Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə36/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   111

______________Milli Kitabxana_____________ 

 127


yaşayır, Dumuzi isə bir müddət işıqlı dünyaya keçir. Dumuzi yer 

üzünə çıxanda təbiət canlanırmış, bitki və ağaclar göyərirmiş, isti 

günlər başlanırmış. 

Bu  əfsanənin Babil variantı hadisələrin gedişi ilə  fərqlənir. 

Burada Dumuzi İştarın həm  əri, həm də qardaşı kimi qələmə 

verilmişdir. 

Dumuzi ov zamanı  həlak olur. İştar onu qaytarmaq üçün 

axirət dünyasına, yəni «gedər-gəlməz» dünyaya düşür. Yeraltı 

hökmdar qadın Ereşkiqal onun gəlişindən qəzəblənir və keşikçiyə 

tapşırır ki, yeraltı qanunlar İştara da tətbiq edilsin. İştar axirət 

dünyasına daxil olur. Ereşkiqal onun üstünə 60 dərd-bəla 

göndərir. Yer üzündə  həyat sönükləşir, laqeydlik yaranır, sevgi-

məhəbbət yoxa çıxır, doğum kəsilir, körpə səsi eşidilmir. Allahlar 

İştarın azad olması üçün tədbir görürlər. Onlar yer üzündə insan 

nəslinin, heyvan və quşların məhv olacağından qorxurlar. Səma 

allahları Ereşkiqalın yeraltı padşahlığına qasid göndərirlər.  İlahə 

allahların tələbini yerinə yetirməyə  məcbur olur. İştar  əlində bir 

qab dirilik suyu axirət dünyasını  tərk edir. O, dirilik suyunu 

Dumuzinin meyiti üstünə tökür və onu həyata qaytarır. Dumuzin 

dirilməsi ilə təbiət yenidən canlanır.  

Şumer  əfsanələrinə görə, allahlar insanların sayının, 

qüdrətinin, müdrikliyi və  fəallığının artmasını görərək qorxuya 

düşmüş və yer üzündə onların sayını azaltmaq qərarına gəlmişlər. 

Əfsanəvi rəvayətdə bu haqda deyilir: «Lap çoxdan, yüz illər əvvəl, 

yer üzündə yekdillik mövcud idi. Nə ilan vardı, nə  əqrəb, nə 

qorxunc şir vardı, nə acgöz qurd, nə tamahkar kaftar vardı, nə də 

vəhşi it. İnsanlar hamısı bir dildə danışırdı və bir-biri ilə həmrəy 

yaşayırdılar. Qorxu və paxıllıq yox idi. Heç kəs hakimiyyət və 

var-dövlət yolunda rəqabət aparmırdı. Böyük Şumer, ilahi 

qanunlar ölkəsi və qonşu ölkələr “sülh və  həmrəylik  şəraitində 

yaşayır, heç bir rəqabət aparmırdılar”. Müdriklik allahı Enki 

birdən öz uçurum aləmindən baş qaldırdı, adamlara baxdı  və 

gördü ki, onlar xeyli çoxalmışlar, hədsiz güclənmişlər, son dərəcə 

də  məharətli və  fəal olmuşlar.  Ən müdrik allah dəhşətə  gəldi və 

Enlilə dedi: «Ehtiyatlı ol, qardaşım. Sənə tabe olan insanların sayı 

çoxalır, onlar qüdrətli bahadırlara çevrilirlər. Onlar fəndgir və fəal 




______________Milli Kitabxana_____________ 

 128


olurlar,  şəhər və istehkamlar yaradırlar. Qorx ki, onlar bizə tay 

olmasınlar... Onların sayını azaltmaq lazımdır, onları qorxutmaq 

lazımdır ki, özlərini allahlara tay saymasınlar... Vəhşi heyvanları 

yaradaq ki, onlar insanları  məhv etsin və sayını azaltsınlar. Yer 

kürəsinə bürkü və  çəyirtkə göndərək ki, aclıq başlansın və 

adamların sayı azalsın. Zalım  İrranı (taun, vəba allahını) onların 

üstünə qaldıraq, qoy o, insanları 60 dərd-bəla ilə  qırsın. Onda 

adamların sayı azalar və onları barmaqla saymaq mümkün olar. 

Adamların bir-biri ilə arasını vuraq, qoy qardaş qardaşı, qonşu 

qonşunu qırsın, qoy tayfa tayfaya, xalq xalqa qarşı dursun. Onda 

adamların sayı azalar, itaətdə olar və bizim qarşımızda qorxudan 

əsərlər». Enlil Enkinin məsləhətinə uyğun hərəkət etdi. «Onlar 

hətta xalqları ayırdılar və hər xalq öz dilində danışmağa başladı». 

İnsanların sayı azaldıqdan sonra qırğın dayandırıldı.  

Əfsanədə insan cəmiyyətində baş verən hadisələrə, 

adamların qarşılıqlı münasibətlərində mövcud olan naqis cəhətlərə 

dini don geyindirilmişdi. 

İnsan nəslinin kökünü kəsmək məqsədilə allahların törətdiyi 

«Ümumdünya daşqını»  əfsanəsi qədim  Şumer və Akkad 

əsatirlərində  əks olunmuşdur. Sonrakı dini kitablarda (Tövrat, 

Quran) da «Ümumdünya daşqını» allahın qəzəbindən doğan əməl 

kimi şərh edilmişdir. Bu dini müddəa da İkiçayarası əfsanələrinin 

təsiri altında meydana gəlmişdi. 

«Ümumdünya daşqını» əfsanəsi hadisələrin gedişini Anu və 

Enlil başda olmaqla allahlar şurasının qərarından başlayır. Qeyd 

edək ki, şumer rəvayətini  əks edən kitabə  zədələnmişdir, buna 

görə çatışmayan hissələr Akkad rəvayəti  əsasında bərpa 

olunmuşdur. Allahlar bu qərarı adamlara xəbər verməyəcəklərinə 

and içirlər. Anu və Enlil qəfildən su selini törətmək niyyətində 

imişlər. Lakin bəzi allahlar insan nəslini məhv etmək qərarından 

narazı imişlər. Belə allahlardan biri, yəqin ki, Enki (akkadlarda 

Ea) bu qərarı gizli surətdə insanlara çatdırmaq niyyətinə düşür. O, 

allahlardan qorxan və dindar Ziusudra adlı bir hakimin evinə 

yaxınlaşır və allahların gizli niyyətini evin divarlarına söyləyir. 

Ziusudra divar arxasında ilahi sözləri eşidir, baş verəcək 

daşqından agah olur. Əfsanənin Akkad nüsxəsində deyilir ki, Ea 




______________Milli Kitabxana_____________ 

 129


Utnapiştimə yox, evin divarlarına müraciət etdi, çünki o, andı 

pozmaq istəmirdi. O, demişdi: «Ey daxma, qamış divar, eşit və 

yadda saxla. Qoy Şuruppak sakini Utnapiştim, Ubartutu oğlu gəmi 

düzəltsin və canını xilas etsin». Ertəsi gün Ziusudra şəhər əhalisini 

toplayır və böyük bir gəmi düzəltmələrini  əmr edir, lakin öz 

məqsədini adamlara açmır. Gəmi suya salındıqdan sonra, Ziusudra 

gəmiyə quş  və heyvan nümunələrini, öz ailəsini yerləşdirir. 

Müəyyən edilən gün daşqın başlayır, su uca dağların zirvəsini belə 

tutur. Yeddi gün, yeddi gecə daşqın tüğyan edir. Tufandan sonra 

Utnapiştim gəminin qapısını açır və  hər yanı suya qərq olmuş 

görür. Utnapiştim göyərçini havaya buraxır, lakin quş quru yer 

tapmayıb geri qayıdır. Nəhayət, ancaq qarğa qayıtmır. Gəmi Nisir 

dağının zirvəsinə yaxınlaşır və oraya yan alır. Ziusudra (yaxud 

Utnapiştim) qurbangah düzəldib allahların şərəfinə mədh söyləyir. 

Allahlar qurbangahın  ətrafına toplaşırdılar. Enlil təəccüblənir ki, 

kimlərsə canını daşqından salamat qurtarmışdır. Enki (Ea) onu 

sakitləşdirib deyir: «İnsanların hamısını  qırmaq olmaz. Onların 

sayını  həmişə azaltmaq olar, ən güclü və  ən məğrurlarını 

cəzalandırmaq olar. Onda yerdə qalanlar qorxar və dinmədən bizə 

xidmət edər». Anu və Enlil daşqından xilas olmuş Ziusudraya və 

onun arvadına allah həyatı», yəni əbədi həyat bəxş edirlər və ona 

Dilmun ölkəsində məskən verirlər. 

«Ümumdünya daşqını»  əfsanəsi müəyyən hadisənin  əksi 

kimi, təbii hadisənin  əksi kimi meydana gəlmişdi. Ola bilsin ki, 

qədim  İkiçayarasında Dəclə  və  Fərat çaylarının aşıb-daşması 

faciəli daşqına səbəb olmuşdu. Xilas olmuş adamlar bu daşqını 

allahların əməli ilə bağlamışdılar. İngilis arxeoloqu Leonard Vulli 

Ur  şəhərinin qazıntıları zamanı üst və alt mədəni təbəqə 2.5 m 

qalınlığında çay daşları və torpaq çöküntüləri etmişdi. Bu lay bəzi 

düşərgələrdə 3.5 m-ə çatırdı. Qazıntılar aşkar etdi ki, Ubeyd 

dövründə  Cənubi  İkiçayarasında böyük insan tələfatı ilə 

nəticələnən fəlakətli daşqın baş vermişdi. Belə ehtimal edirlər ki, 

daşqın haqqında  əfsanəni ubayidlər yaratmış, onlardan isə 

şumerlər mənimsəmişlər. 

Şumer  əsatirləri  əsasən sinfi cəmiyyətə xas olan hadisələri 

əks etmiş, allahların ali hakimiyyət uğrunda mübarizəsini, məhsul 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə