Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə37/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   111

______________Milli Kitabxana_____________ 

 130


bolluğu yaratmaq tədbirlərini, adi həyati məsələlərinə 

münasibətlərini  şərh etmişdir. Allahlar, xüsusilə Enki və Enlil 

əfsanələrin qəhrəmanı kimi çıxış edirlər. Onlar həm kainatın və 

planetin təbii qaydaya salınmasına (dünyanın yaradılması, ulduz 

və planetlərin düzülməsi və s.), yer üzündə (İkiçayarasında) əmin-

amanlığın bərqərar olmasına, insanların məskunlaşdırılmasına,  

insanlar arasında ilahi qüvvələrə sitayiş  və qurbankəsmənin 

müəyyənləşdirilməsinə, hətta  əmək alətlərinin icadına qayğı ilə 

yanaşırdılar. Allahlar həm də istədikləri vaxt əhalini qırğına 

verirdilər. Eyni zamanda əfsanələr ilahi qüvvələrin qüdrətini 

təbliğ edərək,  əhalini daima qorxu altında qalmağa, itaətkar 

olmağa, allahların iradəsini sözsüz yerinə yetirməyə çağırırdılar. 

Əsatirlər həqiqi həyat hadisələrini dini donda izah edirdilər. 

Qədim şumerlər dünya və həyat qaydalarını dini boyasız təsəvvür 

etmirdilər.  İkiçayarası  əfsanələri Ön Asiya xalqlarının dini 

təsəvvürlərinə güclü təsir göstərmişdi. 

İkiçayarasında meydana gəlmiş  ən qədim yazı növü 

piktoqrafiya (şəkil yazı) olmuşdu. Bu yazı sistemi şəkli və  şərti 

işarələrdən ibarət idi. Şəkil yazı vasitəsilə bütöv fikri ifadə etmək 

mümkün deyildi, çünki işarələr bu və ya digər əşyanı, heyvanı və 

insanı  təsvir edirdi. Piktoqrafik yazı üsulu dilin qrammatik 

formalarını bildirmirdi. Piktoqrafiya vasitəsilə sadə  əməliyyat 

tələb edən təsərrüfat sənədləri tərtib olunurdu. Belə  sənədlərdə 

idxal və ixrac olunan malların, davarın və s. hesabı aparılırdı. 

Daha geniş  və mürəkkəb məzmunlu ifadələri  şəkli işarələrlə 

yazmaq mümkün deyildi. Mətn  şəkli işarələrə  əsasən oxunurdu. 

Əgər mədaxil hesablanırdısa, onda mətndə əşyanın, rəqəmlərin və 

anbarın işarələri yazılırdı. Adətən mətnin sonunda təsərrüfata 

daxil olmuş malların yekun rəqəmi göstərilirdi. «Ulduz», «ev», 

«at», «sünbül» (arpa), «en», «ayaq» və  mənaları bunlara oxşar 

rəsmlər ilə göstərirdilər. «Su» mənası dalğavarı cizgilərlə 

bildirilirdi. Piktoqrafik yazılar hələ tam oxunulmayıb. Bir çox 

şəkli işarələrin mənası başa düşülmür. Əsasən rəqəm bildirən şəkli 

işarələri nisbətən asanlıqla mənalandırmaq mümkün olmuşdur. 

Piktoqrafik yazı növü təsərrüfat hesablamaları aparmaq 

üçün ilk vaxtlar müsbət rol oynayır. Lakin təsərrüfatın getdikcə 




______________Milli Kitabxana_____________ 

 131


inkişafı dilin qrammatik və fonetik cəhətlərini  əks edən geniş 

ifadəli yazı növünə  tələbatı artırdı.  Şumerlər tədricən yeni yazı 

növü ixtira etdilər. Buna mixi yazılar adı verilmişdi.  İraq 

ərazisində  aşkar edilmiş belə  mətnləri yerli əhali «mismarı 

yazılar» adlandırırdı. Bu yazının işarələri mıxvarı, yaxud mismar 

şəkilli idi. Mismarı oxşar işarələrin biri-birinə calaşdırılması ilə 

müxtəlif hecalı  və fonetik mənalar yaradırdılar. Gil kitabələr 

üzərində  şəkli işarələrin sürətlə yazılması onların görünüşünü 

dəyişdirdi. Adətən mətn ucu iti qamış  və daş  qələmlə gil 

kitabələrə yazılırdı,  əslində  həkk olunurdu. Həkk olunmanın 

gedişində  şəkli işarələr tədricən pazvarı, mismara oxşar görkəm 

alırdı.  İşarənin  əvvəlki  şəkli forması itirdi. Nəticədə  işarələrin 

görkəminə görə, mixi, yaxud mismari adlandırılan yeni yazı növü 

meydana gəlmişdi. E.ə. təqribə III minilliyin ortalarında  şumer 

yazısı artıq mixi (mismarı) yazı sisteminə çevrilmişdi. Bu yazı 

növünün yaradılması şumerlərin əldə etdiyi böyük nailiyyətlərdən 

biri hesab edilər bilər. 

Mixi (mismarı) yazı növü 600-dən çox işarəyə malik idi. 

Demək olar ki, işarələrin əksəriyyətinin bir neçə, bəzən ona qədər 

oxunuşu vardı. Məsələn, «ayaq» mənasını daşıyan işarənin du, 

qin, qub, qup, ra, tum, yaxud «dağ» mənasını daşıyan işarənin kur, 

mat, şad, qin, şat, nad, lad, lat kimi hecalı oxunuşları vardı. Eyni 

bir mixi işarənin çoxmənalı olması uzun müddət və bəzən indi də 

qədim mətnlərin dəqiq oxunulması işində əngəl törədirdi. Davamı 

müasir dillərdə təmsil olunmuş və mixi işarələrlə yazılmış qədim 

yazılar (akkad sami dili, het hind-Avropa dili, qədim fars dili) 

müəyyən müşküllüyə baxmayaraq oxunuldu və başa düşüldü. 

Lakin  şumer və müasir dillərdə davamı (qohumluğu) olmayan, 

yaxud müəyyən edilməyən başqa dillərin mixi yazı növü əsasında 

oxunulub dərk edilməsi bir çox hallarda şərti xüsusiyyət daşıyır. 

Şumer mətnlərində  işlənmiş mixi işarələrin bir çoxu başqa 

mənada da oxuna bilər. Bu istiqamətdə aparılan tədqiqatlar qədim 

mixi yazılı dillərin müasir dillərlə qohumluğunu bildirən yeni 

mühakimələr ortaya çıxarır. 

Tədricən mixi işarələr təkmilləşir, bəzən də sayı azalırdı. 

Mixi yazı növü akkadlar və qonşu qədim xalqlar tərəfindən 




______________Milli Kitabxana_____________ 

 132


mənimsənilmişdi. Ön Asiya xalqları bu yazı növünü mümkün 

dərəcədə öz dillərinin xüsusiyyətlərinə uyğunlaşdırırdılar. Mixi 

(mismarı) yazılar üç min il ömür sürmüş, e.ə. I minilliyin sonunda 

aradan çıxmışdı. Həmin minilliyin əvvəlində  İkiçayarasında 

samidilli arami tayfalarının gətirdiyi arami əlifba yazı növü də 

tətbiq olunmağa başladı. 

İkiçayarası qədim xalqları müxtəlif bədii əsər növləri (janr) 

yaratmışlar.  Şumer  ədəbiyyatı e.ə. lll-ll minilliyin əvvəli  ərzində 

çiçəklənmə  mərhələsinə  qədəm qoymuşdu. Təxminən 150 (xırda 

parçalarla birlikdə)  şumer  ədəbiyyat nümunəsi üzə  çıxmışdı. 

Bunlar yazıya köçürülmüş  şifahi xalq yaradıcılığı nümunələri, 

xüsusilə  əfsanələr, allah və hökmdar şərəfinə deyilmiş himnlər, 

fəlakətli hadisələr, dəfnlə bağlı ağılar və mərsiyələr, atalar sözü və 

zərbi-məsəllər, təmsillər, qəhrəmanlıq dastanları, məhəbbət 

mahnıları və s. olmuşdur. Eyni zamanda şumerlər müxtəlif həyati 

və məktəb mövzularında bədii əsərlər yaratmışdılar. Şumerlərdən 

başqa akkadlar da müxtəlif  ədəbiyyat nümunələri yaratmış, bir 

çox  şumer  ədəbi  əsərlərini akkad dilinə  tərcümə etmiş, bəzən də 

şumer mövzularını  təkmilləşdirmişdilər. Bədii üslub Akkad 

hökmdarlarının salnamələrində  də öz əksini tapmışdı. 

İkiçayarasında bədii əsərlərin tərtibatı arami dilində də aparılırdı. 

Yazılı ədəbiyyatla yanaşı İkiçayarasında şifahi xalq yaradıcılığı da 

öz varlığını saxlayırdı.  Şifahi xalq yaradıcılığı nümunələrinin 

böyük hissəsi yazıya köçürülməmişdi, onlar əzbərləmə yolu ilə ifa 

olunurdu. Bunların müəyyən qismi ibadət xüsusiyyəti daşıyırdı. 

Bir qayda olaraq allahların şərəfinə oxunan, mədh, tərifləmə 

xüsusiyyəti daşıyan himnlər adətən bayram ziyafətləri zamanı 

mahnı kimi ifa olunurdu. Allahın əməlləri sadalanır, adları çəkilir 

və onlardan kömək dilənirdi. Himnlər təkbaşına kahin tərəfindən 

və ya xorla dindarlar tərəfindən ifa edilirdi. Mətn adətən 

qabaqcadan öyrənilirdi. Himn xüsusiyyətli mahnılar külliyyatı 

Nippur dini mərkəzlərində  tərtib olunmuşdu. Himnlər mirzələr 

hazırlayan məktəbdə öyrənilirdi. Hökmdarların  şərəfinə  də himn 

xüsusiyyətli mahnılar qoşulurdu. Adətən himn ilahiləşdirilmiş 

hökmdarlara həsr olunurdu. 

İkiçayarasında ağı da təmsil olunmuşdu. Bu da şifahi xalq 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə