139
1832-ci ildə müfti vəzifəsi təsis etmişdir. Göstərilən illərdə
şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi hələ Qafqaz
Ruhani İdarəsinin yaranması demək deyildir. Zaqafqaziya
müsəlmanlarının Ruhani İdarəsi 5 aprel 1872-ci il tarixli ça-
rın fərmanı ilə yaradılmış və bu qurum 1917-ci ilin fevralına
qədər fəaliyyət göstərmişdir.(120) Qeyd edək ki, Şeyxülis-
lam və müfti çarın Qafqaz canişini tərə indən təyin edildi-
yinə görə onların fəaliyyətinə də canişin özü nəzarət etmək
hüququna malik idi.
Azərbaycan Demokratik Respublikası yaranana (1918-ci
il 28 may) qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri
Zaqafqaziya Ruhani İdarəsi tərə indən tənzimlənirdi. 1918-
ci il dekabrın 11-də şeyxülislam M.Pişnamazzadə vəzifəsin-
dən istefa verdi. Şeyxülislam M.Pişnamazzadə vəzifəsindən
istefa verdikdən sonra Azərbaycan Demokratik Respublikası
Sosial Təminat və Dini Etiqad İşləri naziri Musa Rə ibəyovun
əmri ilə həmin vəzifəyə Axund Ağa Əlizadə təyin edildi.(121)
Yuxarıda qeyd etdiyimiz kimi, Şeyxülislam və müftini
çarın Qafqaz canişini təyin edirdi. Ruhani idarələr dövlət
idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına
bərabər tutulurdu. Çarizm Qafqaz şiə və sünni ruhanilərinin
idarə olunması haqqında xüsusi nizamnamə də elan etmişdi.
Həmin nizamnaməyə görə, idarələrə şiəlikdə şeyxülislamlar,
qazilər və axundlar, sünnilikdə isə müftilər, imam-xətiblər,
əfəndilər, habelə hər iki cərəyana daxil olan sıravi mollalar,
müəzzinlər, seyidlər, mürşidlər və başqaları daxil idi.
1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda
müsəlman ruhaniləri iki dərəcəyə bölünürdü: şeyxülislam,
müfti, şiə və sünni ruhani idarələrinin, quberniya ruhani
məclislərinin üzvləri; məscid mollaları. Ruhanilər dini ide-
ologiya, ehkam və əməli həyat məsələlərini həll etmək və
onlara dini, ictimai qiymət vermək səlahiyyəti baxımından
üç zümrəyə aid edilirdi. Ali zümrəyə Qafqaz ruhani idarələ-
140
rinin başçıları – şeyxülislam və müftilər; orta zümrəyə qu-
berniya məscidlərinin üzvləri və qazilər; aşağı zümrəyə isə
yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər,
mükəbbirlər), əməleyi-movtlar (yas mərasimini aparanlar)
və s. daxil idi.(122)
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduq-
dan sonra mayın 15-də Dini Etiqad İşləri nazirliyi və Şeyxü-
lislam təsisatı buraxıldı. Bundan sonra Azərbaycanda din
xadimləri bolşevik təqiblərinə məruz qaldı. Ölkədə ateizm
təbliğatı genişləndi, məscidlərin əksəriyyəti bağlandı.
Lakin 1943-cü ildə faşist Almaniyasına qarşı müba-
rizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya
müsəlmanlarının dini qurumunun yaradılması dövlət tərə-
indən məqsədəuyğun hesab edildi. Bu məqsədlə 25-28 may
1944-cü ildə Bakı şəhərində Zaqafqaziya müsəlmanlarının I
qurultayı keçirilmişdir. Qurultayın qərarı ilə mərkəzi Bakıda
olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradıl-
mışdır və Axund Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ru-
hani İdarəsinin Şeyxülislamı seçilmişdir. Ona qədər şeyxülis-
lamlar dövlət tərə indən təyin edilirdilər.
Beləliklə, 1944-cü ildən sonra Cənubi Qafqazda müsəl-
manların dini təşkilatlanmasında ikili idarəetmə sistemi ara-
dan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid
dini mərkəz olur, bu mərkəz şeyxülislam tərə indən idarə
olunur, müfti isə idarə sədrinin birinci müavini sayılır və
sünni məzhəbli müsəlmanların şəriətlə bağlı məsələlərini
tənzim edirdi. Müstəqillik dövründə bu idarə Qafqaz Müsəl-
manları İdarəsi (QMİ) adı ilə Ədliyyə Nazirliyində qeydiyyat-
dan keçərək ictimai təşkilat kimi fəaliyyət göstərir və İslam
təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.
141
Ümumiyyətlə 1823-cü ildən indiyə kimi Qafqazda
12 Şeyxülislam və 11 müfti fəaliyyət göstərmişdir. (123)
Bunlar aşağdakılardır:
142
1980-ci ildə Axund Allahşükür Paşazadə Qafqaz
(Zaqafqaziya) Müsəlmanları İdarəsinin sədri vəzifəsinə
seçilmiş və ona “Şeyxülislam” ali-dini rütbəsi verilmişdir.
Beynəlxalq dini qurumlarla əməkdaşlıq sahəsində Qafqaz
Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşa-
zadənin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində
Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti geniş və çoxcəhət-
lidir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin təşəbbü-
sü ilə 2009-cu ilin iyul ayında Moskva şəhərində «Müstəqil
Dövlətlər Birliyi müsəlmanları konfessiyalararası və millət-
lərarası həmrəylik uğrunda» mövzusunda Beynəlxalq el-
mi-praktik konfrans keçirilmişdir. Konfransda 8 MDB ölkələ-
rinin 40 müsəlman dini liderləri, Türkiyə, İran, Küveyt və s.
İslam ölkələrinin nümayəndələri, diplomatik korpusların
rəhbərləri iştirak etmişdir. Qeyd edək ki, bu konfransa səd-
rliyi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Al-
lahşükür Paşazadə etmişdir. Konfransın mühüm əhəmiyyət
kəsb etməsini göstərən faktlardan biri ondan ibarətdir ki, bu
konfrans SSRİ dağıldıqdan sonra keçən 18 il ərzində müsəl-
man liderlərinin keçirdiyi ən genişmiqyaslı konfrans hesab
olunur. Konfransı dəyərləndirən digər fakt Rusiya Federasi-
yasının sabiq prezidenti D.Medvedev və Azərbaycan Respub-
likasının prezidenti İ.Əliyevin konfrans iştirakçılarına gön-
dərdikləri təbrik məktubu olmuşdur. Hər iki dövlət başçısı
konfrans iştirakçılarına göndərdikləri təbrik məktubunda
dinlərarası və millətlərarası həmrəyliyə dəstək verdiklərini
vurğulamış, və bu konfransın MDB məkanında müsəlman və
digər konfessiyalar arasında dialoqun genişlənməsinə müs-
bət təsir edəcəyini bildirmişlər.
Azərbaycan Respublikasının prezidenti konfrans işti-
rakçılarına göndərdiyi təbrik məktubunda dinlərin dialoqu
ilə bağlı məsələlərə toxunmuş, bu sahədə keçmişin müsbət
Dostları ilə paylaş: |