Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə36/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   140
marketinq-tedqiqatlar qaralama

Qabaqcadan sonradan qiymətləndirilmə aparılan nəzarət qruplu eksperiment planı. Yalnız bütün xarici amillərin təsirinin neytral- laşdınldığı eksperimentləri həqiqi eksperiment hesab edirlər. Belə eksperimentlər zamanı eksperimental və nəzatət qrupları elə formalaşdırılır ki, onlar qarşılıqlı əvəz oluna bilsin. Bu, eksperiment zamanı qarşıya qoyulam məqsədə nail olmamn mühüm şərtidir. Nəzarət qrupunda qiymətləndirmə eksperiment qrupunda qiymətləndirmələrlə e)oıi zamanda apanlır, lakin məlum olduğu kimi, bu qrup eksperimental təsirlərə məruz qalmır. Sözügedən eksperiment sxemi aşağıdakı şəkilə malikdir:

eksperimental qrup: OıX O2 nəzarət qrupu: O2 O4

Beləliklə, nəzarət qrupunda “eksperimentə qədər” və “eksperimentdən sonra” qiymətləndirmələr arasındakı fərq (O4 - O3) nəzarət olunmayan bütün amillərin təsirini ifadə edir. Eksperimental qrupda “ eksperimentə

qədər” və “eksperimentdən sonra” qiymətləndirmələr arasındakı fərq ( O2- Oı) eksperimental təsirin nəticəsini, həmçinin, nəzarət qrupuna təsir göstərən hadisələrin nəticəsini ifadə edir. “Xalis” təsir effekti eksperimental qrupda iki qiymətləndirmələr arasındakı fərqdən nəzarət qrupundakı iki qiymətləndirmələr arasındakı fərqi çıxmaqla müəyyənləşdirilir. Yəni, hdqiqi təsir effekti = (Ö2~ Oj)

- ( O4- O2).

Bu eksperiment planında eksperimental qrupda test effekti istisna olmaqla daxili gerçəkliyin bütün təhlükələri nəzarətdə saxlamlır. Belə ki, qabaqcadan qiymətləndirmə respondentlərdən gizlədilmədikdə eksperimentdə interaktiv test effekti ehtimalı olur ki, bu effekti də birbaşa eksperimental təsir effektindən ayırmaq qeyri-mümkündür. Əgər məlumatlann toplanması eksperiment iştirakçılarmm xəbəri olmadan apanlırsa, onda bu eksperiment düzgün həyata keçirilir və həqiqi eksperiment hesab olunur. Qalan hallarda test effekti probleminin həlli nəzarət qrupundan istifadə etməklə sonrakı ölçmələrin tətbiqi əsasında mümkündür.

Nəzarət qrupundan istifadə etməklə sonradan qiymətləndirməyə malik eksperiment planı. Bu eksperiment plamnda biri-birinə ekvivalent olan eksperiment və nəzarət qrupu formalaşdınln. Qrupların heç birində qabaqcadan qiymətləndirilmə apanimır, təsirə isə ancaq eksperimental qrup məruz qalır. Eksperiment planının sxemi aşağıdakı şəkilə malikdir:


XOı

O2

Eksperimental təsir effekti sonradan qiymətləndirmələr arasmdakı fərq (O2

- Ol) kimi təyin edilir. Bu eksperiment plamnda nəzarət olunmayan amillər həm nəzarər, həm də eksperimental qrupa təsir edirlər, test effekti isə qabaqcadan qiymətləndirmə olmadığına görə aradan götürülür. Sözügedən eksperiment plammn yeganə çatışmazlığı onun statikliyi ilə bağlıdır. Ona görə də ölçülən kəmiyyətin (nəticə amilinin) necə dəyişməsini təhlil etmək mümkün olmur. Buna isə, məlum olduğu kimi, nəzarət qruplu qabaqcadan və sonradan qiymətləndirməni özündə ehtiva edən eksperiment plamm tətbiq etməklə nail olmaq mümkün olur.

Eksperimentin hazırlıq mərhələsində görüləcək işlərdən biri də eksperiment obyektinin müəyyənləşdirilməsidir. Eksperimetnin nəticələrinin reprezentativliyi (eksperimentin nəticələrinin real şəraitə aid edilməsi) eksperiment obyektinin dəqiq müəyyənləşdirilməsindən asılıdır. Ona görə də eksperimentdə obyekt kimi çıxış edəcək iştirakçıların seçilməsi metodu üzərində hərtərəfli düşünülməlidir. Bu, eyni zamanda, həyata keçirilən eksperimentin sxemindən asılıdır. Belə ki, tətbiq edilən eksperiment sxemləri üçün tədqiqat obyektini müəyyənləşdirmək məqsədilə müxtəlif metodlardan istifadə edilə bilər.

Bütün hallarda eksperimentin obyekti elə seçilməlidir ki, onun həyata keçirilməsindən alınan nəticələri müəssisənin marketinq fəaliyyətini həyata

keçirdiyi real şəraitdə tətbiq etmək mümkün olsun.

Eksperimental tədbirlərin həyata keçirilməsi və tələb olunan göstəricilərin ölçülməsi eksperimentin həyata keçirilməsində növbəti mərhələdir.'Eksperiniental amilin təsirindən sonra tətbiq edilən eksperiment sxeminə uyğun olaraq irəlicədən müəyyənləşdirilmiş göstəricilər ölçülməlidir. Göstəricilərin ölçülməsi üçün eksperiment iştirakçılannm fikirləri öyrbnilə və onların eksperimental amillərin təsirlərinə verdikləri reaksiyalara müşahidələr təşkil oluna bilər.

Göstəricilər eksperiment prosesində kəmiyyət və keyfiyyət baxımmdan ölçülür. Bu, eksperiment prosesində ölçülməsi nəzərdə tutulan göstəricilərin “təbiəti”ndən asılıdır. Göstəricilərin kəmiyyət baxımmdan ölçülməsi zamam müəyyən dəyişənlərin intensivliyinin qeyd olunmasma və onlarm hansı müddətdə özünü büruzə vermələrinə diqqət yetirilir. Keyfiyyət baxımmdan göstəricilərin ölçülməsi zamam isə eksperimental təsirin göstərilməsindən sonra asılı dəyişənin dəyişib-dəyişməməsinin təsvirinə fikir verilir.

Eksperiment prosesinin növbəti mərhələsi analitik mərhələdir. Analitik mərhələdə aşağıdakı işlər yerinə yetirilir:


  • aşkar olunmuş asılılıqların təhlili;

  • eksperimentin daxili və xarici gerçəkliyinin müəyyənləşdirilməsi;

  • eksperimentin həyata keçirilməsinə dair hesabatın tərtibi.

Sadalanan işlər yerinə yetirildikdən sonra eksperiment başa çatmış

hesab edilir.

Eksperimentin başa çatması onun nəticələrinin daxili və xarici gerçəkliyinin yoxlanılmasını tələb edir. Eksperimentin nəticələrinin gerçəkliyinin yoxlanılması daxili və xarici gerçəklik meyarlarına əsaslanmaqla həyata keçirilir. Eksperimentin nəticələrinin daxili baxımdan gerçək olması, o deməkdir ki, asılı dəyişənin qiymətinin dəyişməsi həqiqətən də asılı olmayan dəyişənin qiymətinin dəyişməsi ilə əlaqədar olmuşdur. Xarici şərait baxımdan eksperimentin nəticələrinin gerçəkliyinə o zaman əmin olmaq olar ki, həniin nəticələr həm də xarici mühitə, hər şeydən əvvəl, baş məcmu- unun yerləşdiyi xarici mühitə aid edilə bilsin.

Eksperimentin nəticələrinin daxili gerçəkliyinə nail olmaq üçün aşağıdakı amillərin təsiri öyrənilməli, həmin təsirlər mümkün qədər azaldılmalı və yaxud tamamilə neytrallaşdırılmahdır:



  • eksperimentin nəticəsini qiymətləndirmək üçün aparılan birinci və ikinci ölçmələr arasında baş verə biləcək hadiçələrin təsiri (xarici fon);

  • təbii dəyişliklər; bu dəyişikliklər konkret hadisələrlə əlaqədar olmayan, eksperiment iştirakçılarında bioloji, sosial və psixoloji baxımdan baş verən dəyişikliklərdir. Sadalanan aspektlərdə dəyişikliklərin baş verməsi, məsələn, eksperiment iştirakçılarında yorğunluğun və aclığın özünü göstərməsi eksperimentin nəticələrinin daxili gerçəklik səviyyəsinin azalmasına gətirib çıxanr;

  • irəlicədən ölçmə effekti (öyrətmə effekti); asılı dəyişənin eksperimental təsir göstəıilənə qədər ölçülməsi və həmin ölçmələrdən eksperiment iştirakçılanmn xəbərdar olması onİarm davranışında müəyyən dəyişikliklərə gətirib çıxara bilir; bu dəyişikliklər eksperimental təsir göstərildikdən sonra asılı dəyişənin qiymətinin dəyişməsinə, onun daxili gerçəklik səviyyəsinin azalmasına gətirib çıxarır;

  • ölçmə üçün istifadə olunan alətlərin xətası;

  • eksperiment iştirakçılarının seçilmiş eksperiment və nəzarət qrupla- rmm tərkibinin qeyri-ekvivalentliyi nəticələrin lazımi gerçəklik səviyyəsinin təmin olunmaması deməkdir.

Eksperimentin nəticələrinin xarici gerçəklik səviyyəsinin müəyyənləşdirilməsi üçün aşağıdakı amillər nəzərə alınmalıdır: seçilən vahidlərin reprezentativlik səviyyəsi; eksperimentin həyata keçirildiyi şəraitin real şəraitə uyğun olması; seçmənin statistik məcmuunu yetərincə xarakterizə etməsi.

Eksperiment zamam seçilən vahidlər baş məcmunu lazımi səviyyədə “təmsil” etmirsə, onda eksperimentin xarici gerçəklik səviyyəsi təmin olunmur. Əgər eksperimentlər aparıldığı şərait onun nəticələrinin aid ediləcəyi real şəraitdən kəskin fərqlidirsə, onda eksperimentin xarici gerçəklik səviyyəsinin təmin olunmasından söhbət gedə bilməz. Ona görə də eksperiment aparmaq üçün seçilmiş vahidlər baş məcmunun tərkibini kifayət qədər tam xarakterizə etməli və seçmənin formalaşdırılması zamanı rep- rezantitivlik gözlənilməlidir.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə