kiçik kompaniyalar sübut etmişlər 
ki, onlar yeni texnologiyanın tətbiqində nəhəng korporasiyalardan 
daha çevik olurlar. 
Bə’zi adamlar mübahisə edirlər ki, iqtisadi gücün 
mərkəzləşdirilməsi təhlükəlidir, çünki bu ona gətirib çıxara bilər ki, 
menecerlər şəxsi və ya korporasiya mənafeyini xalqın rifah halının 
yaxşılaşdırılmasının fövqündə tutar. Birləşmiş Ştatlar hökuməti 
irimiqyaslı təşkilatların faydalı olması üçün əlindən gələni etmiş və 
bununla da Ştatlararası Ticarət Qanunu, Şerman Antitrest Qanunu 
kimi qanunvericilik aktlan ilə təhlükəni minimuma endirmişdir. 
Federal Ticarət Komissiyasına və Ədliyyə Departamentinin 
Antitrest Bölməsinə səlahiyyət verilmişdir ki, onlar potensial 
monopoliyalara nəzarət etsinlər və onların birləşmələrinə mane 
olsunlar, ya da rəqabətin olmaması nəticəsində alıcıya zərər 
müşahidə edilirsə, kompaniyaların bağlanması üçün müvafiq 
addımlar atsınlar. 
Antimonopoliya cəhdləri uzun müddət dünyanın ən iri və ən 
inkişaf etmiş telerabitə şəbəkəsi olan Amerika Telefon və Teleqraf 
Kompaniyasının (AT&T) süqutuna tə’sir göstərməkdə Ədliyyə 
Departamentinin uğuru ilə ölçüləcəkdir. Amerika Telefon və 
Teleqraf Kompaniyası telefon sənayesini inhisara almağa cəhd 
göstərərkən. Ədliyyə Departamenti 1974-cü ildə onun əleyhinə 
məhkəmə məsələsi qaldırdı. 1982-ci ildə razılıq e’lan olundu ki, 
Amerika Telefon və Teleqraf Kompaniyası 1984-cü il yanvarın 1 
-nə kimi fəaliyyətdə olan 22 kompaniyadan məhrum edilsin. 
Amerika Telefon və Teleqraf Kompaniyasına icazə verildi ki. 
84 


AMERIKA 
İQTİSADİYYATININ
 
ƏSAS
 
CƏHƏTLƏRİ
 
Qərb Elektrik Kompaniyasını (onun istehsal filiallarını), Zəng 
Telefonları Laboratoriyalannı (onun tədqiqat filiallarını) və özünün 
uzaqmənzilli telefon biznesini əlində saxlasın. Bundan əlavə, ona icazə 
verildi ki, keçmişdə ona qadağan edilmiş sahələri, 
0
 cümlədən 
mə’lumatlarm işlənilməsi, telefon və kompüter avadanlığının satılması 
və kompüter rabitə vasitələri işlərini genişləndirsin. Amerika Telefon 
və Teleqraf Kompaniyası tə’cili şəkildə kompüter biznesinə doğru 
hərəkət etdi; bir qədər gözlədikdən sonra və əsasən uğursuz cəhdlərdən 
sonra, 1991-ci ildə Amerika Telefon və Teleqraf Kompaniyası əsas 
Amerika kompüter kompaniyalarından biri NCR Korporasiyasını öz 
əlinə keçirdi. 
Birləşmiş Ştatlar antitrest qanunlarının güclü tə’sirinin və rəqabətin 
müdafiəsi cəhdinin nümayiş etdirilməsində Amerika Telefon və 
Teleqraf Kompaniyasının süquta uğraması qeyri- qanuni uğurdur. 
Amerika Telefon və Teleqraf Kompaniyası 1990-cı illərin əvvəllərində 
uzaqmənzilli telefon marketinin üçdə ikiyə qədər hissəsini öz 
ixtiyarında saxlamaqda davam etdiyinə baxmayaraq, o, artıq inhisar 
aparmırdı. Güclü rəqabət MCI Rabitələri və Birləşmiş Ştatlar Sprint 
(yaxmməsafəli) Rabitələrindən gəlirdi; bunlardan heç biri 20 il əvvəl 
mövcud deyildi. Yenə də, Amerika Telefon və Teleqraf 
Kompaniyasının süqutu 1990-cı illərə qədər əsas müzakirə obyekti 
kimi qalmaqda davam edirdi. Amerika Telefon və Teleqraf 
Korporasiyasının məhrum edilmiş bir hissəsi kimi - «Uşaq Zəngi» 
adlanan kompaniyalar çalışırdılar ki, tam yeni bizneslərə daxil olsunlar 
və bir çox mənzil və biznes telefonlarından istifadə edən adamlar 
telefon xidməti qiymətinin artacağından və bə’zilərinin güman 
etdikləri kimi, telefon xidmətlərinin daha e’tibarsız olacağından 
qorxurdular. Buna baxmayaraq, başqaları ən’ənəvi telefon sistemində 
sür’ətli texnoloji dəyişiklikdən gözlənilən mənfəəti ruh yüksəkliyi ilə 
mənimsəyirdi. İstehsal edənin və alıcının ehtiyaclarının ödənilməsi 
üçün qanun-qayda nə qədər optimal ola bilər məsələsi 1990-cı illərdə 
də ciddi şəkildə müzakirə edilirdi. 
İRİLƏŞMƏ, 
ZƏİFLƏMƏ 
* İllərdə Birləşmiş Ştatlar sənayesini 
\.y
 O V/ “ L/1 yenidənqurma dalğası əhatə etdi, çünki 
korporasiyalar çalışırdılar ki, rəqabətdə özlərinə daha yaxşı mövqe 
85 


IV HİSSD; KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOĞRU
 
tutsunlar. Birliklər, nəzarətçilər, hüquqdan məhrum olunmuşlar, 
birgə müəssisələr - firmalar bunlardan və başqa üsullardan istifadə 
etməyə tələsdilər ki, tələb olunmayan mal istehsalından imtina 
edərək, rəqiblərlə birləşsinlər və ya iqtisadi şəraitin dəyişməsinə 
cavab olaraq, (yeni və daha təhlükəli rəqiblər də daxil olmaqla) 
yüksəliş və çiçəklənmə ümidi ilə rəqiblərin saqqızım oğurlasınlar. 
Yenidənqurma avadanlıqları istehsal olunan malların çeşidlərini 
ya müxtəlifləşdirmək üçün, ya da birləşdirmək üçün istifadə oluna 
bilər. Birlik iki və daha artıq kompaniyanın birikməsi deməkdir. 
Belə halda birikən kompaniyalann hər ikisi nəzarətdən fərqli olaraq, 
birləşmək arzusunda olur, nəzarət isə kompaniyanın istəyinin əksinə 
olaraq baş verir. Çeşidləşdirməyə doğru gedərkən idarəetmənin ən 
yaxşı izahı budur ki, «yumurtalarm hamısını bir zənbilə yığmaq» 
ağıllı hərəkət deyil. Əgər bir məhsul növünə olan tələb zəifləyirsə, 
biznesin başqa istehsal sahəsi bunu tənzimləyə bilər. 
Şirkət məhsul istehsalı, onun satışı ilə bağlı işə girişirsə və bu, 
şirkətin əvvəl məşğul olduqlarından tam fərqlənirsə, onda şirkət 
konqlomerata çevrilir. Konqolomerat elə biznes təşkilatıdır ki, o, 
ümumiyyətlə, tə’sisçi kompaniyadan və müxtəlif sahələrdə fəaliyyət 
göstərən bir qrup filial kompaniyalardan ibarət olur. 
Ötən bir neçə ildə bir sıra konqlomeratlar müəyyən etmişlər ki, 
onlar ya maliyyə baxımından, ya da səlahiyyətinə daxil olmayan 
sahəyə əl atmaq yolu ilə öz funksiyalarını çox genişləndirmişlər. 
Bunun da nəticəsində onlar əldə etmiş olduqlarını itirmək təhlükəsi 
qarşısında qalmışlar. 
Bu korporasiya fəaliyyətinin çoxu 1960-cı illərdə və 1970-ci 
illərin əvvəllərində Birləşmiş Ştatlar korporasiyalarını əhatə edən 
müxtəlifləşdirmə cərəyanı ilə bağlıdır. O zaman şöhrət dalınca qaçan 
bir çox kompaniyalar aralarında əlaqə olmayan biznes vərdişləri əldə 
etdilər, bu isə ən azı, bir hissə də olsa, antitrest qanunlarının tam 
təzyiqinə cavab idi və həmin cavab eyni sahə ilə məşğul olan 
kompaniyalar arasında birlik ideyasını çətinləşdirirdi. Lakin zaman 
keçdikcə, biznes başçıları müəyyən etdilər ki, belə müxtəlif sahələri 
olan müəssisələri idarə etmək əksər hallarda çətin olur, az məhsuldar 
və istehsal etdiyi malın çeşidi az olan korporasiyalardan daha az 
fayda verir. 
Bir qədər əvvəl yaradılmış bir çox birliklər öz qüvvələrini xüsusi 
sənaye istehsalı sahəsində, xüsusən xırdavat malları, hava 
86
 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə